AZADİNFORM. Ermənilər oktyabrın 5-də saat 18.30-dan 18.40-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu Ağdam kəndində yerləşən mövqelərimizi, saat 16.20-dən 16.30-dək Tərtər rayonu Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 6-da saat 01.30-dan 01.45-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02.05-dən 02.10-dək və 01.45-dən 01.50-dək Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.55-dən 02.05-dək Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Natiq Bağırov/AZADİNFORM. Qobustan rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Qobustan rayon Polis Şöbəsindən “Azadinform”a verilən məlumata görə, Bakı şəhər sakinləri Ramin Hüseynovun idarə etdiyi “Daewoo Leganza” markalı və Abil Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.

Natiq Bağırov/AZADİNFORM. Xaçmaz rayonunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Natiq Bağırov/AZADİNFORM. Saatlı rayonunda intihar hadisəsi baş verib.

Natiq Bağırov/AZADİNFORM. Saatlı rayonunda intihar hadisəsi baş verib. Saatlı rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, rayon sakini olan 13 yaşlı Zülfüqar Əliyev özünü asıb. Orta məktəbin 7-ci sinif şagirdinin meyiti dünən sintetik iplə asılmış vəziyyətdə aşkarlanıb.
Azyaşlının özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Natiq Bağırov/AZADİNFORM. Dənizkənarı Milli Parkın ərazisində intihara cəhd edilib. “Azadinform” xəbər verir ki, hadisə dünən axşam saatlarında Milli Parkın Səbail rayonu ərazisindəki hissəsində qeydə alınıb.

5.10.2011
Atəşkəs pozulub

AZADİNFORM. Ermənilər oktyabrın 4-də saat 15.10-dan 15.15-dək Ermənistanın Noyenberyan rayonu Şavarşavan kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonu Fərəhli kəndində yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Natiq Bağırov/AZADİNFORM. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, şəhər sakini Xəyalə Adilova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Natiq Bağırov/AZADİNFORM. Bakının Səbail rayonunda bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə “Azadinform”a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə “Azadinform”a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

AZADİNFORM. Bu gün saat 14:30-da Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.

Natiq Bağırov/AZADİNFORM. Şəmkir su anbarında bədbəxt hadisə baş verib. Şəmkir rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, rayon ərazisində yerləşən anbarda 30 yaşlı Verdiyev Aftandil Zaman oğlu batıb.

Natiq Bağırov/AZADİNFORM. Masallı rayonunda yaşayış evlərindən birinin həyətində olan yanacaqla dolu çəndə güclü  partlayış olub. Bu barədə “Azadinform”a Masallı rayon Polis Şöbəsindən məlumat verilib.

Aytən İmanova/AZADİNFORM. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 16.30-dan 16.35-dək Xocavənd və bu gecə saat 04.15-dən 04.20-dək Cəbrayıl ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 04.15-dən 04.30-dək Füzulinin Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Natiq Bağırov/AZADİNFORM. Abşeron rayonunda ağır yol qəzası baş verib. Bu barədə “Azadinform”a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda oğurluq edən Sumqayıt sakini tutulub. Bu barədə “Azadinform”a Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Nəsimi rayonunda avtomobil oğurluğu edilib. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsindən “Azadinform”a verilən məlumata görə, M.Əliyev küçəsində yaşayan Sərxan Qasımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Natiq Bağırov/AZADİNFORM. Bakının Səbail rayonunda axtarışda olan şəxs tutulub.

 
654 səhifə 699-dən (dan) << < 650 651 652 653 654 655 656 657 658 > >>
 Xəbər lenti
23.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo