Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 17-19 may tarixlərində ABŞ-ın Las Veqas şəhərində 11-ci Qlobal Səyahət və Turizm Sammitində, 23-27 may tarixlərində isə Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.

Adəm Abbaslı/AZADİNFORM. Uşaqlarımızın diqqət və marağını cəlb edən “Şrek və dostları” 11-ci mövsümünə başlayan Bakı Uşaq Teatrının səhnəsində olacaq.

Xədicə/AZADİNFORM. Müğənni Rəqsanə yeni mahnısına Moskvada klip çəkdirib. “Azadinform”un məlumatına görə, onun «Təkcə səni» adlı mahnısına ekran həyatı verilib. Klipin maraqlı süjet xətti var. Təfərrüatı ilə açıqlanmasa da, klipdə türkiyəli model Toğrul Aksanın çəkildiyini öyrəndik.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının «Təbəssüm» rəqs qrupu Kiyevdə keçirilən «Günəşli şabalıd» II Beynəlxalq Xeyriyyə Festivalında iştirak edəcək.

Adəm Abbaslı/AZADİNFORM. Mayın 12-də Almaniyanın Düsseldorf şəhərində “Esprit Arena”da “Eurovision-2011” müsabiqəsinin II yarımfinalı da baş tutdu. “Azadinform” İTV-yə istinadən xəbər verir ki, yarımfinal mərhələsində 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparıb.

AZADİNFORM. Əməkdar incəsənət xadimi, Dövlət Yuğ Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də vəfat edib. “Azadinform” xəbər verir ki, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib.

Adəm Abbaslı/AZADİNFORM. 14 May - “Muzeylər gecəsi” aksiyası çərçivəsində Cəlil Məmmədquluzadənin Ev Muzeyində Azərbaycan satirik şerinin böyük ustası M.Ə.Sabirin xatirəsinə həsr olunmuş “M.Ə.Sabir mollanəsrəddinçi satirik şerin banisidir” mövzusunda “Ədəbi məclis” keçiriləcək.

Xədicə/AZADİNFORM. Xalq artisti Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlu uzun fasilədən sonra növbəti duet mahnılarını lentə yazdırıblar.

Günel Əbilova/AZADİNFORM. Ən böyük problemim Azərbaycanı tərk edə bilməməyimdir. “Azadinform” xəbər verir ki, bu sözləri bu gün “Tı daleko” musiqi albomunun təqdimat mərasimində müğənni Xəyyam Nisanov deyib.

Xədicə/AZADİNFORM. İyunun 14-16-sı tarixlərində Türkiyənin Dənizli şəhərində türkdilli dövlətlərin gənc istedadlıları arasında «Türkcevizyon Muzik Festivalı-2011» adlı televiziya müsabiqəsi keçiriləcək.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi əhalini ayıq olmağa çağırır.

AZADİNFORM. Bakıda İtaliya filmləri günləri keçiriləcək. Ekran əsərləri mayın 13-dən 27-dək paytaxt sakinlərinə təqdim ediləcək.

Adəm Abbaslı/AZADİNFORM. Vyanada yerləşən “Base-level” qaleriyasında gənc rəssam Adil Yusifovun əsərlərindən ibarət sərgi açılıb.

Adəm Abbaslı/AZADİNFORM. “Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsində görüləcək tədbirləri çoxdur. Əsas tədbirlərdən biri odur ki, normativ hüquqi aktların hazırlanması və onların daha çox tətbiqinə əhəmiyyət verməliyik”.

Xədicə/AZADİNFORM. Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Azərbaycanı «Slavyan bazarı» adlı beynəlxalq müsabiqədə təmsil edəcək. “Azadinform”un məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib. Aybəniz xanım mətbuat işçilərinin diqqətinə çatdırıb ki, builki «Eurovision» müsabiqəsinin milli seçim turlarının sonuna qədər gələn və yarımfinalda məğlub olan Aynişanın daha bir müsabiqəyə qatılmasını istəmirdi. «Açığını deyim, ümidimi itirmişdim.

Xədicə/AZADİNFORM. Bu gün Əməkdar artist Aybəniz Haşımova sənətinə dəstək göstərdiyi gənc sənətçi Rövşən Əzizlə birlikdə mətbuat konfransı keçirib. “Azadinform”un məlumatına görə, R.Əzizin yeni diskini media nümayəndələrinə təqdim edən Aybəniz xanım toplunun layihə müəllifidir.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, Milli Kulinariya Mərkəzi və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaq.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Eurovision-2011”-də Azərbaycan təmsilçilərindən qələbə gözləyir. “Azadinform”un məlumatına görə, nazir jurnalistlərlə söhbətində deyib ki, uzun illər idman naziri olduğundan bütün yarışmalardan yalnız qələbə gözləyir:

Adəm Abbaslı/AZADİNFORM. Prezident İlham Əliyevin orden və medallar, həmçinin fəxri adlar verdiyi mədəniyyət və incəsənət işçiləri bu gün təltif olunub.

 
281 səhifə 288-dən (dan) << < 277 278 279 280 281 282 283 284 285 > >>
 Xəbər lenti
18.11.2018
17.11.2018
 Arxiv
Noy.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo