AZADİNFORM. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri, tarix elmləri namizədi, dosent, Azərbaycanın və Naxçıvanın Əməkdar jurnalisti, Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin sabiq baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə bölgə müxbiri Məmməd Məmmədov mayın 21-də faciəli şəkildə həlak olub.
|
Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı Klemens Şöllə görüş keçirilib.
|
Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Mətbuat Şurası “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsinin icrasına başlayıb.
|
Aytən İmanova/AZADİNFORM. Bu gün Media Hüququ İnstitutu (MHİ) Ümumdünya İnformasiya Azadlığı Günü münasibətilə “Hökumət və toplum – dövlət qurumlarının internet saytlarının durumu” mövzusunda tədbir keçirib.
|
Atif Eyvazov/AZADİNFORM. Mətbuat Şurasının “Azadlıq” qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı 4 aprel 2011-ci il tarixli müraciət qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavablandırılıb. Bu barədə məlumat “Azadinform”a Mətbuat Şurasından verilib.
|
Aytən İmanova /Azadinform. Mətbuat Şurası ABŞ səfirliyi ilə növbəti əməkdaşlığına imza atıb. Bu gün Minnesota Universitetinin Jurnalistika və Kütləvi Kommunikasiya fakültəsinin Media Etikası və Hüququ üzrə professoru Ceyn Körtlinin “Media hüququ” kitabı Mətbuat Şurası tərəfindən tərcümə edilərək çap olunub.
|
AZADİNFORM. Görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə bağlı yeni kitab işıq üzü görüb.
|
AZADİNFORM. Gürcüstanda səfərdə olan xanım jurnalistlərimiz may ayının 12-də Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat orqanı olan “Konqres” qəzetinin redaksiyasında olublar.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistlər arasında cari tədris ilində qəbul prosesinin gedişi ilə bağlı yeni müsabiqə elan edib.
|
Atif Eyvazov/AZADİNFORM. “Azərbaycan mətbuatında reklam bazarının yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər hazırlanaraq, müvafiq qurumlara göndərilib.
|
Atif Eyvazov/AZADİNFORM. Cari ilin bu gününədək Azərbaycan Mətbuat Şurasına 600-ə yaxın şikayət daxil olub. Bu şikayətlərin 400-ə yaxınına baxılıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan bir qrup qadın jurnalist mayın 9-da Tiflisdə “Varlıq” Mədəniyyət Mərkəzində Heydər Əliyevin yubileyinə həsr olunan toplantıda iştirak edib. Assosiasiyanın prezidenti Sevil Yusifovanın verdiyi xəbərə görə, toplantıda Gürcüstan səfirinin müvəqqəti işlər vəkili Şövqü Mehdizadə çıxış edib.
|
Atif Eyvazov/AZADİNFORM. “İstər dövlət qurumları, istərsə də jurnalistlər öz fəaliyyətlərində ədalətli olmalıdırlar”. “Azadinform” xəbər verir ki, bu fikirləri Ombudsman Elmira Süleymanova beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı səsləndirdikləri açıqlamlara münasibət bildirərkən söyləyib.
|
Aytən İmanova/AZADİNFORM. Bu gün ATƏT-in Bakı ofisi və Mətbuat Şurası qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil olunub.
|
Atif Eyvazov/AZADİNFORM. “Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər.
|
Atif Eyvazov/AZADİNFORM. Mayn 12-si Beynəlxalq Mətbuat Mərkəzində Baş Prokurorluq, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının birgə hazırladığı “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” kitabının yeni nəşrinin təqdimatı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Mətbuat Şurasından veriblər.
|
Aytən İmanova/AZADİNFORM. «İki sahil» qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Xüsusi buraxılış”ı çapdan çıxıb. “Azadinform” xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın müxtəlif sahələr üzrə qazandığı uğurları əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
|
Atif Eyvazov/AZADİNFORM. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a KİV DF-dən veriblər.
|
Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup jurnalist qadın mayın 9-12-si tarixlərində Gürcüstanda rəsmi səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasından veriblər.
|
AZADİNFORM. “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı şikayəti cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Abşeron rayon Prokurorluğuna göndərilib. “Azadinform” xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyindən Mətbuat Şurasına daxil olan məktubda bildirilib.
|
|
|