AZADİNFORM. Yardımlı rayonu, Telavar kəndində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşıb.

 
AZADİNFORM. Bu gün saat 10:00-dan 18:00-dək “Yevlax-Balakən” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Həbibə/AZADİNFORM. Şəmkirdə əhalinin telefon və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni layihələr həyata keçirilir.

Həbibə/AZADİNFORM. Qusar elektrik şəbəkəsində (EŞ) 2011-ci il ərzində keçirilmiş reydlər zamanı 244 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.

                                                             
Həbibə/AZADİNFORM. Füzulinin Qazaxlar və Mirzənağılı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. “Azadinform” ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin nümayəndələri və rayon rəhbərliyi, ictimaiyyət təmsilçiləri və kənd ağsaqqalları iştirak ediblər.

AZADİNFORM. Bəzi mətbuat vasitələrində Bərdə rayonunda gedən tikinti-abadlıq işləri ilə bağlı əhalidən guya pul yığılması ilə bağlı yazılar dərc olunub.

Həbibə/AZADİNFORM. “Şəki” elektrik stansiyasında mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işləri yerinə yetirilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bütün avadanlıqlar yoxlanılıb, mühafizələr qaydaya salınıb. Eyni zamanda stansiya ehtiyat sürtkü yağları ilə təmin olunub. Bütün bunlarla yanaşı, işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə inzibatı binalarda da müxtəlif təyinatlı təmir-tikinti işləri də görülüb.

Həbibə/AZADİNFORM. Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) ötən il yenidənqurma və təmir tikinti işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir.

Həbibə/AZADİNFORM. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanan “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 70 poçt bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurulması başa çatdırılıb.

AZADİNFORM. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Həbibə/AZADİNFORM. Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqlarının NGN (Next Generation Network) şəbəkəsinə keçirilməsinə başlayıb. “Azadinform” “İCTnews”a istinadən xəbər verir ki, bu istiqamətdə işlərin birinci rübün sonuna qədər başa çatdırılması planlaşdırılır. İşlərin başa çatmasından sonra Şərur rayonu üzrə gələcək nəsil şəbəkəsinə keçirilən nömrələrin sayı təxminən 6 min ədəd, Sədərək rayonu üzrə isə təxminən 2 min ədəd təşkil edəcək.
NGN-in tətbiqi istehsalat birliyinin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının dəstəklənməsinə nail olmağa çalışır.

AZADİNFORM. Bu gün Mingəçevirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

                                                             
Həbibə/AZADİNFORM. Təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan 16:00-dək “Salyan-Əhali” qovşağından Salyan rayonuna gedən orta təzyiqli kəmərdə qaz təchizatı dayandırılacaq.

Həbibə/AZADİNFORM. Azad İstehlakçılar Birliyi (AİB) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kəndin davamlı inkişafı: Vətəndaş cəmiyyəti – bələdiyyənin əməkdaşlıq modeli (COSMO)” layihəsini həyata keçirir.

Həbibə/AZADİNFORM. Cəlilabad elektrik şəbəkəsində (EŞ) 2011-ci il ərzində 720 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub və nəticədə 2 milyon 68,5 min kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin 124,1 min manatdan artıq istehlak dəyəri bərpa edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilib.

 
Həbibə/AZADİNFORM. Gəncə Elektrik Şəbəkəsində (EŞ) ötən il ərzində bir sıra təmir işləri yerinə yetirilib.

Həbibə/AZADİNFORM. Cəlilabadın mərkəzində SİP kabellərin quraşdırılması əsasən yekunlaşıb. Smart-kart tipli sayğacların quraşdırılması daimi əhali istehlakçı qrupu üzrə təxminən 95 faizi, qeyri-əhali istehlakçı qrupunda isə 60 faizi keçib. Bu da sərf olunan elektrik enerjisinin həcminin azalmasına və ödəniş faizlərinin yüksəlməsinə təsirini göstərib.

                                                             
Həbibə/AZADİNFORM. ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Cənubi Koreyanın “KOTRA” (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və “KOPIA” (Koreya Sənaye Müəssisələri Birliyi) təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

AZADİNFORM. Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmanın Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Səfirlikdən “Azadinform”a ıeriləən məlumata görə, iki günlük ziyarət Britaniya səfirinin Azərbaycan regionlarına ilk səfəridir. Səfər zamanı Piter Beytman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Həbibə/AZADİNFORM. Bərdə elektrik şəbəkəsində  (EŞ) 2011-ci il ərzində keçirilmiş reydlər zamanı 1125-dən artıq istehlakçının (bundan 888-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.

 
1 səhifə 14-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo