7.05.2012
Atəşkəs pozulub

AZADİNFORM. Ermənilər mayın 6-da saat 19.50-dən 20.30-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndində yerləşən mövqelərimizi, saat 09.45-dən 09.55-dək Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.05-dən 11.15-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda  ağır yol nəqliyyat hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə rayonun İnşaatçılar prospektində qeydə alınıb.

Natiq Bağırov/AZADİNFORM. Quba rayonunda iki nəfəri bıçaqlayan şəxs tutulub. Bu barədə “Azadinform”a Quba rayon Polis Şöbəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Sumqayıt şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla 11 yaşlı uşaq vurulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda əmisinin evini qəsdən yandırmış şəxs tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı evdə partlayış baş verib.

Natiq Bağırov/AZADİNFORM. Sabirabad rayonunda oğurluqla məşğul olan şəxslər tutulub. Bu barədə “Azadinform”a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Şəmkirdə iki minik avtomobili toqquşub. “Azadinform” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində “VAZ-2106” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub.

Natiq Bağırov/AZADİNFORM. Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub. “Azadinform” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində dənizdə (xilasetmə məntəqəsindən 2 km aralıda) 1 nəfər batma təhlükəsi ilə üzləşib.

Natiq Bağırov/AZADİNFORM. “Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyində piyadaların vurulması ilə bağlı 24 hadisə qeydə alınıb.

Natiq Bağırov/AZADİNFORM. Zaqatala rayonunda bədbəxt hadisə baş verib. Bu barədə “Azadinform”a Zaqatala rayon prokurorluğundan məlumat verilib.

AZADİNFORM. Ermənilər mayın 3-də saat 12.10-dan 12.20-dək və 23.30-dan 23.50-dək Tərtər rayonu Çaylı, Nəmirli və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 13.15-dək və 13.00-dan 13.15-dək Füzuli rayonu Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.40-dək və mayın 4-də 00.30-dan 00.40-dək Ağdam rayonu Şıxlar və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Natiq Bağırov/AZADİNFORM. Bakıda pornoqrafik disk satışı ilə məşğul olan internet klub aşkar edilib. Bu barədə “Azadinform”a İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Ağstafa rayonu ərazisində bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Sabirabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Natiq Bağırov/AZADİNFORM. Bakıda həmvətənlərinə qarşı dələduzluq edən Pakistan vətəndaşı həbs edilib.

Natiq Bağırov/AZADİNFORM. Qadınları fahişəliyə cəlb edən Naxçıvan sakini polis tərəfindən tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Rusiyada axtarışda olan azərbaycanlı tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Salyan rayonunda ağır yol qəzası olub. “Azadinform” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mitsubishi” markalı avtomobil yoldan çıxaraq aşıb.

Natiq Bağırov/AZADİNFORM. Ötən həftə Kür çayında batan 17 yaşlı oğlanın meyiti tapılıb.

 
5 səhifə 104-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo