AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi orqanı olan "Rabitə dünyası" qəzetinin İsveçrənin Davos şəhərində ənənəvi olaraq hər il təşkil olunan Ümumdünya İqtisadi Forumuna həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.

AZADİNFORM. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) jurnalistlər arasında elan etdiyi “Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, radio və televiziya verilişləri” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Həbibə/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankının 20 illik yubiley tədbirləri çərçivəsində keçirilən “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsi başa çatıb. Mərkəzi Bankdan “Azadinform”a verilən məlumata görə, müsabiqəyə 35 məqalə təqdim olunub.

AZADİNFORM. Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a fonddan veriblər.


Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın Parlament Jurnalistlər Birliyi Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunla bağlı Fransa jurnalistlərinə müraciət göndərib. Bu barədə məlumatı PJB-dən veriblər.

AZADİNFORM. Bakı Dövlət Universitetində kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib. Məlumatı “Azadinform”a BDU-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) və onun Azərbaycanda tərəfdaşı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda qadın jurnalistləri  bərabər hüquqlar uğrunda kampaniya keçirməyə həvəsləndirmək,  təlimatlandırma, şəbəkələşdirmə, kommunikasiya kampaniyaları, lobbiçilik vasitəsilə həmkarlar hərəkatına cəlb etmək və onları qərarverici orqanlara öz namizədliklərini irəli sürmək üçün ruhlandırmaq məqsədi ilə “Azərbaycan mediasında gender məsələsi” adlı vəsait hazırlayıb.

AZADİNFORM. Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini bərpa edib.

AZADİNFORM. Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşüb. Bu barədə məlumatı “Azadinform”a BDU-dan veriblər.

AZADİNFORM. Bu gün Mətbuat Şurasında ötən ilin hesabatı ilə bağlı iclas keçirilib. “Azadinform” xəbər verir ki, iclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov  qeyd edib ki, ötən 2011-ci ildə MŞ-yə ümumilikdə 651 müraciət daxil olub, bunlardan 295-i ayrı-ayrı vətəndaşlardandır. “196 müraciət isə dövlət idarə, müəssisə və təşkilatlarına məxsusdur” - deyə Ə.Amaşov vurğulayıb.


Atif Eyvazov/AZADİNFORM. “Gələcəkdə Azərbaycanda Televiziya Akademiyası yaradıla bilər. Hesab edirəm ki, Televiziya Akademiyasının açılmasına artıq zərurət yaranıb”.

Atif Eyvazov/AZADİNFORM. Gələcəkdə Azərbaycan telekanallarında musiqi redaksiyaları ilə bağlı bədii şura yaradıla bilər. “Azadinform” xəbər verir ki, bu fikirləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

AZADİNFORM. Milli Televiziya və Radio Şurasına bu il 413 sənəd daxil olub. “Azadinform” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasında 2011-ci ilin yekunlarına həsr olunmuş tədbirdə Nuşirəvan Məhərrəmli deyib.

Həbibə/AZADİNFORM. “Kəlam” jurnalının növbəti sayı çapdan çıxıb. “Azadinform” xəbər verir ki, bir sıra tanınmış qələm sahiblərinin yazıları dərc olunan jurnal artıq bu gündən satışdadır.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan  Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a KİV DF-dən veriblər.

AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan “Azadinform”a  verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 3 mətbu nəşrlə bağlı müraciətlərə baxıblar.

Adəm Abbaslı/AZADİNFORM. “Məcburi köçkünlər arasında ailə dəyərlərinin təbliği” layihəsi çərçivəsində Cəbrayıl köçkünləri maarifləndirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası tərəfindən “Kaspi” qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. “Azadinform” xəbər verir ki, konfransda “Kaspi” qəzetinin 130 illiyi ilə bağlı keçirilmiş elmi məqalələr müsabiqəsinin nəticəsində çap olunan “Üç əsrin qəzeti” kitabının təqdimatı baş tutub.

Adəm Abbaslı/AZADİNFORM. “Azərbaycanda teleserial bazası yoxdur. Çəkilən teleserialların da səviyyəsi göz qabağındadır”. Bu fikirləri “Azadinform”a açıqlamasında jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirib. Bu sahədə indi-indi ilkin addımların atıldığını bildirən Q.Məhərrəmli bildirib ki, bizdə, ümumiyyətlə, teleserial bazarı deyilən bir anlayış da yoxdur:

Atif Eyvazov/AZADİNFORM. Bu gün Jurnalist Qadınlar Assosiasiyası və Beynəlxalq Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Fransa Milli Assambleyasının qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərar qəbul etdiyinə etiraz olaraq tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə millət vəkilləri, ziyalılar, KİV təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bildirib ki, Fransa Milli Assambleyası qondarma erməni soyqırımı iddialarını inkara görə cinayət məsuliyyəti və 45 min avro məbləğində cəriməni nəzərdə tutan qanunu qəbul etməklə bütün dünyada söz və fikir azadlığının məhdudlaşdırılması üçün təhlükəli presedent yaradan bir ilkə imza atıb. Onun sözlərinə görə, bu sənəd özünü demokratiyanın təməl daşı sayan Fransanın plüralizmə qarşı utandırıcı bir qərarıdır.

 
1 səhifə 12-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo