AZADİNFORM. Aprelin 23-ü Bakıda, Azərbaycan Kinematoqrafçılar İttifaqının akt zalında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Yazıçılar birliklərinin üzvü, Niderland Ssenaristlər və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət xadimi Gülşən Lətifin “Bir çətir altında” kitabının təqdimat mərasimi keçiriləcək.
|
AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov may ayında Bakıda “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Dubayın Turizm və Ticarət Marketinqi nazirinin müavinləri Nəbil Əbdürrəhman Əhməd və Bədr Abdullah Məhəmmədlə görüşüb.
|
AZADİNFORM. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib.
|
AZADİNFORM. Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Məclisinin iclası keçirilib. Milli Şuranın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, iclasda əvvəlcə təşklitaın qurultayı ilə bağlı məsələ müzakirə edilib.
|
AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Özbəkistana səfərə yola düşür. Bu barədə məlumatı “Azadinform”a QMİ-nin mətbuat xidmətindən məlumat veriblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin bir qrup deputatı daxildir.
|
AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb.
|
Atif Eyvazov/AZADİNFORM. Təhsil Nazirliyində 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib. Məlumatı “Azadinform”a Təhsil Nazirliyindən veriblər.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aprelin 8-dən etibarən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında sınaq imtahanları keçirilir. İmtahanların iyun ayının 10-dək keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
|
AZADİNFORM. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
|
AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin dekan müavini, baş müəllim Kəmalə Kərimova və Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanın təşkilatçılığı ilə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 870-ci ildönümünə həsr edilən “Nizaminin əsərləri və musiqi” mövzusunda tədbir keçirilib.
|
AZADİNFORM. Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında “2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı”na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə “Silahlı Qüvvələr demokratiya şəraitində” silsiləsindən “Rəhbərlik və mülki təhsil” mövzusunda seminar başlayıb.
|
Atif Eyvazov/AZADİNFORM. “Biz “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı təkliflərimizi Təşkilat Komitəsinə təqdim etmişik. Cənab prezident ilin sonuna qədər vaxt verib və həmin vaxta qədər Təşkilat Komitəsində müvafiq məsələlər öz həllini tapacaq”.
|
Atif Eyvazov/AZADİNFORM. Bu gün akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. “Azadinform” xəbər verir ki, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşan müsabiqənin yekun mərhələsində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
|
Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əcnəbi abituriyentlərlə bağlı məlumat yayıb. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.
|
Atif Eyvazov/AZADİNFORM. “Ümumi təhsil məktəblərinin şagirdləri arasında narkotik vasitələrdən istifadə ilə bağlı məndə belə bir məlumat yoxdur.
|
Atif Eyvazov/AZADİNFORM. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin mart ayında 1629 müraciət daxil olub. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, müraciətlərin 1439-u telefon, 190-ı elektron poçt vasitəsi ilə qəbul edilib.
|
AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemlə görüşüb.
|
AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Böyük Britaniyanın İpsviç Universitetinin nümayəndəsi Kressi Harinqtonla görüşüb.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gündən Azərbaycanda cari tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul olmaq istəyən abituriyentlər “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirə bilərlər. Bu barədə məlumatı “Azadinform”a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
|
|
|