Adəm Abbaslı/AZADİNFORM. May ayının 4-də “Eurovision-2012” paytaxtının uşaqları” adlı konsert proqramı keçiriləcək. “Azadinform” xəbər verir ki, konserti Gənclər üçün Təhsil Mərkəzi təşkil edəcək.
|
Adəm Abbaslı/AZADİNFORM. Rejissor Nail Naiboğlu müğənni Elçin Hüseynov üçün ekranlaşdırdığı “İki ürək” klipi hazırdır. “Azadinform” xəbər verir ki, rejissor mətbuata əvvəlcədən bildirdiyi kimi, klipdə açıq-saçıq səhnələr yer alıb.
|
Ümidə Həsənli/AZADİNFORM. Müğənni Mina solo konsert proqramı ilə çıxış etdi. “Mayovka” adlı konsert 1 May Beynəlxalq Zəhmətkeşlər gününə həsr olunmuşdu. Maraqlı məqamların yaşandığı gecədə ifaçı ilk dəqiqələrdən etibarən təəccübləndirməyi bacardı. Səhnəyə gəlişi isə hər kəsin marağına səbəb oldu. Tamaşaçıların arasından çıxan motosikletdəki qızın Mina olduğunu düşünənlər aldandıqlarını bir neçə dəqiqədən sonra anladılar. Belə ki, əslində, motosikletdə əyləşən müğənni yox, rəqqasələrdən biri idi. Sənətçi heç kimin gözləmədiyi anda səhnədə görünərək diqqəti öz üzərinə cəlb etməyi bacardı.
|
Adəm Abbaslı/AZADİNFORM. Qüdsdə İsrailin “Eurovision” Mahnı Müsabiqəsi üzrə milli yayımçısı “İBA” telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunan xüsusi konsert keçirilib.
|
Adəm Abbaslı/AZADİNFORM. Serbiyanı Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək bəstəkar və müğənni Zeljko Yoksimoviç “Nije lyubav stvar” adlı müsabiqə mahnısının yeni rəsmi videosunun çəkilişlərinə başlayıb.
|
Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan tamaşaçılarının da TRT-1 telekanalında böyük maraqla izlədiyi türk serialı “Avrupa, Avrupa”nın aktyorları Bakıdakı iki günlük çəkilişindən sonra media nümayəndələri ilə görüşüb. Jurnalistlərin suallarını cavablandıran yaradıcı heyət azərbaycanlıların qonaqpərvərliyindən razı qaldıqlarını səsləndiriblər.
|
Ümidə Həsənli/AZADİNFORM. Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Azadinform”a verilən məlumata görə, təmir-bərpa Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində reallaşır.
|
Ümidə Həsənli/AZADİNFORM. Əməkdar artist Kubra Əliyeva kimyaterapiya kursu keçir. Aktrisanın sinə nahiyəsində şiş aşkarlanıb. Bu barədə Əməkdar artist “Azadinform”a açıqlamasında deyib. Hazırda özünü yaxşı hiss edən Kubra xanım müalicə kursunu bir neçə ay da davam etdirəcək:
|
Adəm Abbaslı/AZADİNFORM. Xalq artisti Nəzakət Teymurova Beynəlxalq Muğam Mərkəzində “Çox uzun deyil, bu həyat…” adlı solo-konsert verib.
|
Adəm Abbaslı/AZADİNFORM. Görkəmli bəstəkar Rauf Hacıyevin bu il 90 illik yubileyi ilə əlaqədar, may ayının 15-də Dövlət Musiqili Komediya Teatrının kollektivi onun müəllifi olduğu “Talelər qovuşanda” tamaşasını nümayiş etdirəcək.
|
Ümidə Həsənli/AZADİNFORM. Daim yaradıcılıq yenilikləri ilə gündəmdə olmağa çalışan estrada müğənnisi Ayan Babakişiyeva yenə də ənənəsinə sadiq qalıb. Son aylar repertuarındakı mahnıları davamlı olaraq ekranlaşdıran müğənni daha bir uğurlu klip layihəsinin çəkilişlərini yekunlaşdırıb. Bu barədə müğənni “Azadinform”a açıqlamasında bildirib.
|
Ümidə Həsənli/AZADINFORM. Mina solo konsert proqramı ilə çıxış edəcək. İlk gündən fərqliliyi ilə seçilən ifaçının ilk konserti də maraqlı bir günə təsadüf edir. Əvvəllər zəhmətkeş insanların bayram günü kimi qeyd etdiyi 1 may tarixində gənc müğənni metkartinqdə səhnəyə çıxacaq. “Hər şey istəyirəm” ilk solo konsert proqramını səbirsizliklə gözləyən Mina təəssüratlarını “Azadinform”la bölüşüb:
|
Adəm Abbaslı/AZADİNFORM. Bakıda və Naxçıvanda muzey işinə dair “Muzeylərin idarə edilməsi və inkişafı” mövzusunda seminar-treninqlərdə Smitsonian İnstitutunun Asiya Mədəniyyət Tarixi Muzeyinin direktoru Pol Maykl Teylor və onun 3 həmkarı iştirak edib.
|
Adəm Abbaslı/AZADİNFORM. 2012-ci ilin “Kitabxanalar ili” elan olunması ilə əlaqədar rayonlarda tədbirlər davam edir.
|
Adəm Abbaslı/AZADİNFORM. Albaniyanı “Eurovision 2012”-də təmsil edəcək Rona Nişliu müsabiqə öncəsi tanıtım turunu başa çatdırıb. “Azadinform” eurovision.az saytına istinadən xəbər verir ki, indi təmsilçi üçün prioritet məsələ Bakıya səfərdir.
|
Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsi 2012-dəki “When the music dies” mahnısının meqamiks versiyası hazırlanır. Bu barədə məlumatı Dj Çina verib.
|
Ümidə Həsənli/AZADİNFORM. Ən müasir texniki avadanlıqlarla təchiz edilən Heydər Əliyev Sarayı daha bir yeniliyə imza atıb. Sabahdan saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradılacaq.
|
Adəm Abbaslı/AZADİNFORM. Müğənnilər Roza Zərgərli ilə Elnur Məmmədov birgə çalışmaq qərarına gəlib.
|
Adəm Abbaslı/AZADİNFORM. “YUĞ” Dövlət Teatrında 5-ci ayın repertuarı təsdiqlənib. Teatrın mətbuat xidmətindən may ayında oynanılacaq tamaşaların afişası “Azadinform”a təqdim olunub.
|
Ümidə Həsənli/AZADİNFORM. Öz intellektual səviyyəsinə görə bir çox müğənnidən üstün olan Xalq artisti Faiq Ağayev xeyirxah təşəbbüs göstərərək, bu günə kimi oxuduğu 600-a qədər kitabı hədiyyə etmək qərarına gəlib. Bununla əlaqədar Xalq artisti “Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi” Qeyri-Hökumət Təşkilatına müraciət edərək, bu işi birgə reallaşdırmağı təklif edib. Bu xeyirxah işə dəstək verən adıçəkilən təşkilat Xalq artistinin istəyini ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi Mədət Quliyevə çatdırıb. M.Quliyev də Xalq artistinin bu addımını yüksək qiymətləndirərək, öz razılığını bildirib.
|
|
|