Həbibə/AZADİNFORM. Biləsuvar rayonunun Təzəkənd kəndinə uzun fasilədən sonra təbii qaz verilib. “Azadinform” ARDNŞ-yə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin, Biləsuvar rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. 300 abonenti olan Təzəkənd kəndinin qazlaşdırılması məqsədilə 5500 metr uzunluğunda polietilen və 3800 metr uzunluğunda metal borularla daşıyıcı və küçə xətləri çəkilib, 70 ədəd sayğac quraşdırılıb.

 

Həbibə/AZADİNFORM. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqi ilə bağlı bir sıra tədbirlər görülür. Komitədən “Azadinform”a verilən məlumata görə, Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanması ilə bağlı təqdimat keçirilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda treninq keçirilib.

Həbibə/AZADİNFORM. “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) cari ilin son üç ayında dayanıqlığın daha da artırılması məqsədilə sistem əhəmiyyətli 35 kV və yuxarı gərginlikli elektrik verilişi xətlərinin 40 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılıb.

Həbibə/AZADİNFORM. Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Bacarıqların inkişaf etdirilməsi” mövzusunda treninq keçirilib.

Həbibə/AZADİNFORM. Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli iş görülməsinə baxmayaraq, hələ də sayğac sxeminə müdaxilə halları qalmaqdadır.

AZADİNFORM. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Masallı rayonunda nazirliyin həmin rayon da daxil olmaqla, respublikanın cənub bölgəsində yerləşən 7 rayonundakı strukturlarının fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinə, həmçinin Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, müxtəlif instansiyalara, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.

AZADİNFORM. Xaçmazın Niyazovad kəndində Yaponiya Hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı”  çərçivəsində tibb məntəqəsi tikilib.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının VI konfransı keçirilib. Bu barədə məlumatı “Azadinform”a partiyadan veriblər.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün “Aqrar iqtisadiyyat” mövzusunda treninq keçirilib.

Həbibə/AZADİNFORM. Balakən rayonunun Kortala kəndinə ilk dəfə olaraq təbii qazın verilişi və aparılmış yenidənqurma işlərindən sonra rayonun Yeni Yaşayış Massivinin “mavi yanacaq”la təchiz olunmasına həsr edilmiş təntənəli mərasim keçirilib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Quba rayonunun Ağbil kəndində keçirib.

Həbibə/AZADİNFORM. Gədəbəyin Ataxal kəndinə ilk dəfə təbii qaz verilib. “Azadinform” ARDNŞ-yə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin və Gədəbəy rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparılıb.

AZADİNFORM. Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının VII-ci konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Həbibə/AZADİNFORM. Göyçay rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzusunda seminar keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin əməkdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.

Həbibə/AZADİNFORM. Cəlilabad rayonunun Alar və Günəşli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

AZADİNFORM. Gəncənin qədim və zəngin tarixə, xalqımızın isə milli-mənəvi dəyərlərə sahib olmasını göstərən tarixi abidələrin qorunması məqsədi ilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən geniş tərkibli komissiya yaradılıb.

Həbibə/AZADİNFORM. “Ucar-Zərdab” qaz kəmərində aparılan təmir bərpa işləri ilə əlaqədar 16 noyabr 2011-ci il tarixdə saat 10:00-dan 17:00-dək qaz təchizatı dayandırılacaq.

 
5 səhifə 16-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo