AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyinin Əməyin Təhlükəsizliyi üzrə Daimi Fəaliyyət göstərən Komissiyası 2012-ci ilin ikinci rübündə birliyin idarə və müəssisələrində aparılan yoxlamaların nəticələrinə həsr olunan geniş toplantı keçirib. 

AZADİNFORM. “Günəşli” yatağındakı 14-cü özüldən 306 nömrəli quyuda qazma işlərinə başlanılıb. Dövlət Neft Şirkətindən “Azadinform”a verilən məlumata görə, layihə dərinliyi 3050 metr olan quyu Kompleks Qazma İşləri Trestinin “Xəzər” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi (keçmiş “Bayıl Limanı” DKQİ) tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

 

AZADİNFORM. Bu gün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin inkişafında loqistik mərkəzlər” mövzusunda tədbir keçirilib.

 

 

AZADİNFORM. Cari ilin iyun ayında “Oğuz Elektrik Şəbəkəsi”nin xidməti ərazisində keçirilən reydlər zamanı 19 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. 

 

 

AZADİNFORM. “Göygöl Elektrik Şəbəkəsi”ndə (EŞ) yenidənqurma işləri uğurla davam etdirilir. 

 

 

AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə Koreyanın tanınmış “Siriussoft corp.” şirkəti tərəfindən əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılmış məlumat axtarış sistemi, elektron sənəd dövriyyəsi, elektron nəşrlər, tədris mərkəzi və s.nin yaradılması istiqamətində işlər aparılır. Məlumatı “Azadinform”a SMPDK-dən veriblər. 

 

AZADİNFORM. Cari ilin 6 ayı ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə  85 ədəd ixtira, 22 ədəd sənaye nümunəsinə dair iddia  sənədi daxil olub. Komitədən “Azadinform”a verilən məlumata görə, iddia sənədləri üzrə ekspertiza aparılıb və nəticədə 112 ədəd ilkin ekspertiza sorğusu, 100 ədəd ekspertiza sorğusu qəbul olunub, ilkin ekspertizanın müsbət nəticəsi haqqında 44 ədəd bildiriş, iddia sənədi barəsində məlumatın dərci haqqında 45 qərar, patent verilməsi haqqında 5 ədəd qərar, 5 ədəd imtina bildirişi verilib. Hesabat dövründə əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası ilə bağlı AzPatentə əmtəə nişanına dair 916 ədəd iddia sənədi, Madrid sazişi və protokolu çərçivəsində  beynəlxalq əmtəə nişanlarına dair 1322 ədəd bildiriş daxil olub.

AZADİNFORM. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində Etalon Dozimetrik Laboratoriyasının yaradılması layihəsi həyata keçirilir. 

 

AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin 6 ayı ərzində nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında 80 standart dövlət qeydiyyatına alınıb. Bu barədə məlumatı “Azadinform”a SMPDK-dən veriblər. 

 

AZADİNFORM. Bu gün Bakıda nəqliyyat nazirlərinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyə Cümhuriyyətinin nəqliyyat naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlər müzakirə edilib.

AZADİNFORM. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin 2012-ci ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Bankdan “Azadinform”a verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində Bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət edib.

AZADİNFORM. ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamenti tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qaz çıxarma idarələrinin yataqlarında ildə iki dəfə (qış-yay və yaz-payız fəsilləri) ətraf mühitin vəziyyətinin monitorinqi üzrə ekspedisiyalar həyata keçirilir.

AZADİNFORM. Bu gün Hesablama Palatasının kollegiya iclası keçirilib. Palatadan “Azadinform”a verilən məlumata görə, iclasda “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara və digər təhsil müəssisələrinə ayrılmış dövlət vəsaitlərinin  proqnozlaşdırılması və  istifadəsi üzrə Respublika “Təhsil” idman məktəbinin  Sumqayıt filialında, Respublika ekoloji tərbiyə və  təcrübəçilik mərkəzində, Respublika Cənc Turistlər və Diyarşünaslıq Mərkəzində auditin nəticələrinə dair”, “Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağdam rayon İcra Hakimiyyətinə Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrinə dair”, “Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər rayon İcra Hakimiyyətinə “Bayandur-Poladlı” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrinə dair”, eləcə də “Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələrinə dair” Hesabat və Rəy  geniş müzakirə olunaraq təsdiq edilib.        

AZADİNFORM. Yay mövsümü ilə əlaqədar Bank of Baku Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. Bankdan “Azadinform”a verilən məlumata görə, 19 – 29 iyul tarixləri arasında kartdan  pul çıxaran Bolkart sahibləri sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. 

Adəm Abbaslı/AZADİNFORM. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyindən “Azadinform”a verilən məlumata görə, iclasda Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan və Qırğızıstanın nümayəndələri, İƏT-in Baş katibi Yəhya Marufi və İƏT Katibliyinin əməkdaşları iştirak ediblər.

                         
AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyi təbii qazın dəqiq uçotunun aparılması və qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Dövlət Neft Şirkətindən “Azadinform”a verilən məlumata görə, bəzi fiziki və hüquqi şəxslər tərəfindən təbii qazdan sayğacdankənar, qeydiyyatsız istifadəyə cəhd göstərilməsi halları ilə əlaqədar AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi olaraq reydlər keçirilir.

AZADİNFORM. 2012-ci ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə 25 686 müraciət daxil olub.

Adəm Abbaslı/AZADİNFORM. “Səngəçal” Elektrik Stansiyası dispetçer qrafikinə uyğun şəkildə istismar edilərək Bakı şəhərinin və Abşeron yarımadasının elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Bu barədə məlumat “Azadinform”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilib. 

AZADİNFORM. Hesablama Palatasının sədri Heydər Əsədov Dünya Bankı (DB) və İsverə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndələrini qəbul edib. Palatadan “Azadinform”a verilən məlumata görə, görüş İsveçrə Konfederasiyası hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi – CAPSAP çərçivəsində Hesablama Palatasının 2012-2014-cü illər üçün Strateji İnkişaf Planının yerinə yetirilməsinə texniki yardım məqsədilə məsləhətçi xidmətlərinin göstərilməsi üzrə Palataya təqdim edilmiş Texniki Təkliflərin dəyərləndirilməsi proseduralarına həsr edilib.

AZADİNFORM. Təmir işləri ilə əlaqədar olaraq 18 iyul 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək “İsmayıllı” və “Talıstan” Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

 
712 səhifə 834-dən (dan) << < 708 709 710 711 712 713 714 715 716 > >>
 Xəbər lenti
22.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo