Hacı Zeynalov/AZADİNFORM. Nərimanov rayonunda yanacaqdoldurma məntəqəsinə benzin aparan maşın alışaraq yanıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər mayın 13-də saat 01.50-dən 02.15-dək, 02.20-dən 02.26-dək və 03.40-dan 03.45-dək Füzuli rayonu Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək və 04.55-dən 05.15-dək Tərtər rayonu Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Elvin Xəzər/AZADİNFORM. Bu gün yerli vaxtla saat 12:32:09-də Bərdədən 27 km şimalda,Yevlax rayonu ərazisində zəlzələ qeydə alınıb.

Hacı Zeynalov/AZADİNFORM. Zaqatala rayonunda bədbəxt hadisə baş verib.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 10.05-dən 10.10-dək Ermənistanın Berd rayonu Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonu Ağdam kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.55-dək Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində bir gündə 4 nəfər zəhərlənib. AZADİNFORM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Sabunçu rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsi ərazisində törədilib. Bakı şəhər sakini Əli Abbaszadə “Mercedes” markalı avtomaşını idarə edərkən aşırıb.

11.05.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər dünən saat 18.10-dan 18.45-dək Ermənistanın  Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 23.00-dan 23.05-dək və mayın 11-də saat 04.05-dən 04.10-dək Füzuli rayonu Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı, saat 01.15-dən 01.20-dək Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.05-dən 04.10-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.15-dən 06.35-dək Tərtər rayonu Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Günel Əbilova/AZADİNFORM. ABŞ-da tam üz əməliyyatı keçirən xəstə olaraq tarixə düşən texaslı Dallas Viens mətbuat qarşısına çıxıb. “Azadinform” CNNTürkə istinadən xəbər verir ki, Viens ən çox gülümsəmək üçün darıxdığını qeyd edib.

Hacı Zeynalov/AZADİNFORM. Samux rayonunda yaşayış evində yanğın baş verib. “Azadinform” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Binəqədi rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, rayonun Z.Bünyadov prospektində “Kontinental” MMC tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış binasında orada işləyən Bakı şəhər sakini Ağalar Əhmədov 4-cü mərtəbədən yıxılıb.

Hacı Zeynalov/AZADİNFORM. Sumqayıt şəhərində itkin düşən şəxsin meyiti aşkar edilib. Sumqayıt şəhər Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, Novxanı bağlar yaşayış sahəsinin ərazisində Saray qəsəbə sakini Kənan Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti dənizdə tapılıb.

Elvin Xəzər/AZADİNFORM. Ermənilər mayın 9-da saat 19.50-dən 19.55-dək və mayın 10-da saat 00.30-dan 00.45-dək Ermənistanın İcevan rayonu Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, mayın 9-da saat 14.25-dən 14.50-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Hacı Zeynalov/AZADİNFORM. Bakıda bədbəxt hadisə baş verib. Nərimanov rayon Prokurorluğundan “Azadinform”a verilən məlumata görə, hadisə rayonun H.Əliyev küçəsi, 16 ünvanında qeydə alınıb.

6.05.2011
Atəşkəs pozulub

Elvin Xəzər/AZADİNFORM. Ermənilər mayın 5-də saat 23.50-dən 23.55-dək Ermənistanın İcevan rayonu Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

AZADİNFORM. Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatlarının aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Nizami rayonunda yaşayış evində partlayış olub.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hacı Zeynalov/AZADİNFORM. Bakının Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun Neftçilər prospektində qeydə alınıb.

 
545 səhifə 550-dən (dan) << < 541 542 543 544 545 546 547 548 549 > >>
 Xəbər lenti
26.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo