Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərlə əlaqədar sənəd verən namizədlər haqqında məlumat kitabçalarının hazırlanmasına başlanılıb. Bu barədə açıqlamanı “Azadinform”a AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu verib.

AZADİNFORM. Bu gündən ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.


AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulmann ilə görüşüb. Məlumatı “Azadinform”a ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə ADU-nun İsveçrə universitetləri ilə əlaqələri, ali məktəblərlə münasibətlərin genişləndirilməsi imkanları müzakirə olunub. Eyni zamanda, mütəxəssislərin dəvət olunması, müəllim-tələbə mübadiləsi, İsveçrə universitetləri və ADU arasında birgə layihələrin həyata keçirilməsi haqda da müzakirələr aparılıb.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan  Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov rəhbərlik etdiyi universitetin yerli koordinatoru olduğu Erasmus Mundus mübadilə proqramı çərçivəsində Alrakis layihəsinin tələbə mobilliyində iştirak edən tələbələrlə görüşüb. ADU-dan “Azadinform”a verilən məlumata görə, görüşün məqsədi proqramın yerli koordinatorluğunun rəhbəri ilə tanışlıq xarakteri daşıyıb.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqlayıb. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov ilə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberq arasında görüş keçirilib.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Sərxan Abdullayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.


Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəbə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə xəbərdarlıq edib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

Adəm Abbaslı/AZADİNFORM. Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) 9 aprel – Gürcüstan Müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirib.

Adəm Abbaslı/AZADİNFORM. Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.

Adəm Abbaslı/AZADİNFORM. Bu gündən etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu elan olunub.

AZADİNFORM. Türkiyə telekanalında yayımlanan və Azərbaycanda da böyük maraqla izlənilən "Möhtəşəm Yüz il" teleserialının ssenaristi bu gün ölüb. “Azadinform”un Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, məşhur türkiyəli ssenarist və aktrisa Meral Okay bu səhər evində dünyasını dəyişib.

Həbibə/AZADİNFORM. Azərbaycan Turizm İnstitutu öz fəaliyyətində təhsil-təcrübə-tədqiqat-təlim modelini hədəf seçib.

Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti "Ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında"kı qərarında dəyişikliklər edib. Nazirlər Kabinetindən “Azadinform”a verilən məlumata görə,  dəyişikliklər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifi nəzərə alınaraq edilib.

AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) açıq tender elan edir. TQDK-dan “Azadinform”a verilən məlumata görə, tender 1 lot üzrə keçirilir.      

Atif Eyvazov/AZADİNFORM. Yaxın gələcəkdə YUNESKO Azərbaycanda elmin  idarə olunması, onun gələcək inkişafını, kadrların hazırlanması, prioritet istiqamətlərin seçilməsi ilə bağlı həyata keçirdiyi  layihənin nəticələrini  AMEA-ya təqdim edəcək. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində AMEA Rəyasət Heyətinin xarici əlaqələr şöbəsinin rəhbəri Ədalət Həsənov verib.

AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

4.04.2012
BDU hesabat verdi

AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Məlumatı “Azadinform”a BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər.


Atif Eyvazov/AZADİNFORM. AMEA Neft-Kimya Prosesləri İnstitutu və Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə oktyabrın 3-6-sı tarixlərində neft kimyası üzrə VIII Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək.

AZADİNFORM. Beynəlxalq Mətbuat Klubu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Region QHT-ləri üçün informasiya xidmətinin göstərilməsinə dəstək” layihəsinin icrasına başlayıb. BMK-dan “Azadinform”a verilən məlumata görə, regionlarda həyata keçiriləcək layihənin icra müddəti 4 aydır.

 
5 səhifə 49-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo