Həbibə/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri Nizami rayonu, 6-cı Köndələn küçəsi, 2 ünvanında inşa ediləcək AMB-nin yeni inzibati binasının tikintisində maraqlı olan tərəfləri ixtisas uyğunluğuna dair ilkin qiymətləndirməyə dəvət edib.

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir. Növbəti təlim 04 iyun 2011-ci il tarixində İnsan Hüquqları Evi-ndə keçirilmişdir.

Atif Eyvazov/AZADİNFORM. Cari ilin may ayı ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı 4.206 müraciət daxil olub.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Azərbaycanın Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

 

Ölkənin elə bir yeri yoxdur ki, orada narkomana rast gəlinməsin. Bu qədər narkotik maddələrin həbsi və ya kütləvi məhv olunduğu çox kiçik bir ölkədə, sərhədləri belə kəskin nəzarət altında olan Azərbaycanda narkotik aludəçiləri durmadan artır. Bu rəqəm indi 2500 nəfər artaraq 26 minə çatıb. Xatırladaq ki, bu, yalnız qeydiyyata alınanlardır.

 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 5 iyun “Ümumdünya ətraf mühit günü” münasibətilə Bakının Zığ qəsəbəsinin zibillənmiş ərazisində iməcilik keçirilib. “Azadinform” xəbər verir ki, iməcilikdə 10-dan çox ətraf mühit üzrə QHT də daxil olmaq 200-ə yaxın insan iştirak edib. İməcilikdə başda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov olmaqla nazirliyin əməkdaşları da iştirak ediblər.

Atif Eyvazov/AZADİNFORM. Dövlət qulluğunda  çalışanlara yaş senzinin tətbiqi dövlət qulluğunda vakansiyaların sayının çoxalmasına səbəb olacaq. Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və onların potensialından istifadəyə stimul yaradacaq.

Həbibə/AZADİNFORM. “Ümumdünya Ticarət Təşkilatına üzvlük turizm sektorunda qiymətlərin ucuzlaşmasına səbəb ola bilər ki, bu da turistlərin ölkəyə axınını təmin edər”.

Mübariz Aslanov/AZADİNFORM. İyunun 5-i Azərbaycanda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunacaq.

 

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda Dəyirmi masa təşkil edilib.

Atif Eyvazov/AZADİNFORM. Dövlət orqanları etik davranış qaydalarının icra vəziyyəti haqqındakı hesabatlarını əvvəlcə müzakirə etməli, sonra isə   Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) təqdim etməlidirlər.

AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Estoniyanın Tallin şəhərində “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) dövlət qulluqçularının etik davranış qaydaları və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artıb.

AZADİNFORM. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı kəndlərində “Gənclərin narkomaniya asılılığına qarşı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində sorğu keçirib. Bu layihə çərçivəsində respondentlərə gənclərin narkomaniya asılılığına qarşı  maarifləndirici tədbirlərlə bağlı bir neçə sual verilib.


AZADİNFORM. Avstriyanın OMV Tədqiqatlar və İstehsalat şirkəti Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geoloji quruluşunu və neft-qazlılığını öyrənir.

Mübariz Aslanov/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Avstriyada COPUOS-un yubiley tədbirlərinə həsr edilmiş sessiyasında iştirak edir. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. İsveç Azərbaycanlıları Konqresi İsveç parlamentinin deputatına Qarabağ həqiqətləri barədə məlumat verib. Bu barədə “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin mayın 31-də Bakıda başlayan 18-ci sessiyası başa çatıb. “Azadinform” xəbər verir ki, sessiyanın başa çatması ilə əlaqədar bu gün Bakı Biznes Mərkəzində yekun mətbuat konfransı keçirilib.
Bildirilib ki, sessiya YUNESKO üzrə Azərbaycan Milli Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə reallaşıb.

AZADİNFORM. Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni rəis təyin edilib.

 
1198 səhifə 1220-dən (dan) << < 1194 1195 1196 1197 1198 1199 1200 1201 1202 > >>
 Xəbər lenti
22.09.2018
21.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo