Adəm Abbaslı/AZADİNFORM. Bu gün iqtisadi inkişaf naziri Şahin Mustafayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib. AZADİNFORMUN məlumatına görə, nazir Kürdəmir, İmişli və Zərdab rayonlarından olan 45 sakinin müraciətlərini dinləyib. Qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildiriblər.

Məmmədsan Həsənov/AZADİNFORM. Paytaxtda və və ölkənin bəzi rayonlarında yağış yağacaq. 

Məmmədsan Həsənov/AZADİNFORM. Təhsil naziri Mikayıl Cabbarov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə baş dövlət naziri Li Yi Şyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün (əqli və fiziki qüsurlu uşaqlar, vərəm, revmatizm xəstəliyi) müvafiq dietik menyular hazırlanıb. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib. Bundan əlavə, qeyd olunan bütün təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilib.

Leyla Məhərrəmova/AZADİNFORM. “İRƏLİ” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən avqust ayının əvvəlindən start verilən “Yoqa Həftəsi” layihəsi yekunlaşıb. AZADİNFORM  xəbər verir ki, 25-ə yaxın gəncin iştirak etdiyi layihədə yoqanın sirləri və yoqa haqda xüsusi dərslər keçirilib. Dərslər yoqa üzrə peşəkar mütəxəssis Eldəniz Gözəlov tərəfindən aparılıb. 

Leyla Məhərrəmova/AZADİNFORM. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) nümayəndə heyəti İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramı çərçivəsində "Başla-Dəyiş-İnkişaf Et" beynəlxalq layihəsinin iştirakçıları ilə görüş keçiriblər. 

Leyla Məhərərmova/AZADİNFORM. Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında elmi-metodiki seminarlar təşkil olunur. AZADİNFORM xəbər verir ki, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar 28 oktyabrdan fəaliyyətə başlayacaq.

Leyla Məhərərmova/AZADİNFORM. Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas məqsədlərindən biri kimi müəyyənləşdirən IDEA(International Dialogue for Environmental Action) kampaniyası geniş auditoriyanı birləşdirən “Green Conversation Club” layihəsini bu il uğurla davam etdirir. 

“Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) “Münaqişələrin Həlli və Sülh quruculuğu üçün Gənclər Fəaliyyətdə” layihəsi çərçivəsində keçirilən seminar işini davam etdirir.

"Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun tətbiqinə hazırlıq işləri aparılır. Bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev verib. M. Quliyev bildirib ki, hazırda qanunun tətbiqi istiqamətində təşkilatı işlər  aparılır: "Avadanlıqlar alınır, rayonlarda uşaqların icbari dispanserizasiyasının səyyar şəkildə aparılması üçün  avtomobillərə qanın müayinəsi, ultrasəs müayinəsi üçün avadanlıqlar quraşdırılır. Bu qanunun tətbiqinə yeni ildən etibarən başlanılacaq”.

Samir Soltanov/AZADİNFORM. Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan layihələr sosial xidmətlər üzrə fəaliyyət göstərən QHT-lərin mütəxəssis heyətinin bu sahədə peşəkarlığının yüksəldilməsini, onların beynəlxalq təcrübəni mənimsəmələrini də nəzərdə tutur. 

Leyla Məhərrəmova/AZADİNFORM. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən “İnsan alveri və potensial qurbanlarının effektiv Reinteqrasiyası” layihəsi çərçivəsində İnsan alveri qurbanlarına dəymiş zərərin qiymətləndirilməsinə dair hazırlanmış meyarların təqdimatı keçirilib. AZADİNFORM  Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə istinadən xəbər verir ki, meyarları Birliyinin rəhbəri Mehriban Zeynalova və vəkil Ruslan Vəliyev təqdim edib.

Samir Soltanov/AZADİNFORM. Vətəndaşlar bundan sonra sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər. 

Samir Soltanov/AZADİNFORM. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) keçirəcəyi qrant müsabiqələrinin keçirilməsi qaydalarına Müşahidə Şurası tərəfindən baxılır. AZADİNFORM  xəbər verir ki, qaydalara görə, müsabiqədə iştirak üçün yaş həddi qoyulmur. Müsabiqəyə təqdim edilən layihə rəhbəri Azərbaycan vətəndaşı olmalıdır. 

Samir Soltanov/AZADİNFORM. “Gənc Mühasiblər” İctimai Birliyinin Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər üçün elektron idarəetmə üzrə təlimlərin təşkili” layihəsi sona çatıb. 

Samir Soltanov/AZADİNFORM. ARDNŞ-ın Elm Fondu AMEA sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycanda fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü ildə müsabiqə elan edib. 

Leyla Məhərrəmova/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “World Vision İnternational” humanitar təşkilatı tərəfindən Masallı rayonunda “Əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin olunmasında mövcud qanunvericiliyin rolu və aparılan islahatlar” mövzusunda regional seminar öz işinə başlayıb. AZADİNFORM  xəbər verir ki, iki gün davam edəcək tədbirdə aidiyyatı dövlət qurumlarının, əlilliyi olan şəxslərlə bağlı regional QHT-lərin, vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin nümayəndələri, əlilliyi olan şəxslər iştirak edir.

Leyla Məhərrəmova/AZADİNFORM. Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 2013-cü ilin birinci maliyyə müsabiqəsi üzrə dəstəklənən layihələrin icra vəziyyətinə həsr olunmuş müşavirə keçirib. 

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 21-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Kürdəmirdə İmişli, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. AZADİNFORM  xəbər verir ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

AZADİNFORM. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında inkişaf etməkdədir. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakın təmin edilməsi, diasporun potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində işlər aparılır. Bu siyasətin reallaşması istiqamətində prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə diaspor sahəsində dövlət proqramları həyata keçirilir və bu istiqamətdə Azərbaycanın milli maraqlarının xarici ölkələrdə müdafiəsi üçün məqsədyönlü fəaliyyət göstərilir.

 
767 səhifə 1027-dən (dan) << < 763 764 765 766 767 768 769 770 771 > >>
 Xəbər lenti
15.12.2017
 Arxiv
Dek.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo