AZADİNFORM. Bu il Azərbaycanda “Ekol Mühəndislik Xidmətləri” QSC 52 hektar neftlə çirklənmiş ərazini təmizləyib. Bu barədə məlumatı “Azadinform”a QSC-dən veriblər.


AZADİNFORM. İndiyədək Salyan rayonu üzrə 800-ə yaxın smart-kart tipli sayğac quraşdırılıb.  “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə,  Salyan rayonu üzrə ümumi abonent sayı 29 mindən çoxdur.

AZADİNFORM. İnvestorların ABŞ və Avropanın iqtisadi böhran problemlərindən qorxaraq gərgin bir vəziyyət yaratması həftənin ilk günündən Asiya birjalarında da öz əksini tapıb. “Azadinform” UPİ-yə istinadən xəbər verir ki, “Standard&Poor” ötən həftənin cümə günü ABŞ-ın reytinqini aşağı salandan sonra Asiya bazarının ölkə iqtisadiyyatına bağlı nəhəng şirkət hissələri bir trilyon dollara yaxın dəyər itirib.

AZADİNFORM. Cari ilin 6 ayı ərzində Kürdəmir Elektrik Şəbəkəsi (EŞ) müəssisəsinin xidməti ərazisində keçirilən reydlər zamanı 600  qayda pozuntusu faktı aşkar edilərək 3 mln.  204,6 min kVt/saata yaxın itirilən elektrik enerjisinin 192,3 min manata yaxın istehlak dəyəri bərpa edilib.

AZADİNFORM. “Azneft” İB-nin idarə və müəssisələrinin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması (İPA) və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət və təmir plan qrafiklərinin tərtibatının və icrasının vəziyyəti və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə məlumatı “Azadinform”a Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən veriblər.


Həbibə/AZADİNFORM. “Azercell” indi də hesab edir ki, “Bakcell”in iddiası əsassızdır. Şirkətimiz “Bakcell”in 3 avqust 2011 tarixli açıqlamasını da “Bakcell” şirkətinin öz mövqeyi kimi qəbul edir”. “Azadinform” xəbər verir ki, bunu “Azercell”in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə mətbuata açıqlamasında bildirib.

Həbibə/AZADİNFORM. İyulda Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) 8 müəssisə və kredit təşkilatı ilə reyestr və depozitin aparılması üzrə xidmətlərin göstərilməsi üçün saziş imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 mart küçəsi, ev 14 ünvanında Əli Bala Əlizadəyə məxsus dondurma istehsalı sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib və artıq nəticələr əldə olunub. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2012-ci ildə başa çatacaq. «Azadinform»un məlumatına görə, bu sözləri Gürcüstanın infrastruktura və regional inkişaf naziri Ramaz Nikolaşvili “Rustavi-2” telekompaniyasına müsahibəsində bildirib.

Həbibə/AZADİNFORM. İsmayıllı elektrik şəbəkəsində (EŞ) cari ilin 6 ayı ərzində keçirilən reydlər zamanı 160-a yaxın istehlakçının (bunun 115-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib.


Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıt şəhərində azot gübrəsi-karbamid zavodunun “açar təhvili” şərtilə tikintisi işlərinin satınalınması məqsədilə baş podratçının seçilməsi üçün açıq tender elan. Bu barədə “Azadinform” şirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir. Zavod “Azərikimya” İstehsalat Birliyinin ərazisində tikiləcək və gündəlik gücü 2000 (iki min) ton olan təbii qaz əsaslı azot gübrəsi-karbamid olacaq.

Həbibə/AZADİNFORM. Xızı rayonunun Yaşma qəsəbəsində külək enerjisinin regenerasiyası üzrə parkın (“Şurabad” layihəsi) yaradılması çərçivəsində avadanlığın quraşdırılması üçün lazımi infrastrukturun quraşdırılması başa çatdırılıb.

Həbibə/AZADİNFORM. 2011-ci ilin iyul ayı ərzində Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13058 metr qazma işi həyata keçirib. Şirkətdən “Azadinform”a verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10306 metri istismara, 2752 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 460 metrini struktur axtarış qazması təşkil edib.

Həbibə/AZADİNFORM. Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən Bakı şəhəri ərazisində vergi nəzarət tədbirləri həyata keçirilərkən qanunsuz olaraq kompyuter avadanlıqları quraşdırmaqla kazino, qumar və totalizator tipli proqnoz oyunları ilə məşğul olma faktları aşkarlanıb.

Həbibə/AZADİNFORM. Mərkəzi Bank xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satın alınması üzrə elan edilmiş açıq tenderin nəticələrini açıqlayıb. “Azadinform” bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, tenderdə “Halal-P” MMC və “Caspian Business Group” MMC qalib elan edilib. MB həmin şirkətlərlə müvafiq müqavilələr bağlayıb.

 

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai rayonunda A.Cəlilov küçəsində yerləşən “Sevimli Dad market”də və İnsaf Mirzəyevaya məxsus mağazada;


Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə “Budad LTd”yə məxsus sexdə aparılan yoxlama zamanı aşkarlanan pozuntularla əlaqədar müvafiq tədbirlər görülüb.

Həbibə/AZADİNFORM. Bağlar elektrik şəbəkəsində (EŞ) cari ilin ötən 6 ayı ərzində keçirilən reydlər zamanı 404 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib.

Həbibə/AZADİNFORM. 2011-ci ilin birinci yarısında vergi orqanları tərəfindən 16 158 ticarət, iaşə, xidmət və digər profilli obyektlərdə operativ vergi nəzarəti həyata keçirilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “Azadinform”a verilən məlumata görə, bunlardan 14 029-da qanun pozuntuları aşkarlanıb.

Həbibə/AZADİNFORM. İyul ayının 1-i vəziyyətinə yaranan vergi borclarının 35,2 faizi əlavə dəyər vergisi üzrə olub. Bu barədə “Azadinform”a Vergilər Nazirliyindən verilən məlumatda bildirilib.

 
764 səhifə 797-dən (dan) << < 760 761 762 763 764 765 766 767 768 > >>
 Xəbər lenti
19.06.2018
18.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo