Həbibə/AZADİNFORM. “Konturdan manata keçiddən sonra abunəçilərimizə təklif etdiyimiz tariflər çox ədalətlidir”. “Azadinform”un məlumatına görə, bunu “Bakcell”in baş icraçı direktoru Riçard Şirer jurnalistlərə açıqlamasında bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Demokratik və hüquqi dövlətimizdə hər bir cinayətin qarşısı qətiyyətlə alınacaq, heç bir cinayət bağlı qalmaycaq. “Azadinform” xəbər verir ki, bunu ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov söyləyib. 

Elvin Xəzər/AZADİNFFORM. “flydubai” şirkəti və səyahət sənayesi üçün biznes xidmətləri göstərən “Travelport” şirkəti ilə müqavilə imzalayıb. Şirkətdən “Azadinform”a verilən məlumata görə, müqaviləyə uyğun olaraq bütün dünya üzrə “Travelport” şirkəti ilə əməkdaşlıq edən səyahət agentlikləri “flydubai” şirkətinin qiymətləri ilə bağlı məlumatlara tam çıxış imkanı əldə edəcəklər. 

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mayın 11-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Cari ilin aprel ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 106 müraciət daxil olub. Bu barədə məlumatı “Azadinform”a ETSN-dən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Baş Prokurorluqda kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətindən “Azadinform”a bildiriblər ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Anar Məmmədov Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi, Siyəzən rayon prokuroru Niyaz Məmişov isə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.

Atif Eyvazov/AZADİNFORM. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən açıq müsabiqəyə sənəd qəbulu mayın 10-dək aparılacaq. Bu barədə məlumatı “Azadinform”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilib. 

Elvin Xəzər/AZADİNFORM. “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə həyata keçirdiyi “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində Binəqədi qəsəbəsində çöl tədqiqatları həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyindən veriblər.

Həbibə/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondu prezident İlham Əliyevin mayın 3-də imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncamın icrasına başlayıb.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbində - təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda “Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçirilib. “Azadinform” xəbər verir ki, konfrans NATO-nun Azərbaycandakı əlaqələndiricisi missiyasını yerinə yetirən Rumıniyanın ölkəmizdəki səfirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunub.

Mübariz Aslanov/AZADİNFORM. Mayın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-da keçirilən Ümumdünya Turizm Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcək. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir özü bildirib.

Elvin Xəzər/AZADİNFORM. Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində “İRS” jurnalının Argentinada nəşr olunmuş ispan dilli versiyasının (“İRS Herencia” jurnalının “Sirli səslər məkanı Azərbaycan”) ilk nömrəsinin təqdimatı keçirilib.

 
Atif Eyvaazov/AZADİNFORM. Ölkəmizdə informasiya təhlükəsizliyinə diqqət artırılır və Azəbaycanda bu sahəyə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır. “Azadinform” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış” mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları nazirinin  müavini Elmir Vəlizadə söyləyib. 

Atif Eyvazov/AZADİNFORM. Kiber terrorizm təzahürləri olaraq, xarici ölkə serverlərində yerləşdirilmiş, Azərbaycan dilində fəaliyyət göstərən bir sıra saytlar və informasiya resursları müəyyən edilib. Həm MTN, həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin digər qurumlarla birgə aparılan tədbirləri zamanı onların fəaliyyətinin dayandırılmasına nail olunub.  “Azadinform” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış” mövzusunda keçirilən konfransda Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov söyləyib.

Atif Eyvazov/AZADİNFORM. Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Zakir Qaralovla görüşüb.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.

Aytən İmanova/AZADİNFORM. Bu gün Mədəniyyət və Turizm Nazirliyi GoMap.az onlayn turist portalının fəaliyyəti çərçivəsində aparılmış araşdırmalara həsr olunmuş mətbuat konfransı keçirib. “Azadinform” xəbər verir ki, nazirliyin aparat rəhbəri Firudin Qurbanov turizmin dövlət büdcəsinə gətirdiyi gəlirlərdən bəhs edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov,  təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və digər rəsmilər “Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı”nın hazırlanması ilə bağlı ictimai müzakirələr məqsədi ilə gənclərlə görüş keçiriblər.

 
957 səhifə 966-dən (dan) << < 953 954 955 956 957 958 959 960 961 > >>
 Xəbər lenti
26.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo