Azərbaycan coğrafi cəhətdən zonalara, inzibati cəhətdən rayonlara (inzibati), iqtisadi nöqteyi-nəzərdən iqtisadi rayonlara bölünmüşdür. 2008-ci il ildə təsdiq olunmuş “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi”nə görə ölkə turizm və rekreasiya zonalarına bölünməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə turizm marşrutlarına bölünmə vardır ki, biz də bu bölgüyə əsasən şərti olaraq turizm bölgələrinə bölünməyə getmişik.

 
Həbibə/AZADİNFORM. Azərbaycanda əhalinin internet xidmətlərinə tələbatın artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2010-cu illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq 86,8 Gb/s-ə çatıb və artıq ölkəmiz trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir.

Mübariz Aslanov/AZADİNFORM. Bakı ətrafında salınması nəzərdə tutulan yeni zooparkın dəqiq yeri və layihə-smeta sənədlərinin hazırlanması başa çatmaq üzrədir, yaxın vaxtlarda tikintisinə başlanacaq. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirə olunacaq. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.

Həbibə/AZADİNFORM. Dünyanın nəhəng sosial şəbəkəsi “Facebook” ABŞ-da əsas birja hərracları başa çatdıqdan sonra sərmayədarlar üçün şirkətin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) ərəfəsində yayılan rəsmi broşur dərc edib. Bu barədə “Azadinform” “ICTnews”a istinadən xəbər verir. Broşura əsasən, “Facebook” və onun cəlb etdiyi banklar şirkətin kapitallaşmasını 95,9 milyard dollar məbləğində qiymətləndirirlər. “Facebook” tərəfindən səhmlərin ilkin yerləşdirilməsi bütün internet-şirkətləri arasında ən iri həcmlisi olacaq.

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: “Vafi Turizm” MMC (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi), “Z-Company 2007” MMC (hüquqi ünvanı: Bakı şəhəri, Zivərbəy Əhmədbəyov küçəsi, ev 33), “RX Travel” MMC (Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131, mənzil 39), “Premium Travel” MMC (Bakı şəhəri, Ak. Şamil Əzizbəyov küçəsi, ev 88), “Zenit Tour” MMC (Bakı şəhəri, Aşıq Alı küçəsi, ev 3, mənzil 103)

AZADİNFORM. “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsi keçirilib. “Azadinform” xəbər verir ki, bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında müsabiqənin qaliblərinin mükafatlandırılması olub. Jurnalistlərə açıqlamasında konfederasiya sədri Səttar Mehbalıyev bildirib ki, bu müsabiqə 2009-cu ildən hər il keçirilir: “Həmin il müsabiqədə 277 təşkilat iştirak edib. Bu il isə 1000-dən artıq təşkilat iştirak edib ki, onlardan 156-sı sonuncu mərhələyə keçib. Onların içərisindən 56 ən yaxşı müəssisə mükafatlandırılıb”.

AZADİNFORM. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar  aparılıb. Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib, bir sıra sahibkarlıq subyektləri və əcnəbilər barəsində müvafiq tədbirlər görülüb. Bu barədə məlumatı “Azadinform”a Dövlət Miqrasiya Xidmətindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Mən fəxr edirəm ki, azərbaycanlıyam! adlı müsabiqəyə yekun vurulub. Azadinform xəbər verir ki, yekun ilə bağlı keçirilən tədbirdə komitə sədri Hicran Hüseynova bildirib ki, belə müsabiqələr artıq bir ildir keçirilir.

Həbibə/AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Azadinform”a verilən məlumata görə, səlahiyyət müddəti başa çatmış və ölkəmizdə missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyinin Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova 65 yaşı tamam olduğuna görə tutduğu vəzifəsindən azad edilib. Faktı “Azadinform”a nazirliyin mətbuat xidməti də təsdiqləyib.
Bildirilib ki, Əməkdar həkim Leyla Seyidbəyovanın böyük praktiki iş təcrübəsi nəzərə alınaraq, əmək müqaviləsi əsasında Mərkəzi Neftçilər Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.

Atif Eyvazov/AZADİNFORM. “Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Diqqətəlayiq hadisələrdən biri cəmiyyətimizdə qadının daim artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyidir”. “Azadinform” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.

Həbibə/AZADİNFORM. Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilib. “Azərsu” ASC-dən “Azadinform”a verilən məlumata görə, mərasimdə ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov iştirak ediblər. Bu rayonda yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun aparılacaq.

AZADİNFORM. Marneuli rayon İcra Hakimiyyətində Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının, “Gənc Pedaqoqlar və Psixoloqlar” Assosiasiyasının təşkilatçılığı ilə gənclər və QHT nümayəndələrinin iştirakı ilə “Qadın səsi” mövzusunda görüş keçirilib. Diasporla İş üzrə Dövlət komitəsindən “Azadinform”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Gənc Pedaqoqlar və Psixoloqlar” Assosiasiyasının rəhbəri Nana Çopliani müasir dövrdə qadınların qarşısında duran problemlərdən, öz hüquqlarını kifayət qədər bilməməsindən, cəmiyyətdə qadın problemlərinin işıqlandırılmamasından danışıb.


AZADİNFORM. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 1 may tarixindən etibarən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Bu barədə məlumatı “Azadinform”a Birlikdən veriblər.

 

Adəm Abbaslı/AZADİNFORM. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təyin edilmiş heyətinin ilk iclası keçirilib.

 
Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi sənədli film nümayiş olunub.

AZADİNFORM. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq Bakı şəhəri Tbilisi prospektindən başlayaraq Həsən Əliyev və F.X.Xoyski küçələrindən keçməklə Ə.Qayıbov küçəsinə qədər yeni kanalizasiya kollektoru çəkilir. Bu barədə məlumatı “Azadinform”a “Azərsu” ASC-dən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

 
1173 səhifə 1289-dən (dan) << < 1169 1170 1171 1172 1173 1174 1175 1176 1177 > >>
 Xəbər lenti
18.02.2019
 Arxiv
Fev.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo