Həbibə/AZADİNFORM. Hazırda Bakının bütün rayonları və Azərbaycanın beş region rayonu daxil olmaqla smart-kart tipli sayğacla təmin olunmuş abonentlərin sayı 150 mindən artıqdır.

AZADİNFORM. Kənd Təsərrüfatı Nazirliyi üzümçülüyün inkişafı ilə bağlı İqtisadi İnkişaf Nazirliyi ilə birgə konkret layihələr həyata keçirir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

AZADİNFORM. İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) Nəqliyyat mütəxəssisi Reddy Bathula Balabhaskaranın rəhərlik etdiyi missiya AİB-in maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək. Bu barədə məlumatı “Azadinform”a AİB-in Bakı nümayəndəliyindən veriblər.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti böyük məmnuniyyətlə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin genişləndirilməsinə dəstək məqsədilə keçirdiyi SMS kampaniyasının nəticələrini elan edir. Bakı Avropa Liseyinin nəzdində yerləşən Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzində (İƏRM) keçirilmiş tədbirdə Bakcell şirkəti UAFA təşkilatına 46 000 AZN məbləğində “Böyük çek”i  təqdim edib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Həbibə/AZADİNFORM. Bakıda yararsız “Düşes” və “Tərxun” limonadları istehsal edən sahibkar cərimələnib.

Həbibə/AZADİNFORM. Yaxın illərdə 112 kilometrlik Şirvan-İmişli yolu yenidən qurulacaq. “Azadinform”un məlumatına görə, bunu “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmçinin Hacıqabul-Kürdəmir yolunda da ikinci zolağın tikintisinə başlanacaq:

Həbibə/AZADİNFORM. Dünya qazma praktikasında ilk dəfə olaraq ARDNŞ-nin alim və mütəxəssisləri tərəfindən “NanoNeft”, “NanoBitum”, “NanoYağ”, “NanoQudron” və stasionar özüllərdə dizel mühərriklərinin işlənmiş yağları əsasında “NanoMAY” sistemləri yaradılıb. “Azadinform” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, bu sistemlər Bakı və Abşeron arxipelaqlarında yerləşən “Qum adası”, “Günəşli”, “Bibheybət”, “Balaxanı”, “Neft Daşları”, “Pirallahı” yataqlarında 20-yə qədər neft və qaz quyusunun qəza və mürəkkəbləşmələrsiz qazılmasında tətbiq edilib, iqtisadiyyatda multiplikator effekti alınıb.

 Həbibə/AZADİNFORM. Ziya Bünyadov prospektində aparılan yenidənqurma işləri 2012-ci ilin axırına, 2013-cü ilin ortalarına başa çatacaq. “Azadinform”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov deyib.

Həbibə/AZADİNFORM. “Bakı şəhərində taksi fəaliyyətini həyata keçirmək üçün təxminən 3500 avtomobilə ehtiyac var”. “Azadinform”un məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Həbibə/AZADİNFORM. Bakıda inşa edilən Beynəlxalq Dəniz Limanının layihələndirilməsi başa çatmadığından kompleksin dəyəri hələ müəyyənləşməyib.

Həbibə/AZADİNFORM. İyunun 13-də ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında “bp-Azərbaycan”ın ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçirib.

AZADİNFORM. Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir. Yay Təcrübə Proqramının məqsədi telekommunikasiya sahəsində karyera qurmaq arzusunda olan tələbələrə şirkətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır. 

Həbibə/AZADİNFORM. Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 695 investisiya layihəsinin maliyyələşdirilməsinə 53.8 milyon manat güzəştli kredit verib.

Həbibə/AZADİNFORM. May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşıb.

 
Həbibə/AZADİNFORM. Bu ilin beş ayında dövlət büdcəsinə 4.0 milyard manat vəsait daxil olub. “Azadinform” Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu müddət ərzində büdcədən 2.8 milyard manat vəsait xərclənib, 1.2 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 8.9 faizi qədər profisit yaranıb.

Həbibə/AZADİNFORM. Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği mayın 1-nə 8.6 milyard manata çataraq ötən il may ayının 1-nə nisbətən 11.2 faiz artıb. “Azadinform” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, verilmiş kreditlərin 5.8 milyard manatı uzunmüddətli olub, 553.2 milyon manatının ödəmə vaxtı keçib.

Həbibə/AZADİNFORM. Cari ilin 5 ayında nəqliyyat yükdaşımasının həcmi ötən illə müqayisədə 5.5 faiz artaraq 80.6 milyon tona, daşınmış sərnişinlərin sayı isə 6.2 faiz artaraq 570.7 milyon nəfərə çatıb.

Həbibə/AZADİNFORM. İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 faiz artıb.

AZADİNFORM. Ermənistan 180 ölkə arasında adambaşına düşən ümumdaxili məhsulun həcminə görə 113-cü olub. «Azadinform»un məlumatına görə, «Biznes Qruziya» yazır ki, siyahıda Gürcüstan-112, Azərbaycan isə 80-ci olub.

 
806 səhifə 825-dən (dan) << < 802 803 804 805 806 807 808 809 810 > >>
 Xəbər lenti
21.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo