Natiq Bağırov/AZADİNFORM. Beyləqan rayonunda qanunsuz ov edənlərin Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin rəisini qətlə yetirməsi ilə bağlı cinayət işi başlayıb. Bu barədə “Azadinform”a Beyləqan rayon Prokurorluğundan məlumat verilib.

 

 ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogürüntüdə adıkeçən məxfi idarənin əməkdaşı Rövşən Abbasquliyev daxili işlər nazirinin əmri ilə 2008-ci ilin fevralın 11-də işdə verdiyi ciddi nöqsanlarına görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.

 

Natiq Bağırov/AZADİNFORM. Qusar-Xudat yolunda “Mercedes” markalı  mikroavtobusla “Saipa” markalı minik maşını toqquşub. Bu barədə “Azadinform”a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilində olan 4 nəfər xəsarət alıb. Onlar dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Natiq Bağırov/AZADİNFORM. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 164-cü km-də, magistralın Quba şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

22.10.2012
Atəşkəs pozulub

Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub.

ABŞ-da gülləbaran: 3 ölü, 4 yaralıNaməlum kişi ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərindəki “Azana Day” Spa salonunda atəş açıb. “Reuters”in verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, azı 4 adam yaralanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hesab edir ki, Ovçular Cəmiyyətinin qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olub.

Natiq Bağırov/AZADİNFORM. Bakının Xəzər rayonu ərazisində, Şüvəlan qəsəbəsində 63 yaşlı kişi özünü bıçaqlayıb. Bu barədə “Azadinform”a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. 

Məlumata görə, Şüvəlan qəsəbəsi M.Qasımov küçəsi ev 32 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Əli Mailov intihara cəhd edib.

 

Natiq Bağırov/AZADİNFORM. Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

AZADİNFORM. Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər. 

AZADİNFORM. "KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. 

Natiq Bağırov/AZADİNFORM. Qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Natiq Bağırov/AZADİNFORM. Goranboy şəhərinin ərazisində bankomatdan başqasının pulunu çıxardaraq mənimsəməyə cəhd göstərən şəxs tutulub. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Natiq Bağırov/AZADİNFORM. Gəncə sakini sirkə turşusundan zəhərlənib. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində gərginlik yaranıb. Bu barədə orta məktəbdən məlumat verib.

Suriyanın hökumət qoşunları tərəfindən öldürülən döyüşçülər arasında Azərbaycan vətəndaşının olduğu bildirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində əvvəllər məhkum olunmuş bir qrup şəxsin toplantı keçirməsi barədə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumat araşdırılıb və təsdiqini tapandan sonra hadisə yerinə əməliyyat qrupu çıxıb. Əməliyyat zamanı toplantıda iştirak edən şəxslər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Zəlzələ yerli vaxtla saat 23:48-də, Zaqataladan 25 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhəddində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3.20, dərinliyi ilə 4 km olub. Zəlzələ hiss olunmayıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli parkda dəmir konstruksiyalı Saat qülləsində bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

19.10.2012
Atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar və Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.     


 
458 səhifə 610-dən (dan) << < 454 455 456 457 458 459 460 461 462 > >>
 Xəbər lenti
22.04.2018
21.04.2018
 Arxiv
Apr.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo