AZADİNFORM. “Şahdəniz” konsorsiumu Cənubi-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının dəyərləndirilməsi mərhələsini yekunlaşdırıb.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam edir. İİN-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai rayonunda Əhmədli qəsəbəsi, X.Məmmədov küçəsi, 2945-ci məhəllədə Eldar Pəncəliyevə məxsus mağaza, Nizami rayonunda Q.Qarayev prospekti, ev 116 ünvanında yerləşən “Metro market”, Q.Qarayev prospekti, ev 26, mənzil 37 ünvanında Nurlana Zəkəryəyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

AZADİNFORM. Bu gün “Hyatt Regency” mehmanxanasının Quba salonunda Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək” tvinninq layihəsinin konsepsiyasının təqdimatı olub.

AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 305 ünvanında fəaliyyət göstərən “Hilal Group” MMC-də qablaşdırılan içməlu suyun istehsalına dövlət nəzarəti həyata keçirilib.

 

 

AZADİNFORM. Artıq iyunun 1-dən etibarən keçmiş sovet banklarında olan əmanətlərin qaytarılması prosesinə başlanıb. Əmanətlərin qaytarılması ilə bağlı Kapital bank və Maliyyə Nazirliyi tərəfindən 143 məntəqə yaradılıb ki, onların da 65-i Bakı şəhərindədir. Eləcə də rayonlarda vətəndaşlar Kapital Bankın filiallarına əmanətlərin qaytarılması ilə əlaqədar müraciət edə bilərlər. Məhz əmanətlərlə bağlı müraciət üçün xüsusi sənədlərin – əmanət kitabçalarının yararsız hala düşməsi və ya itirilmiş olması ilə bağlı Bakı şəhərində və rayonlarda xüsusi komissiyalar yaradılıb. Lakin bunlara baxmayaraq, məntəqələrdə növbələr çoxdur.

AZADİNFORM. ''Günəşli'' yatağındakı 11-ci özüldən 44 nömrəli quyuda qazma işlərinə başlanılıb. 

AZADİNFORM. Nəqliyyat naziri Ziya Məmmədov Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Sakaduro Cabral Portasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. İyunun 29-30-u tarixlərində Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının 2-ci Regional konfransı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Nəqliyyat Nazirliyindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. “İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 70 faizini təşkil edir. Demək olar ki, Cənubi Qafqazın maliyyə imkanlarının 90 faizi Azərbaycanın əlindədir”. “Azadinform” xəbər verir ki, bu fikirləri  “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov deyib.

AZADİNFORM. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser “Azərsu” Açıq Səhmdar Cəmiyyətində olub. Bu barədə məlumatı “Azadinform”a “Azərsu” ASC-dən veriblər.

AZADİNFORM. Bu gün Bakıda Azərbaycan-Portuqaliya biznes forumu keçirilib. Məlumatı “Azadinform”a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən veriblər. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Portuqaliya tərəfi bu ölkənin xarici işlər naziri Paulo Portasın rəhbərlik etdiyi rəsmi şəxslərdən, eləcə də tikinti, qida sənayesi, İKT, kimya, əczaçılıq, avadanlıq istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan tərəfindən isə biznes forumda uyğun sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Yaqubov küçəsi, ev 21 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, etiketində tərkibinə daxil olan konservantlar və məhsulun qida dəyəri barədə məlumatların göstərilmədiyi, habelə  istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilib.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqlərini davam etdirir. 

AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri Texniki Komitəsi (TK 06) tərəfindən təqdim edilmiş AZS 730-2012 “Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər” dövlət standartını təsdiq edib. Bu barədə məlumatı “Azadinform”a Komitədən veriblər.

AZADİNFORM. “Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir sıra ticarət obyektlərində növbəti monitorinqlərinin keçirib. Məlumatı “Azadinform”a İİN-nin mətbuat xidmətindən veriblər.                

 

 

 

AZADİNFORM. Bu gün Ağstafa-Poylu mənzilində 5,5 km yolun əsaslı təmirinə başlanılıb. Səhər saatlarında köhnə yolun söküntüsünə start verilib. Təmir işləri dörd gün davam edəcək. Bu barədə məlumatı “Azadinform”a “Azərbaycan Dəmir Yolları” QSC-dən veriblər.

AZADİNFORM. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Orbital Sciences şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın Telesat şirkətinin nümayəndələri ilə birlikdə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) inşaat ərazisinə baş çəkib və mərkəzin tikinti prosesi ilə yaxından tanış olub.

Adəm Abbaslı/AZADİNFORM. ARDNŞ “Petkim ərazisindəki “STAR” adlanan Türkiyə Egey Neft Emalı Zavoduna sərmayə yatırılması üçün iyunun 18-19-da dünyanın ixracat kredit banklarının nümayəndələrini dəvət etmişdi”. 

                          
AZADİNFORM. “Günəşli” yatağındakı 10-cu özüldən 160 nömrəli quyu qazmadan sonra istismara verilib.

 
681 səhifə 799-dən (dan) << < 677 678 679 680 681 682 683 684 685 > >>
 Xəbər lenti
24.06.2018
23.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo