AZADİNFORM. Bu gün Bakıda, Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat katibliyindən “Azadinform”a verilən məlumata görə, nazir Ziya Məmmədovun sədrliyi ilə keçən iclasda dəmir yolu xəttinin Marabda-Axalkalaki hissəsində, Tetriskaro-Tsalka və Tsalka-Axalkalaki dəmir yolu sahələrinin bərpa və yenidənqurma (reabilitasiya-rekonstruksiya) işlərinin Axalkalaki-Kartsaxi hissəsində dəmir yolunun tikintisi ilə bağlı korrektə edilmiş smeta layihəsinə baxılıb.
|
AZADİNFORM. Stokholmdakı Nobel Fondunda ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş keçirilib. Dövlət Neft Şirkətindən “Azadinform”a verilən məlumata görə, Rövnəq Abdullayevi və nümayəndə heyətini salamlayan Nobel Fondunun prezidenti Lars Heykensen dünya neft sənayesində böyük xidmətləri olan Nobellər ailəsinin Azərbaycanla sıx bağlı olduğunu söyləyib.
|
Həbibə/AZADİNFORM. “Azərsu” ASC Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrinin su təchizatı sistemlərinin yenidənqurulması layihəsinin icrasına başlayıb. Qurumdan “Azadinform”a verilən məlumata görə, layihəyə uyğun olaraq, 6 qəsəbədə yaşayan məcburi köçkünlərin içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün onların hər birində su anbarı, nasosxana inşa olunacaq, metal borulardan çəkilmiş su xətləri polietilen borularla əvəzlənəcək.
|
Həbibə/AZADİNFORM. İndiyə qədər Azərbaycanda 11 mindən çox hüquqi şəxs qeydiyyatdan keçib. “Azadinform” xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib. İndiyədək təxminən 21 min nəfər hüquqi şəxs isə dəyişiklik həyata keçirməklə bağlı nazirliyi müraciət edib.
|
Həbibə/AZADİNFORM. 2011-ci ilin I yarısında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsi vasitəsi ilə vətəndaşlardan 70-ə yaxın müraciət daxil olub və cavablandırılıb.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası Dünya Turizm Təşkilatına üzv qəbul olunub. “Azadinform” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, artıq Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyasının DTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə “qoşulmuş üzv” kimi Azərbaycanı təmsil etmək hüquqları var.
|
Həbibə/AZADİNFORM. Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib. “Azadinform” komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, kollegiya iclasında müzakirə olunan məsələlərdən biri “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı olub.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
|
Həbibə/AZADİNFORM. Vergilər naziri Fazil Məmmədov Argentinanın Dövlət gəlirləri üzrə Federal Administrasiyasının Gömrük məsələləri üzrə baş direktoru Mariya Siomara Ayeranı qəbul edib. “Azadinforma”un nazirliyə istinadən verdiyi məlumata görə, F.Məmmədov Azərbaycanın vergi sistemi haqqında qonağa geniş məlumat verərək, vergi inzibatçılığı və elektron hökumət quruculuğu sahəsində aparılan islahatlardan, yerli və xarici biznes strukturları üçün yaradılan geniş imkanlardan danışıb.
|
Həbibə/AZADİNFORM. Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, Azərbaycan Respublikasının baş naziri, Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2010-cu il büdcəsinin icrası, Fondun 2011-ci il büdcəsində əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.
|
Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkətinin (ARDNŞ) İnsan Resursları Departamentində proseslərinin avtomatlaşdırılması məqsədi ilə iş diaqramlarının təsdiqlənməsi üzrə müzakirələrə start verilib.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 93 ünvanında “Qranit” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı keyfiyyətsiz hazırlanmış dondurmalar aşkarlanıb.
|
Həbibə/AZADİNFORM. Gəncə elektrik şəbəkəsində (EŞ) cari ilin ötən 5 ayı ərzində keçirilmiş reydlər zamanı 57 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.
|
Həbibə/AZADİNFORM. 2009-cu ildə istismara verilən və Quba-Qusar magistralının yaxınlığında yerləşən “Şahdağ” Elektrik Stansiyasında indiyədək 405 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. “Azadinform” “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, ümumilikdə bu yeni generasiya gücü region üçün böyük əhəmiyyət kəsb edir.
|
Həbibə/AZADİNFORM. Cari ilin yanvar-may ayları ərzində “Azəri-Çıraq-Günəşli” blokundan 15,83 mln. ton neft çıxarılıb. “Azadinform” Dövlət Neft Şirkətinə istinadən bildirir ki, yanvar ayında blokdan 3,297 mln.ton, fevralda 3,033 mln. ton, martda 3,238 mln. ton, apreldə 3,067 mln. ton, may ayında isə 3,193 mln. ton neft hasil olunub.
|
Şirkət növbəti dəfə beynəlxalq Socrates mükafatına layiq görülüb
|
Həbibə/AZADİNFORM. “Mingəçevir Elektrik Şəbəkəsi”ndə ciddi təmir işləri həyata keçirilib. “Azadinform” “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, cari ilin beş ayı ərzində şəhərin 6 kV-lik 30 saylı hava xəttində dayanıqlığı yüksəltmək üçün üç ədəd yeni beton dayaq basdırılıb, 1 kilometrə yaxın naqil dəyişdirilib.
|
Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) Baş katibi Ahoran Amit arasında imzalanmış sənədə əsasən Komitə Azərbaycan Respublikası adından təşkilatın tərəfdaş üzv ölkə proqramına qoşulub.
|
Həbibə/AZADİNFORM. İyun ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 1 milyon 780 min manatlıq dövlət qiymətli kağızı qeydiyyata alınıb. Bu barədə “Azadinform” komitənin ictimaiyyətlə əlaqələr sektoruna istinadən xəbər verir.
|
Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda sahibkarlardan layihə qəbuluna başlayıb. “Azadinform” fondun mətbuat xidmətinə istinadən bildirir ki, “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramı çərçivəsində rayonda keçirilmiş tədbirlər nəticəsində bir neçə prioritet sahə müəyyənləşdirilib və həmin sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu həyata keçiriləcək.
|
|
|