Həbibə/AZADİNFORM. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin fevralında 7 min 573 ton avtomobil benzini, 62 min 791 ton dizel yanacağı, 12 min 787 ton təyyarə yanacağı ixrac edib.

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. Şirkətdən “Azadinform”a veriləən məlumata görə, sözügedən sığorta növünə aid ödəmə fevralın 18-də Baki şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 4 215 manat məbləğində sığorta ödəməsi zədələnmiş Nissan Sunny markalı avtomobilin sahibinə təqdim olunub.

AZADİNFORM. Hər zaman abunəçilərin rahatlığını düşünən Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət abunəçiləri üçün yeni “Portal 111” xidmətini istifadəyə verib. “Azadinform” xəbər verir ki, bu xidmət sayəsində Azercell abunəçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq Portal 111-ə pulsuz daxil olub, müxtəlif Azercell xidmətlərindən istifadə edə bilərlər.

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə, 507-ci keçid ünvanında fəaliyyət göstərən fiziki şəxs Kərəm Bayramova məxsus çörək istehsalı sexində dövlət nəzarəti aparılıb.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlərini keçirib.


Fevralın 29-da Bakıda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilat nümayəndəliklərinin rəhbərlərinin xanımlarının təşəbbüsü və Azercell-in də maliyyə dəstəyi ilə ilə 20-dən çox ölkənin içkilərinin təqdimat mərasimi keçirildi.

Həbibə/AZADİNFORM. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi” layihəsini reallaşdırıb.

Həbibə/AZADİNFORM. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə Bakı Fond Birjasının (BFB) və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) birgə layihəsi olan ”Maliyyə bazarları” mövzusunda seminar təşkil edilib.

Həbibə/AZADİNFORM. Xırdalan elektrik şəbəkəsində (EŞ) cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 187 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, bundan da 182-si məişət abonenti (əhali) istehlakçılarıdır.

Həbibə/AZADİNFORM. Mərkəzi Bank və “Ernst&Young” audit şirkətinin birgə təşkilatçılığı ilə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) “Maliyyə alətləri” adlı  9-cu standartların əsas prinsipləri” mövzusunda seminar keçirilir.

Həbibə/AZADİNFORM. Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Nəqliyyat Panelinin ikinci iclası keçirilib.

Həbibə/AZADİNFORM. Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əsaslı xərclərin həcmi 40,5 mln. ABŞ dolları təşkil edib. Azadinform bp-Azerbaijan şirkətinin illik hesabatına istinadən xəbər verir ki, 2012-ci ildə BTC üzrə əsaslı xərclərin həcmi əvvəlki ilə nisbətən 37,5% artırılaraq 55,7 mln. dollara çatdırılması planlaşdırılır:

Həbibə/AZADİNFORM. 2011-ci ildə “bp-Azerbaijan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku layihəsinə 699 mln. ABŞ dolları məbləğində əməliyyat məsrəfləri və 1,912 mlrd. dollar əsaslı məsrəflər xərcləyib.

Həbibə/AZADİNFORM. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azadinform” şirkətə istinadən xəbər verir ki, ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov görüşdə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanın Azərbaycana daim hərtərəfli dəstək göstərdiyini qeyd edib:

Həbibə/AZADİNFORM. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə “Ümid” yatağında və “Babək” strukturunda 3D seysmik işlərə start verilib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti fevralın 28-də Qafqaz Universitetində “Bakcell Məzunu” proqramının ikinci fazasını elan edib.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 8A, mənzil 1 ünvanında İlham Mustafayevə məxsus istehsalat sahəsində yoxlama aparılıb.

Həbibə/AZADİNFORM. “Xaçmaz” elektrik stansiyasında cari ilin yanvar ayında 39,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 168 min kilovatsaat çoxdur. “Azadinform”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən il ərzində burada 332,5 milyon kilovatsaat proqnoza qarşı 338,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Həbibə/AZADİNFORM. Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.

                                                             
Həbibə/AZADİNFORM. ARDNŞ-in Heydər Əliyev adına Bakı neft emalı zavodunda işçilərin könüllü sığortası üzrə prezentasiya keçirilib.

 
739 səhifə 826-dən (dan) << < 735 736 737 738 739 740 741 742 743 > >>
 Xəbər lenti
24.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo