Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın tarixindən bəhs edən sənədli film beynəlxalq festivalda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, mayın 22-26-da Ukraynada keçirilən “Xarkov yasəməni” beynəlxalq qısametrajlı filmlər festivalında

Adəm Abbaslı/AZADİNFORM. 2011-ci ilin  iyun-noyabr aylarında İtaliyada keçiriləcək növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi 54-cü Venesiya Biennalesi artıq son hazırlıq işləri görür.

Xədicə/AZADİNFORM. Ekstravaqant müğənni Samir Bağırov hər kəsi narkotik asılılıqdan uzaq olmağa çağırır. Ötən il məhz bu dəhşətli vərdişə tutulan müğənni uzun müddət Moskvada müalicə alandan sonra narkotikdən uzaq olmaq üçün əlindən gələni edir. “Azadinform”a danışan müğənni indi o günləri heç ağlına belə gətirmək istəmir:

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Musiqili Komediya Teatrı 2011-ci il iyun ayı üçün repertuarını hazırlayıb.

Adəm Abbaslı/AZADİNFORM. 1962-ci ildən mütəmadi olaraq keçirilən Sabir Poeziya günləri bu il də keçiriləcək.

Xədicə/AZADİNFORM. İyunun 11-də paytaxtın əyləncə məkanlarının birində «Eurovision-2011»-in milli seçim turlarının uğurlu iştirakçılarından olan gənc müğənni Çingiz Mustafayevin konserti keçiriləcək.

Xədicə/AZADİNFORM. Bir çox sevilən mahnının müəllifi Hüseyn Abdullayev doğum gününü qeyd edib. “Azadinform”un məlumatına görə, bəstəkar üçün ən yadda qalan hədiyyə NEXT qrupunun ifasında illər öncə yazdığı mahnını fərqli tərzdə eşitməsi olub.

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti ay üçün öz repertuarını müəyyənləşdirib. Teatrın baş rejissoru Cənnət Səlimovanın “Azadinform”a verdiyi məlumata görə, artıq təqdim olunacaq tamaşaların afişası da hazırdır.

Xədicə/AZADİNFORM. Bir neçə ay öncə idman ustası Kamil Kərimovla ailə həyatı quran müğənni Gülay Qədirova ana olmağa hazırlaşır. Müğənni bu səbəbdən bir neçə yaradıcılıq layihəsini təxirə salıb.

Adəm Abbaslı/AZADİNFORM. Bakı Uşaq Teatrı Ərzurumdadır. Teatrın mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, səfərin məqsədi Ərzurum Gənclik və İdman Bölgə Müdürlüyü və Ərzurum teatrının birgə layihəsi olan III Gənclik Mərkəzi Teatr Festivalında iştirak etməkdir.

Adəm Abbaslı/AZADİNFORM. Dövlət Musiqili Komediya Teatrı məşhur “Buratino”nu səhnələşdirəcək. Teatrdan “Azadinform”a verilən məlumata görə, burada fəaliyyət göstərən Yaradıcılıq Studiyası yeni tamaşanı gənc tamaşaçılara Uşaqların Beynəlxalq Müdafiə Günündə təqdim edəcək.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Yaltada keçiriləcək Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edəcək.

Xədicə/AZADİNFORM. Əməkdar artist Ədalət Şükürov və müğənni Xəyyam Nisanov Türkiyədə konsert proqramı ilə çıxış edəcəklər.

Adəm Abbaslı/AZADİNFORM. Çin Xalq Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən xəbərə görə, Mədəniyyət Günləri çərçivəsində Çinin San Pin İncəsənət qalereyasında bu gün fotoşəkil, miniatür kitab və milli geyim nümunələrimiz nümayiş etdirilib.

Xədicə/AZADİNFORM. Əməkdar artist Azərin Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. “Azadinform”a bu barədə məlumat verən müğənni bildirib ki, təklif ona Heydər Əliyev Sarayının rəhbərliyindən gəlib:

Xədicə/AZADINFORM. Azərbaycanla yanaşı, Türkiyədə də model kimi tanınan Nigar Talıbova daha bir istedadını sərgiləyəcək. “Azadinform”un məlumatına görə, tezliklə modelin ifasında səslənəcək mahnılar toplu şəklində tirajlanacaq. O bildirib ki, albomda Azərbaycan bəstəkarlarının mahnıları üstündür.

Xədicə/AZADİNFORM. Müğənni Ayan Əməkdar artist Aygün Bəylərlə duet oxuyacaq.  Bu ideya sənətçilərin birgə əməkdaşlığından bir az sonra yaranıb. “Azadinform”un məlumatına görə, Ayan bundan öncə A.Bəylərin Baba Vəziroğlunun sözlərinə bəstələdiyi «Dəniz» mahnısını ifa edib. Əslində, həmin bəstəni onlar duet oxumalı idilər, lakin bəzi məqamlar buna mane olub. Onlar duet ideyalarını başqa mahnıda gerçəkləşdirəcəklər.

Elvin Xəzər/AZADİNFORM. Mexiko şəhərində ənənəvi “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. 15 gün davam edəcək yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur. Bu barədə məlumatı “Azadinform”a Meksikadakı səfirliyimizdən veriblər.

Xədicə/AZADİNFORM. Üç ay bundan öncə Türkiyədə ana olan müğənni Yeganə Bakıdadır. Bu məsuliyyəti dərindən dərk edən sənətçi vaxtının çoxunu oğlu Ömərlə keçirir.

Xədicə/AZADİNFORM. Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisini açacaq. Müğənniliklə yanaşı, foto sənəti ilə də ciddi məşğul olduğunu “Azadinform”a deyən Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisinin açılacağını bildirdi:

 
280 səhifə 290-dən (dan) << < 276 277 278 279 280 281 282 283 284 > >>
 Xəbər lenti
16.01.2019
 Arxiv
Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo