Həbibə/AZADİNFORM. “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) paytaxtın enerji təminatını yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb.

AZADİNFORM. Bu gün Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilib. “Azadinform” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak ediblər.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkəti 2011-ci ilin may ayında dövlət büdcəsinə 95 milyon 252 min manat vəsait ödəyib. “Azadinform” şirkətin mətbuat xidmətinə istinadən bildirir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 7 milyon 320 min manat və ya 108,3 faiz çox deməkdir.

Həbibə/AZADİNFORM. Mayın 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 176,4 milyon manat təşkil edib.

 

Həbibə/AZADİNFORM. 2011-ci il may ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8 milyard 639,6 milyon manat təşkil edib.

Həbibə/AZADİNFORM. Cari ilin mayın 1-nə ölkə üzrə bankomatların sayı 1947 ədəd olub. Bu barədə “Azadinform” Mərkəzi Bankın mətbuat xidmətinə istinadən xəbər verib.
Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 213 ədəd çoxdur. Bankomatların 1078-i Bakı şəhərində, 869-u isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə pos-terminalların sayı 9435 ədəd olub. Onların 8576-sı Bakı şəhərində, 859-u isə digər regionlarda yerləşir.

Həbibə/AZADİNFORM. 2011-ci il may ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 585,4 milyon manat təşkil edib.

Həbibə/AZADİNFORM. “İrana qaz satışı ilə bağlı danışıqlar gedir”. “Azadinform”un sözlərinə görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif  Əliyev deyib.

Həbibə/AZADİNFORM. “Neft, qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə kompleksin tikintisi çərçivəsində lazım olan investisiyaların həcmi 12-13 milyard dollar təşkil edəcək”.

Həbibə/AZADİNFORM. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Azərkabel” ASC-nin səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsi yekunlaşıb. “Azadinform” komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqə zamanı səsvermənin nəticələrinə uyğun olaraq, “Azkabel” MMC “Azərkabel” ASC-nin səhmlərinin satışı üzrə qalib elan olunub.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti hər zaman olduğu kimi, bütün abunəçilərini yeni-yeni xoş xəbərlərlə sevindirir. Bu dəfə Bakcell öz abunəçilərinə daha bir gözəl sürpriz bəxş edərək, bir gün ərzində digər Bakcell abunəçilərinə pulsuz SMS göndərmək imkanı yaradır. 

Həbibə/AZADİNFORM. XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı işini bu gün də davam etdirib.

Həbibə/AZADİNFORM. Vergilər Nazirliyi vergi ödəyicilərinin hüquqlarını müdafiə sistemini təkmilləşdirir. Bu istiqamətdə görülən və görüləcək işlərlə, həmçinin 18 İyun İnsan Hüquqları Günü ilə əlaqədar bu gün Vergilər Nazirliyində “Açıq qapı” saatı və “Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər” mövzusunda dəyirmi masa keçirilib.

Həbibə/AZADİNFORM. Kiyevdə MDB üzvü olan dövlətlərin maliyyə nazirlərinin 2008-ci il oktyabrın 10-da MDB üzvü olan ölkələrin dövlət başçıları şurasının qərarı ilə yaradılmış daimi fəaliyyətdə olan müşavirənin V iclası keçirilib.

Həbibə/AZADİNFORM. Bu gün Hollandiyanın Amsterdam şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilir.

Həbibə/AZADİNFORM. “Vergilər Nazirliyinə edilən müraciətlərin sayının artması ilin əvvəlindən ölkə başçısı tərəfindən vətəndaşlara edilən müraciətdir.

Həbibə/AZADİNFORM. “Bu in may ayında Azərbaycanda istehlak qiymətləri 0,75 faiz azalıb”. “Azadinform”un məlumatına görə, bunu İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.


Həbibə/AZADİNFORM. “Ötən il Vergilər Nazirliyinin internet saytına müraciət edən vergi ödəyicilərinin sayı 2 milyona yaxın olub. Bu ilin 5 ayında isə 1,3 milyon müraciət daxil olub”.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı CAREC ölkələrində Sərhəd Xidmətlərinin Regional Təkmilləşdirilməsi (RİBS) adlı seminar keçirib.

Həbibə/AZADİNFORM. Mərkəzi Bank qəbul etdiyi Kommunikasiya strategiyası çərçivəsində jurnalistlər üçün “Mərkəzi Bankçılıq” mövzusunda treninqlərə başlayır.

 
580 səhifə 598-dən (dan) << < 576 577 578 579 580 581 582 583 584 > >>
 Xəbər lenti
23.02.2017
 Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo