Atif Eyvazov/AZADİNFORM. Bu gün Gülüstan Sarayında Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Uşaqlar və müharibə” mövzusunda Respublika sərgisi keçirilib.

AZADİNFORM. 2011-ci ildə 840 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. “Azadinform” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Qərib Məmmədov deyib.


AZADİNFORM. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. “Azadinform” xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan Komitə sədri Qərib Məmmədov bildirib ki, Komitənin struktur vahidlərinin, o cümlədən tabeçiliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin üzərinə 2011-ci ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Prezidentinin Fərmanlarına, Nazirlər Kabinetinin Qərarlarına müvafiq olaraq mühüm dövlət tapşırıqları qoyulub.

 
Mübariz Aslanov/AZADİNFORM. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 125-205, Kiçik Qafqaz çaylarında 135-145, Lənkəran-Astara bölgəsi çaylarında 65-95, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir. Bu barədə məlumatı “Azadinfrom”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.

Adəm Abbaslı/AZADİNFORM. Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu” mövzusunda konfrans keçirilir.

Həbibə/AZADİNFORM. Azərbaycanda çimərlik turizminin inkişafı üçün təkliflər hazırlanıb. “Azadinform” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Onun sözlərinə görə, bununla bağlı türkiyəli ekspertlərlə danışıqlar aparılıb. “Turizm haqqında” qanuna əsasən, çimərlik turizmi yeni fəaliyyət növü kimi qəbul olunduqdan sonra türkiyəli ekspertlərlə bu sahədə işlərin aparılmasına başlanacaq.

Həbibə/AZADİNFORM. Turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. “Azadinform” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm ili”nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

AZADİNFORM. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış QHT qrupları üzrə seçkilər gələn həftədən etibarən keçiriləcək. Bu barədə məlumatı “Azadinfrom”a Şuradan veriblər.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi rəqəmli televiziya yayımına keçidlə əlaqədar olaraq ayrı-ayrı regionlarda radiomonitorinq işlərinə başlayıb.


AZADİNFORM. Azərbaycan Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurası üzvlüyünə seçkilərdə namizədlərin irəli sürülməsini təmin etmək üçün 31 yanvar - 17 fevral 2012-ci il tarixlərində QHT-lərdən ərizələrin qəbulu həyata keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. “Azadinform” xəbər verir ki, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib.

AZADİNFORM. Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 31 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub. 2 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər isə işdən müvəqqəti kənarlaşdırılıb. Bu barədə məlumatı “Azadinform”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi gələn ay Milli Məclisin Sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq. “Azadinform” xəbər verir ki, bu barədə komitə sədri Hadı Rəcəbli bildirib.

Həbibə/AZADİNFORM. “Bakcell” şirkəti mobil telefonların batareyalarını enerji ilə təmin etmək üçün aparatların quraşdırılmasına yaxın 1 ay ərzində başlayacaq.


AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanan yeni layihələrin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə müzakirə olunması məqsədilə Dəyirmi masa keçirilib. 

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə “Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı Konvensiyasının iş yerlərində tətbiqi və inkişafı” mövzusunda konfrans keçirilib.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbiri “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (QUPAİB) keçirib.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur. “Azadinform”un məlumatına görə, bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.


Həbibə/AZADİNFORM. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Nəsimi rayonu  3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işlərini həyata keçirir.

 
1 səhifə 98-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo