Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində 8 fakültəyə yeni dekan təyin olunacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

Atif Eyvazov/AZADİNFORM. İyun ayından etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun erkən sivilizasiyaların öyrənilməsi ilə məşğul olan mütəxəssislərdən ibarət ekspedisiyası Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə Tovuz rayonunun Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işlərini davam etdirəcək.


Elvin Xəzər/AZADİNFORM. 28 May Respublika Günü münasibətilə Londonun mərkəzində yerləşən “Gloucester Millenium” mehmanxanasında bayram tədbiri keçirilib. Bu barədə məlumatı “Azadinform”a Böyük Britaniyadakı səfirliyimizdən veriblər.


Atif Eyvazov/AZADİNFORM. İyunun 1-i AMEA  Şərqşünaslıq İnstitutu və Rumıniya Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər.

Aytən İmanova/AZADİNFORM. İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. “Azadinform” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib.

Aytən İmanova/AZADİNFORM. Mayın 29-da ölkənin 27 şəhərində sınaq imtahanı olacaq. “Azadinform” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Atif Eyvazov/AZADİNFORM. Son vaxtlar Azərbaycandakı tarixi tədqiqatlar,  sanballı nəşrlər Ermənistanın dövlət başçısından tutmuş müdafiə nazirinə qədər hamısını ciddi təşvişə salıb.


Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib.

Günel Əbilova/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı “Azadinform”a BDU-nun Mətbuat və İnformasiya şöbəsindən veriblər.

Atif Eyvazoav/AZADİNFORM. Bu gün Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elektron portalının (www.tarix.gov.az), (www.istoriya.az) təqdimat mərasimi keçirilib.


Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın Qırğızıstandakı səfirliyi “Dəsmiyə” restoranında 28 May – Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Bu barədə məlumatı “Azadinform”a səfirlikdən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın müstəqilliyinin 20 illiyi və 28 May Respublika günü münasibətilə Qahirə Universitetində “Azərbaycanın müstəqillik yolu: əldə olunmuş nailiyyətlər və perspektivlər” mövzusunda seminar keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “SMS məlumatlandırma” xidmətini istifadəyə verib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Bu gün təhsil naziri Misir Mərdanov Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZADİNFORM. 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir.

Atif Eyvazov/AZADİNFORM. Türkiyənin Manisa şəhərində III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib.

AZADİNFORM. Millət vəkili Asəf Hacıyev Çinin Siçuan Universitetinin “Fəxri professoru” seçilib. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı A.Hacıyev özü bildirib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 28-i Finlandiyanın paytaxtı Helsinkidə bu ölkədə yaşayan azərbaycanlıları birləşdirən “Dostluq” cəmiyyəti Respublika gününə həsr olunan “Anam doğma Vətənim – Azərbaycan” adlı mədəni-kütləvi tədbir keçirməyi planlaşdırıb.

Atif Eyvazov/AZADİNFORM. Növbəti tədris ilinədək Azərbaycanın müxtəlif bölgələrində 25 orta ümumtəhsil məktəbi istifadəyə veriləcək.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb.

 
40 səhifə 49-dən (dan) << < 36 37 38 39 40 41 42 43 44 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo