AZADİNFORM. Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Rabitə və İnfor¬ma¬siya Texnologiyaları Nazirliyinin Azərbaycan rabitəsinin 130 illiyi münasi¬bə¬tilə keçir¬diyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı tədbir keçiril¬ib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Atatürk Mərkəzində  Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Qadın və media” mövzusunda Dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, qadın və media problemi bütün dünyada tez-tez müzakirə obyekti olan məsələdir.

AZADİNFORM. Prezident yanında Kütləvi İnformasiya Vasitə¬lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran 2 məsələ - 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək tədbirlərin müzakirəsi barədə məlumat verib. 

AZADİNFORM. Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. Şuradan “Azadinform”a verilən məlumata görə, iclasda Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, Əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi barədə müzakirələr aparılıb. MŞ sədri Əflatun Amaşov milli jurnalistikanın təşəkkülündə rolu olan, mətbuatın inkişafında əvəzsiz xidmətlər göstərən bu insanın yubileyinin yüksək səviyyə keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığını nəzərə çatdırıb.

AZADİNFORM. Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşəbbüsü əsasında gerçəkləşəcək təlim məşğələlərinə start verilib. İlk məşğələ “Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr”  mövzusunu əhatə edib.

AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Toplantıda 8 qəzetlə bağlı materiallar araşdırılaraq rəylər çıxarılıb. Məlumat “Azadinform”a MŞ-dən verilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsi çərçivəsində “Ekoloji sabitlik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçirilib. “Azadinform” xəbər verir ki, təqdimat Mətbuat Şurası, UNESKO üzrə Azərbaycan Milli Komissiyası, UNSEKO-nun Moskva ofisi, UBESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və layihənin koordianatoru olan Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təşkil olunub.

 

Mübariz Aslanov/AZADİNFORM. “Artıq bir vaxtlar olduğu kimi bu gün də Azərbaycanda jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündəmə gətirmək lazımdır”.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda mətbuat sahəsində zəhməti olan bütün jurnalistlər ev ilə təmin olunacaq”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

AZADİNFORM. Bu gündən Asiya İnkişaf Bankı (AİB) “AİB-in Azərbaycandakı əməliyyatları” mövzusunda yazı müsabiqəsinə başlayır. AİB-in Bakı ofisindən “Azadinform”a verilən məlumata görə, müsabiqədə yalnız çap və elektron mediada çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqənin əsas məqsədi insanları AİB-in Azərbaycandakı əməliyyatları haqda məlumatlandırmaqdır.

Mübariz Aslanov/AZADİNFORM. Nərimanov Rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Bu barədə məlumatı “Azadinform” Fonddan veriblər.

AZADİNFORM. Multimedia  Mərkəzi jurnalistlər üçün treninqlər təşkil edir. Treninqlər “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində həyata keçirilir. Məlumatı “Azadinform”a Multimedia  Mərkəzindən veriblər.

AZADİNFORM. Azərbaycan Mətbuat Şurası yazıçı, jurnalist Rafiq Tağının dünyasını dəyişməsi ilə bağlı nekroloq yayıb.

Adəm Abbaslı/AZADİNFORM. “Dünyada aparılan sorğuların nəticələrinə görə, insanların 65-70%-i informasiyanı yeni mediadan alır”.

AZADİNFORM. Milli Olimpiya Komitəsi və Azərbaycan Mətbuat Şurası “Olimpiya dünyası” qəzetinin 10 illik yubileyi ilə bağlı Dəyirmi masa keçirib. Bu barədə məlumat “Azadinform”a MŞ-dən verilib.


Mübariz Aslanov/AZADİNFORM. Noyabrın 23-ü dünyada “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kimi qeyd ediləcək. Bu təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) Asiya-Sakit Okeanı bölgəsi üzrə regional qurumunun təklifi əsasında İFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib.

AZADİNFORM. Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələri¬nin inkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) Müşahidə Şurasının növbəti iclası keçi¬rilib. Bu barədə məlumatı “Azadinform”a fonddan veriblər.

AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurasının  UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” layihəsi üzrə müzakirələr aparılıb.

Həbibə/AZADİNFORM. “Mir” Dövlətlərarası Teleradio Şirkəti 6 noyabr 2011-ci il tarixində telekanalda yayımlanan “Âìåñòå”  proqramında efirə getmiş “Eurovision-2012 musiqi müsabiqəsinə hazırlıq” reportajında yol verilən ciddi səhvə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən üzr istəyib.

Həbibə/AZADİNFORM. Neft Fondu jurnalistlər üçün “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) və Azərbaycan” mövzusunda müsabiqə elan edib.

 
5 səhifə 14-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo