Atif Eyvazov/AZADİNFORM. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanan 124 namizədlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət keçirilməsinə iyunun 17-dən başlanmasını qərara alıb. Bu barədə məlumatı “Azadinform”a Ədliyyə Nazirliyi mətbuat xidmətindən veriblər.
|
AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir sıra regionunda yağan dolunun törətdiyi fəsadlarla bağlı məlumat yayıb.
|
AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mayın III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
|
Atif Eyvazov/AZADİNFORM. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın siyahısına ümumilikdə 479 ehtiyat kadr daxil edilib. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib.
|
Həbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri Dünya Bankının təşkil etdiyi “Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması” mövzusunda Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən beynəlxalq forumda məruzəçi qismində iştirak ediblər.
|
AZADİNFORM. May ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduğuna və ya pozmağa cəhd göstərdiyinə görə 40 halda 75 nəfər saxlanılıb. Bu barədə məlumatı “Azadinform”a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən veriblər.
|
Həbibə/AZADİNFORM. Millət vəkili Çingiz Qənizadə təmsil etdiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində görüşlərini davam etdirib.
|
Mübariz Aslanov/AZADİNFORM. İyulun 1-dən etibarən Bakıda poçt göndərişləri poçt şöbələrinə “Azərpoçt” MMC-nin Poçtun Daşınması Mərkəzi (PDM) tərəfindən çatdırılacaq. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Rusiya Qəbələ RLS-nin taktiki planda Azərbaycanla və ya ABŞ-la ikitərəfli qaydada istifadə olunması fikirlərinə qətiyyən yer vermir”. Bunları “Azadinform”a müsahibəsində hərbi ekspert Cəsur Sümərinli deyib.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan-Latviya ətraf mühitin bərpasına yönəlmiş yaşıl iqtisadiyyat üzrə biznes-forumu öz işinə başlayıb.
|
Mübariz Aslanov/AZADİNFORM. “Tikinti sektorunda taxta materiallarına olan tələbatı ödəmək məqsədilə Azərbaycanda ayrı-ayrı kənd təsərrüfatı sahələrində sürətlə böyüyən ağaclar yetişdirilə bilər”.
|
C.Əsgərov/AZADİNFORM. Bəsdirin! Nə qədər olar? «Atipik pnevmoniya», sonra «Quş qripi», onun ardınca «Donuz qripi», indi isə «Xiyar qripi»? Deyəsən, qriplərlə ağın çıxarıldığını başa düşüb bu dəfə «Bağırsaq çöpü» ərsəyə gətiriblər.
|
Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyil”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. Latviya ilə Azərbaycan arasında çirkab suların təmizlənməsi, içməli suyun keyfiyyətinin artırılması və çirkli torpaqların təmizlənməsi istiqamətində yeni əməkdaşlıqlar qurulacaq.
|
AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Fransada səfərdədir. RİTN-dən “Azadinform”a verilən məlumata görə, ikigünlük iclas iyunun 5-də başlanıb.
|
Həbibə/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri Nizami rayonu, 6-cı Köndələn küçəsi, 2 ünvanında inşa ediləcək AMB-nin yeni inzibati binasının tikintisində maraqlı olan tərəfləri ixtisas uyğunluğuna dair ilkin qiymətləndirməyə dəvət edib.
|
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir. Növbəti təlim 04 iyun 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir.
|
Atif Eyvazov/AZADİNFORM. Cari ilin may ayı ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı 4.206 müraciət daxil olub.
|
Elvin Xəzər/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
|
Ölkənin elə bir yeri yoxdur ki, orada narkomana rast gəlinməsin. Bu qədər narkotik maddələrin həbsi və ya kütləvi məhv olunduğu çox kiçik bir ölkədə, sərhədləri belə kəskin nəzarət altında olan Azərbaycanda narkotik aludəçiləri durmadan artır. Bu rəqəm indi 2500 nəfər artaraq 26 minə çatıb. Xatırladaq ki, bu, yalnız qeydiyyata alınanlardır.
|
|
|