Atif Eyvazov/AZADİNFORM. Cari ilin I rübündə respublikanın müxtəlif müəssisələrində 24 nəfər həlak olub. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev söyləyib.

Elvin Xəzər/AZADİNFORM. “flydubai” şirkəti öz uçuş şəbəkəsinə Ər-Riyad və Cəddah şəhərlərini əlavə edib. Bununla da Səudiyyə Ərəbistanındakı uçuş məntəqələrini sayını 3-dən 5-ə çatdırıb.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Azərbaycanda ceyranlar balalama dövrünün yaxınlaşması ilə əlaqədar kiçik qruplar halında gəzir. Onların əsas hissəsi Bakının Güzdək qəsəbəsinin sol tərəfindəki təpəlik ərazilərdə, digər hissəsi isə Abşeron rayonu ərazisində yerləşən Xüsusi Təhlükəsizlik Xidməti qoşunlarının təlim mərkəzinin ətrafında və Cəngi yolunun yaxınlığında müşahidə olunur. Bu barədə məlumatı Azadinforma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti peyk məlumatlarına əsasən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi aprelin 18-də keçirilən gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə sınaq test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı Azadinforma nazirliyin mətbuat xidmətindən veriblər.
İmtahan iştirakçıları arasında ən çox bal toplayan gigiyena ixtisası üzrə 100 baldan 96-ı toplamış Nizami Yolçuyevdir.

Mübariz Aslanov/AZADİNFORM. Aprelin 26-da Bakı Dövlət Universitetinin müvafiq kafedralarında “Sosial xidmət haqqında” qanun layihəsi bir qrup millət vəkilinin iştirakı ilə alimlərin müzakirəsinə veriləcək. Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda, Park İnn oteldə Orqan transplantasiyası və beyin ölümü" Beynəlxalq Forumu işə başlayıb. Tədbir Azərbaycanın Əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunub.

Elvin Xəzər/AZADİNFORM. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Litvanın daxili işlər naziri Raymundas Palaitisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Azərbaycanda istər meyitdən, istərsə də canlı orqanizmdən orqan köçürülməsində heç bir hüquqi problem yoxdur. Problem yalnız bu işin təşkilindədir. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Həbibə Abdulla/AZADİNFORM. “Azercell”in SimSim üzrə danışıq haqlarının hesablanmasında manat sisteminə keçməsi qiymətlərə də təsir göstərəcək.

Həbibə Abdulla/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər.

Həbibə Abdulla/AZADİNFORM. 01.05.2011-ci il tarixindən etibarən SimSim abonentləri ilə hesablaşmalarda istifadə olunan kontur manatla əvəz edilir.

Atif Eyvazov/AZADİNFORM. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyədə rəsmi səfərdə olub. DQİDK-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə,  səfər  Türkiyənin diyanət işləri başqanı Mehmet Görməzin dəvəti ilə reallaşıb.

Mübariz Aslanov/AZADİNFORM. Cari ilin may ayının sonu, iyun ayının əvvəllərinə qədər Azərbaycanda bütün mobil operatorlar 3G-yə keçəcək. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov verib.

AZADİNFORM. Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti yeni bir məhsul – internet kartlarını təqdim edir. Bakcell-in internet istifadəçiləri yeni kartların köməyi ilə öz mobil telefonları və ya kompyuterlərindən internetə qoşula bilərlər.

Mübariz Aslanov/AZADİNFORM. İran Azərbaycanla viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana gedən vətəndaşların sayı 4 dəfə artıb.

Həbibə Abdulla/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi Turizm ili çərçivəsində daha bir yeni layihə təqdim edir. Elektron bələdçi xəritəsi olan Guide Map naviqasiya portalı Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir.

Elvin Xəzər/AZADİNFORM. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı və icraçı direktoru professor Corc Fridmanla görüşüb.

AZADİNFORM. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən QHT rəhbərləri və mühasiblər üçün təşkil edilən təlimlərin məqsədi layihə idarə olunması və hesabatlılıq qaydalarında bir qədər dəyişiklərlə bağlı olub.

Həbibə Abdulla/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondu bu ilin ilk yarısından etibarən elektron hesabat sistemini təqdim edəcək.

Atif Eyvazov/AZADİNFORM. Aprelin 20-də AMEA Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) təqdimatı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər. 

 
1329 səhifə 1332-dən (dan) << < 1325 1326 1327 1328 1329 1330 1331 1332 > >>
 Xəbər lenti
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo