Həbibə/AZADİNFORM. İpək Yolu layihəsinin reallaşdırılması istiqamətində uğurlu addımlar atılıb. “Azadinform”un məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.
|
Həbibə/AZADİNFORM. Azərbaycanın SINAM şirkəti telekommunikasiya avadanlığı və proqram təminatı təchizatı sahəsində dünyanın aparıcı korporasiyalarından olan “Cisco”nun gümüş tərəfdaş (“Cisco Silver Certified Partner”) statusunu alıb. “Azadinform”a şirkətdən verilən məlumata görə, statusun verilməsi ilə bağlı qərar “Cisco” tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi yüksək müsbət qiymətlərə əsasən verilib.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Birlik” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halı müəyyən olunub.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Xəzər rayonunun Zirə qəsəbəsində keçirib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
|
Həbibə/AZADİNFORM. “Şirvan” İES-də cari ilin yanvar ayında 315,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunub. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bu, proqnozlaşdırılandan 746 min kilovatsaat çoxdur. Elektrik enerjisi istehsalının xüsusi sərfi üzrə proqnoz göstərici ilə müqayisədə 365,4 min kilovatsaata yaxın elektrik enerjisinə qənaət edilib.
|
Həbibə/AZADİNFORM. Fevralın 29-da Belçikanın Brüssel şəhərində Avropa Komissiyasının təşkilatçılığı ilə TRASEKA – 2-ci investisiya forumu çərçivəsində təşkil ediləcək “Logmos” (Logistik proseslər) mövzusunda texniki seminar keçiriləcək.
|
Həbibə/AZADİNFORM. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
|
Həbibə/AZADİNFORM. 2011-ci ildə respublika üzrə 147370-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. “Azadinform” Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bunlardan 52580-dən çox ilkin, 94780-dən çoxu isə təkrar qeydiyyat olub. Bununla yanaşı, hesabat müddətində 20990-dan çox ipoteka müqaviləsi, 1450-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.
|
Həbibə/AZADİNFORM. Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
|
Həbibə/AZADİNFORM. “Aqrolizinq” ASC tərəfindən son 3 ildə xarici ölkələrdən respublikaya 2875 baş damazlıq düyə gətirilərək heyvandarlıq məhsulları istehsalçılarına satılıb.
|
Həbibə/AZADİNFORM. “Bakcell” şirkətinin rəhbərliyi ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. “Azadinform” xəbər verir ki, şirkətin baş icraçı direktoru Riçard Şirer tədbirdə 2011-ci ildə görülən işlər haqda danışıb.
|
Həbibə/AZADİNFORM. Fevralın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının dördüncü emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fonddan “Azadinform”a verilən məlumata görə, hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 101,1833% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-ci il avqustun 28-də icra olunacaq.
|
Həbibə/AZADİNFORM. “Hazırda “Bakcell”in 2,5 milyon fəal abunəçisi, 3 milyon nəfərə yaxın qeydiyyatdan keçmiş abunəçisi var”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Riçard Şirer deyib.
|
AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Cülyan kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib. “Azadinform” nazirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilib.
|
Həbibə/AZADİNFORM. Fevralın 21-də Bakı-Böyük Kəsik dəmir yolunun Səngəçal-Qobustan mənzilində 1,5 km yolun əsaslı təmirinə başlanıb.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib.
|
Həbibə/AZADİNFORM. Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Azərbaycan və Hindistan tərəfdən rəsmi şəxslərlə yanaşı, daşınmaz əmlak və tikinti, mühəndislik, əczaçılıq, maliyyə və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.
|
Həbibə/AZADİNFORM. Kompleks Qazma İşləri Trestinin “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən “Neft Daşları” yatağındakı 1887 nömrəli platformadan 2287 nömrəli quyunun qazma işlərinə başlanılıb.
|
Həbibə/AZADİNFORM. İngiltərənin Susseks şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilib.
|
|
|