Günel Əbilova/AZADİNFORM. “Azərbaycan bu il keçirilən “Eurovision” müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib”. “Azadinform” xəbər verir ki, bu sözləri İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru İsmayıl Ömərov bu gün Azərbaycanın “Eurovision-2011” yarışmasında qalibiyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

Günel Əbilova/AZADİNFORM. “Bu işarə nə bozqurd, nə də rokçuluq deməkdir”. “Azadinform” xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında “Eurovision-2011”–in qaliblərindən olan Eldar Qasımov göstərdiyi işarəyə aydınlıq gətirərkən deyib.

Xədicə/AZADİNFORM. Əməkdar artist İlqar Muradov yenə solo konsert vədi verir. Müğənninin sözlərinə inansaq, o, bu ilin sonuna kimi növbəti konsertini təqdim edəcək. Qeyd edək ki, Əməkdar artist dəfələrlə konsert vədi versə də, bunlar tək hallarda həllini tapır.

Günel Əbilova/AZADİNFORM. “Azərbaycan bayrağı Eldarda, Türkiyənin bayrağı isə mənim əlimdə idi”. “Azadinform” xəbər verir ki, bu sözləri mətbuat konfransında jurnalistlərə açıqlamasında “Eurovision” müsabiqəsinin qalibi Nigar Camal deyib. Onun sözlərinə görə, Türkiyənin finala çıxmamasından çox narahat olub.

Adəm Abbaslı/AZADİNFORM. 1993-cü ildən “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan, laureatları “Humay” Akademiyasının üzvləri tərəfindən müəyyən edilən “Humay” Milli Mükafatının növbəti layiqlisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu olub.

Adəm Abbaslı/AZADİNFORM. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası növbəti iclasını keçirtmək üçün Minsk şəhərində toplaşacaq.

AZADİNFORM. «Eurovision-2011»-in final mərhələsini Bakı əhalisinin 59%-i izləyib. Paytaxt sakinlərinin təxminən üçdə birindən də az hissəsi canlı yayımı izləyə bilməyib və müsabiqədəki qələbəmiz barədə xəbərlərdən və ya dost-tanışlardan eşidib. “Azadinform” xəbər verir ki, bu barədə «Rəy» Monitorinq Mərkəzi mayın 15-16-da Bakıda  ictimai rəy sorğusu keçirib.

Xədicə/AZADİNFORM. Şəxsi həyatını bacardığı qədər mediadan uzaq tutan müğənni Natəvan Həbibi “Azadinform”a maraqlı açıqlama verib. Müğənni bildirib ki, ailə həyatı qurandan sonra səhnəni tərk edəcək.

Xədicə/AZADİNFORM. «Şou-biznesdə nümunəvi sənətçi kimi olmağı hər adam bacarmır. Məni hər zaman bu cür təqdim edirlər. Amma bəzən insanı olduğu kimi qəbul etmək istəməyənlər də olur.

AZADINFORM. «Eurovision-2011» beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılarının bu il nə qədər maliyyə sərf etdikləri bəlli olub. «Azadinform» Qərb xəbər agentliklərinə istinadən xəbər verir ki, bu dəfə müsabiqənin təşkilatçıları 47 mln. avro sərf ediblər. Turistlərin səfəri və yayımdan əldə olunan vəsait isə 140 mln. avronu keçib.  

Adəm Abbaslı/AZARİNFORM. “Nərimanfilm”in istehsalı olan və baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşevin (Azərbaycan) canlandırdığı “Sahə” bədii filmi nümayiş olunacaq.

Adəm Abbaslı/AZADİNFORM. Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək şagirdləri, T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin və Şamaxı İ.Nəsimi adına uşaq incəsənət məktəbinin şagirdlərinin birgə tədbir-sərgisi keçiriləcək.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Biz teatrı sevirik” adlı yeni layihə üzərində çalışır. Teatrdan “Azadinform”a bildiriblər ki, həmin layihə mayın 21-i saat 15.00-da teatrda gerçəkləşəcək.

Xədicə/AZADİNFORM. Ötən gün Heydər Əliyev Sarayında yumorist Fərda Xudaverdiyevin «Stand up» formatında «Tək səbir» adlı proqramı təqdim olunmalı idi. Lakin proqram təxirə düşüb. Sarayın mətbuat əlaqələndiricisi Anar Fərəczadə “Azadinform”a bildirib ki, şou proqram mayın 25-ə keçirilib. Lakin o, təxirə düşmənin səbəbləri barədə heç nə deməyib.

Adəm Abbaslı/AZADİNFORM. “Nizami”, “Nəsimi”, “Babək” və s. kimi Azərbaycan kino tarixində mühüm yer tutan filmlərin qurluşcu rəssamı olan Mayis Ağabəyovun sərgisi keçiriləcək.

Xədicə/AZADİNFORM. Reper Hüseyn Dərya yeni «Məktub-2» adlanan rep parçasına klip çəkdirir. Onun “Azadinform”a bildirdiyinə görə, çəkilişləri gənc rejissor Ceyhun Kərimova həvalə edib. Burada reperin şəxsi həyatı yer alacaq: «Həyatımda ağlı-qaralı günlər çox olub.

Xədicə/AZADİNFORM. Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə «Eurovision» mahnı müsabiqəsində təmsil edən Araş Azərbaycan xalqını təbrik edib. Bu barədə o, öz rəsmi saytına yazıb.

AZADINFORM. Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti qələbə qazanıb. Təmsilçilərimizin ifa etdiyi “Runnung scared” mahnısı 43 ölkə tamaşaçılarının səsverməsi nəticəsində 221 xal toplayıb. Müsabiqədə ikinci yeri İtaliya, üçüncü yeri isə İsveç tutub.
Müsabiqənin qaydalarına əsasən, “Eurovision-2012” yarışması Azərbaycanda keçiriləcək.

Xədicə/AZADİNFORM. «Dəyirman» qrupunun üzvü və son zamanlar solo karyerada özünü daha qabarıq göstərən Mir Yusif repertuarına «Təhminə» filmində səslənən məşhur «Əlvida» mahnısını daxil edib. Amma mahnı reper və müğənninin ifasında müasirləşib.

Xədicə/AZADİNFORM. Səsindəki problemlər səbəbindən yalnız lent yazılarında dinlənən Xalq artisti Akif İslamzadə gənc həmkarlarının perspektivindən “Azadinform”a danışdı. Sənətkar bildirdi ki, bu gün istedadlı gənclər coxdur. Amma oxumaq istəyən istedadsızlar müxtəlif yollarla onları üstələməyə çalışırlar.

 
273 səhifə 281-dən (dan) << < 269 270 271 272 273 274 275 276 277 > >>
 Xəbər lenti
25.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo