Həbibə/AZADİNFORM. Bu günlərdə “Günəşli” yatağındakı 11-ci özüldən 48 nömrəli quyu qazmadan sonra istismara verilib. 

 

Həbibə/AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın qərb zonasının təbii qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə 65-69-cu kilometrlik hissəsində aparılan yenidənqurma işləri tamamlanıb. 

 

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

 

 

Həbibə/AZADİNFORM. 27 maydan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək. Qurumdan “Azadinform”a verilən məlumata görə, şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində “*” (ulduz) nişanı ilə göstərilən dayanacaqlar “texniki dayanacaq” sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.

 

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

 

Həbibə/AZADİNFORM. “Joint Leasing Company” lizinq portfelini 3,4  mln. manat artırıb, şirkətin lizinq portfeli 1 aprel 2012-ci il tarixinə 32,86 mln. manat təşkil edib. Bu barədə şirkətdən “Azadinform”a məlumat verilib. Ümumilikdə maliyyələşdirilmiş layihələrin sayı bu ilin 1 aprel tarixinə 188-ə çatıb. Həmin tarixə maliyyələşdirilmiş avadanlıqların dəyəri isə 26,12 mln. manat olub ki, bundan da 1,67 mln. manatlıq avadanlıq bu ilin yanvar-aprel ayları ərzində maliyyələşdiriləndir. 

Həbibə/AZADİNFORM. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 30 mln. manat təşkil edən, AZ200500868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan “Azadinform”a verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.

Həbibə/AZADİNFORM. Hazırda bp-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2492 nəfərdir. Bu barədə “Azadinform”a adıçəkilən şirkətin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, şirkətin ixtisaslı daimi işçilərinin 86 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

 

Həbibə/AZADİNFORM. 2012-ci ilin birinci rübü ərzində “Şahdəniz” üzrə əməliyyat xərcləri 81,5 milyon dollar, əsaslı xərclərə isə 220,6 milyon təşkil edib. “Azadinform”a bp-dən verilən məlumata görə, il ərzində bu rəqəmlərin müvafiq olaraq 211.5 milyon dollar və 1 milyard 340 milyon dollar olacağı gözlənilir.

 

Həbibə/AZADİNFORM. Bu ilin ilk rübü ərzində BTC üzrə əsaslı xərclərə 7,1 milyon dollar ayrılıb. “Azadinform”a bp-dən verilən məlumata görə, il ərzində əsaslı xərclərə 61,7 milyon dollar ayrılması planlaşdırılır.

 

Həbibə/AZADİNFORM. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Rusiya Federasiyası Dövlət  Statistika Federal Xidmətinin  rəhbəri Aleksandr Surinov arasında  işçi görüş keçirilib.

Həbibə/AZADİNFORM. 2012-ci ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əməliyyat xərcləri 169.1 milyon dollar təşkil edib. “Azadinform”a layihənin operatoru bp şirkətindən ilin birinci rübünün nəticələri haqda verilən məlumata görə, rüb ərzində əsaslı xərclər 571.4 milyon dollar təşkil edib. Bütün il üçün AÇG əməliyyatlarına 708 milyon dollar və əsaslı xərclər üçün 2 milyard 516 milyon dollar ayrılacağı planlaşdırılır.

Həbibə/AZADİNFORM. Litva Brokerlər Assosiasiyası tərəfindən təşkil edilmiş nümayəndə heyəti Azərbaycana işgüzar səfər edəcək.

 

Həbibə/AZADİNFORM. 22-24 may 2012-ci il tarixlərində  Qazaxıstanın paytaxtı Astana şəhərində V Astana İqtisadi Forumu keçiriləcək. 

Azərbaycanın ilk mobil operatoru və aparıcı Mobil İnternet Provayderi Bakcell abonentlər tərəfindən çox sevilən “Pulsuz Gecə Zəngləri” kampaniyasına yenidən start verir. Uzun yay gecələrinə maraq qatacaq bu kampaniya xüsusilə CİN istifadəçiləri üçün çox gözəl hədiyyə olacaqdır.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

 

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nərimanov rayonu, A.Bakıxanov küçəsi, ev 62, 758-759-cu məhəllə ünvanında Vüqar İsmayılova məxsus mağazada yoxlama aparılıb. 

Həbibə/AZADİNFORM. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi” qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni hesabatlıq sisteminin tətbiqinə dair təqdimat  keçirilib.

Həbibə/AZADİNFORM. Türkiyədə öz evində yaşamağı ürəyindən keçirənlərə müjdə. Bu ölkədə əcnəbilərin mülk alması qanuniləşib, artıq hər kəsin Türkiyədə evi ola bilər.

Həbibə/AZADİNFORM. Bu gün Gəncədə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqi” mövzusunda tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayon icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri iştirak edib.

 
796 səhifə 903-dən (dan) << < 792 793 794 795 796 797 798 799 800 > >>
 Xəbər lenti
25.05.2019
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo