Atif Eyvazov/AZADİNFORM. Azərbaycanın bəzi ali məktəblərinin şəhərdən kənara keçirilməsi ilə bağlı işlər görülür. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov deyib.
|
Adəm Abbaslı/AZADİNFORM. Küveyt Dövlət Universitetində Küveytin istiqlal bayramı ilə əlaqədar təşkil olunan sərgidə Azərbaycan diasporu da iştirak edib.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanan müəllimlərin bir qrupu ilə görüş keçirilib. Məlumatı “Azadinform”a Təhsil Nazirliyindən veriblər.
|
Atif Eyvazov/AZADİNFORM. Ukraynanın Xarkov şəhərində, “Çayka” MMC-də çalışan soydaşımız Ədalət İsmayılov az qabaritli və az çəkili helikopterlərin istehsalını mümkün edən yeni mühərrik ixtira edib.
|
AZADİNFORM. “Skolkovo” Fondu İnnovasiya Mərkəzinə verilən mini-qrantların həcminin 1,5 milyon rubldan 5 milyonadək (131 500 AZN) artırılmasına dair qərar qəbul edib. “Azadinform” xəbər verir ki, məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutu yayıb.
|
AZADİNFORM. Kanadanın Monreal şəhərindəki Makgil Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan konfrans keçirilib.
|
AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində görkəmli ziyalı, Prezident təqaüdçüsü, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Şurasının sədr müavini Çingiz Həsənovun 90 illik yubiley mərasimi keçirilib. Məlumatı “Azadinform”a BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Turizm İnstitutunda ATİ Məzunlar Assosiasiyasının (ATİMA) təşəbbüsü ilə “Fairmont Baku” otelinin baş meneceri Adrian Ellis və İcraedici inzibati köməkçi Aygün Ağayevanın iştirakı ilə görüş-seminar keçirilib.
|
Mübariz Aslanov/AZADİNFORM. Magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrlar fevralın 29-dan etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.
|
AZADİNFORM. Fevralın 22-si Türkiyənin İzmir şəhərində Türkiyə-Azərbaycan əlaqələri və Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək.
|
AZADİNFORM. Almaniyanın Maqdeburq şəhərində Zaxhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə insanlığa qarşı bu ağır cinayətə etiraz əlaməti olaraq avtomobil yürüşü keçirilib.
|
AZADİNFORM. Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi ölkənin ən böyük universitetlərindən biri, Pretoria Universitetinin mərkəzi kitabxanasının əsas binasında Azərbaycana həsr edilmiş sərgi təşkil edib.
|
AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə BƏƏ-də keçiriləcək silsilə tədbirlər çərçivəsində Dubay əmirliyinin Alimlər Şurasının sədri, aylıq “Əl-Diya” və “Əl-Əhmədiyyə” elmi-ictimai jurnallarının baş redaktoru Məhəmməd Əhməd Əl-Quraşi ilə görüşüb.
|
AZADİNFORM. Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 26-da cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təsdiq müddətinin fevralın 18-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul edib.
|
AZADİNFORM. Milli Məclisin deputatı Ceyhun Osmanlı fevralın 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
|
Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda bütün məktəblərdə birnövbəli və beş günlük dərs sisteminə keçid baş verəcək. “Azadinform” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov bu gün keçirilən “Gələcəyə baxış – Azərbaycan 2020 inkişaf konsepsiyası” çərçivəsində keçirilən “Milli təhsilin gələcəyi” adlı Dəyirmi masada bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Artıq Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olunmayanlarla bağlı xüsusi proqram yaradılmalıdır". “Azadinform” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bu gün keçirilən “Gələcəyə baxış – Azərbaycan 2020 inkişaf konsepsiyası” çərçivəsində keçirilən “Milli təhsilin gələcəyi” adlı Dəyirmi masada bildirib.
|
Adəm Abbaslı/AZADİNFORM. “Saxta diplomlu müəllimlərin aşkarlanmasının əhəmiyyəti ondan ibarət olacaq ki, ölkədə saxta diplomla işləyən adam olmayacaq”.
|
|
|