Adəm Abbaslı/AZADİNFORM. Borçalıda Azərbaycan xalçasına marağı artırmaq məqsədilə bir sıra tədbirlər görülür.

Xədicə/AZADİNFORM. İki aylıq fasilədən sonra müğənni İradə İbrahimova yenidən Bakıdadır. Müğənninin səfərinin iki səbəbi var. O, “Azadinform”a bildirib ki, ölkəsinə yeni mahnılarını yazdırmaq məqsədi ilə gəlib. «Yaradıcılıq tempini artırıram. Əvvəlcə Gövhər Həsənzadənin mənim üçün bəstələdiyi yeni mahnısını yazdırıram.

Xədicə/AZADİNFORM. Bir neçə gün əvvəl Türkiyədə keçirilən «Türkvizion» yarışmasında Azərbaycanı təmsil edən Natəvan Həbibi xarici səhnələrə hədsiz maraq göstərir. Müğənni “Azadinform”a bundan sonrakı yaradıcılığının bir qolunu Azərbaycandan kənarla bağlayacağını bildirib. “Xarici səhnələrdə çıxış etmək ən böyük sənət arzumdur.

Adəm Abbaslı/AZADİNFORM. “Sabah mənim konsertimdir, bu gün Bakıda Müslüm Maqomayevin xatirəsi əbədiləşdirildi. Ona görə də bütün söhbətlər onun əziz xatirəsi haqqında olmalıdır”. Bu sözləri “Azadinform”a sabah Yaşıl Teatrda konsert verəcək Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bildirib.

Adəm Abbaslı/AZADİNFORM. “Bu gün burda XX sər Azərbaycan incəsənətinin ən parlaq nümayəndəsini canlandıran və onu daha da əbədiləşdirməyə yol açan bir lövhənin açılışıdır”. “Azadinform” xəbər verir ki, bu sözləri görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin yaşadığı evin önündə barelyefinin açılışı mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Xədicə/AZADİNFORM. Bir neçə ildir TRT Avaz telekanalında «Azərinlə əsintilər» verilişinin aparıcısı olan Əməkdar artist Azərin işinə fasilə verib Bakıya qayıdıb. Səfərinin bir neçə həftə davam edəcəyini deyən sənətçi tətil günlərini istirahətdən çox yaradıcılığa ayırıb. O, “Azadinform”a bildirib ki, dostlarının təkidi ilə planlaşdırdığı albomunun hazırlığına başlayıb:

 
Aytən İmanova/AZADİNFORM. Növbəti il Bakıda keçiriləcək “Evrovision-2012” mahnı yarışması ilə bağlı müvafiq işlər görülür. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Adəm Abbaslı/AZADİNFORM. 2012-ci ilin may ayında “Eurovision” mahnı yarışmasını izləmək üçün ölkəmizə gələcək iştirakçılar və qonaqlar Bakıda öz ölkələrindəki kimi hərəkət edəcəklər.

Xədicə/AZADİNFORM. Müğənni Zamiq yayın iki hitini lentə yazdırıb və dərhal onlara bir-birinin ardınca klip çəkdirir. Müğənninin “Azadinform”a bildirdiyinə görə, mahnılardan biri – «Keçmişimsən» müğənni və bəstəkar Çingiz Mustafayevlə duet şəklində yazılıb. Hazırda rejissor Fərhad Əli mahnını ekranlaşdırır.

Xədicə/AZADİNFORM. Meyxanaçı Rəşad Dağlıya məxsus yeni mahnısını bu həftə təqdim edən Röya tezliklə daha bir ifasını dinləyiciləri ilə bölüşəcək. Müğənninin prodüseri “Azadinform”a bildirib ki, bu, reper Cinlə nəzərdə tutulan duet mahnıdır.

Adəm Abbaslı/AZADİNFORM. “Avqustun 2-də Milli Kino Günü münasibətilə Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq tədbirdə ilk dəfə olaraq Azərbaycan tarixi filmlərindəki qəhrəmanların geyimləri nümayiş olunacaq”. Bunu “Azadinform”a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva bildirib.

Xədicə/AZADİNFORM. Bir neçə aydır başında yaranan xəstəlik səbəbindən Dubayda müalicə kursu keçən müğənni Rəqsanə xasiyyətindəki dəyişiklikdən söz açdı. Müğənni “Azadinform”a bildirib ki, əvvəllər daha şıltaq, hər sözə reaksiya verən idi. Amma başında aşkar edilən xəstəlikdən sonra o, başqalaşıb:

Adəm Abbaslı/AZADİNFORM. Sabah saat 13:00-da Müslüm Maqomayevin barelyefinin açılışı olacaq.

Adəm Abbaslı/AZADİNFORM. Eldar Qasımov və Nigar Camalın mötəbər səhnələrə dəvəti davam edir. “Azadinform”un məlumatına görə, ölkəmizə qələbə qazandırmaqla dünyaca məşhurlaşan cütlük Türkiyənin Bodrum vilayətində keçirilən moda nümayişində iştirak ediblər.

Xədicə/AZADİNFORM.Aygün Kazımovanın ifasında bir neçə il öncə məşhur olan «Yenə tək» mahnısını türkiyəli sənətçi Ajda Pekan oxuyub. Yenicə lentə yazılan mahnı sənətçinin bu günlərdə işıq üzü görən albomuna daxil edilib.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda ənənə halını alan kino müsabiqəsi nəticəsində iyun ayının da qalibi məlum olub.


Adəm Abbaslı/AZADİNFORM. Rus Dram Teatrı 90-cı mövsümünə yeni premyera tamaşası ilə yekun vurub. “Azadinform”un teatrın mətbuat xidmətindən aldığı məlumata görə, son tamaşa rus yazıçısı Aleksandr Nikoloyeviç Ostrovskinin “Canavarlar və Qoyunlar” komediyası əsasında hazırlanıb. Tamaşasındakı hadisələr 1870-ci ildə kiçik bir rus şəhərciyində baş verir.

Adəm Abbaslı/AZADİNFORM. Bu il Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi geniş miqyaslılığı ilə yadda qalacaq. İyulun 15-dən 22-dək davam edəcək müsabiqədə dünyanın müxtəlif qitələrindən gələn 30-dan artıq gənc pianoçu yarışacaq.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri cari ilin avqustun 4-dən 9-dək Münhendə keçiriləcək Beynəlxalq Opera Festivalında iştirak edəcək.

Xədicə/AZADİNFORM. Məhəbbət mövzusunda çoxlu şeirin müəllifi olan Namiq Qaraçuxurlu daha dərindən düşünmək və fəlsəfi şeirlər yazmaq qərarına gəlib. Onun “Azadinform”a bildirdiyinə görə, yeni mövzusu insanın hissi ilə söhbətindən bəhs edir:

 
248 səhifə 267-dən (dan) << < 244 245 246 247 248 249 250 251 252 > >>
 Xəbər lenti
25.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo