Həbibə/AZADİNFORM. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Almaniyanın “DQS” (Alman keyfiyyət sistemi) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri auditor Boris Şetinkin ilə görüş keçirilib.
|
Həbibə/AZADİNFORM. 2012-ci ilin aprel ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2835 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
|
Həbibə/AZADİNFORM. Oğuz Elektrik Şəbəkəsində (EŞ) cari ilin I rübündə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Daşağıl”, “Şəhər”, “Xaçmaz”, “Bayan” və digər hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, ümumilikdə 5 kilometrə yaxın xətt əsaslı təmir edilib. “Azadinform”a “Azərenerji”nin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən dövr ərzində 1,5 kilometrə yaxın 0,4 kV-lik xətt təmir edilib. Bütün bunlarla yanaşı, bu dövr ərzində 7 ədəd transformator məntəqəsində də (TM) təmir işləri həyata keçirilib. Qeyd edək ki, rayonun elektrik enerji təchizatı 13 ədəd 10 kV-lik EVX, ümumi gücü 40 MVA-dan artıq olan 312 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.
|
Həbibə/AZADİNFORM. Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb.
|
Həbibə/AZADİNFORM. Bu gündən Əmlak Məsələləri Dövlət Komitəsində yeni elektron xidmətlərin tətbiqinə başlanıb.
|
AZADİNFORM. Bakı şəhəri üzrə ünvan reyestrinin yaradılması bu ilin sonuna kimi başa çatacaq. “Azadinform” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
|
AZADİNFORM. 2012-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olub.
|
AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyində (İİN) ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarının yerli nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirin təşkilində məqsəd İİN və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, nazirlik və donor təşkilatlar arasında bu sahədə fikir mübadiləsinin aparılması olub.
|
AZADİNFORM. Bu ilin sonunda Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işi yekunlaşacaq.
|
Həbibə/AZADİNFORM. Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilib.
|
AZADİNFORM. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası işə başlayıb. “Azadinform” xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov çıxış edərək bildirib ki, ilk dəfədir ki, bu tədbir Azərbaycanda keçirilir. O, tədbirin ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb, iclasın İƏT-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər etmiş missiyasının rəhbəri Nadim İlahi səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. “Azadinform” xəbər verir ki, keçirdiyi konfransda N.İlahi bildirib ki, 2012-ci ildə Azərbaycanda qeyri-neft sektorunun 6 faiz artacağı proqnozlaşdırılır.
|
Mübariz Aslanov/AZADİNFORM. Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanda maliyyə sisteminin qiymətləndirilməsi aparılacaq.
|
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan iqtisadiyyatı ilə Avropa iqtisadiyyatı bir o qədər sıx əlaqədə deyil və bu da o deməkdir ki, Avropadakı böhranın Azərbaycana heç bir təsiri olmayacaq”.
|
AZADİNFORM. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin aprel ayında Novorossiysk limanından 159 min 425 ton, Supsa limanından 161 min 449 ton, Ceyhan limanından 1 milyon 847 min 706 ton xam neft ixrac edib.
|
AZADİNFORM. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin aprel ayında 5 min 476 ton avtomobil benzini, 82 min 222 ton dizel yanacağı, 5 min 501 ton təyyarə yanacağı ixrac edib.
|
Adəm Abbaslı/AZADİNFORM. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Koreya Gömrük Xidmətinin rəhbəri Younq Sup Joonu qəbul edib.
|
AZADİNFORM. Mayın 4-5-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a Maliyyə Nazirliyindən veriblər.
|
Həbibə/AZADİNFORM. Yaxın vaxtlarda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin (NİİS) özünün radiosu olacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında NİİS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zülfiyyə Əlizadə məlumat verib.
|
Həbibə/AZADİNFORM. 2012-ci ilin birinci rübü ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirib.
|
|
|