Həbibə/AZADİNFORM. Hər il 150 min turist Türkiyəyə müalicə məqsədilə səfər edir. “Azadinform” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabi bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyə büdcəsinə müalicə turizmindən 4 milyard avro gəlir gələcəyi proqnozlaşdırılır. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və aşağı qiymət təklif etməsidir.

Həbibə/AZADİNFORM. Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Nazir Quliyev, Zaur Seyidzadə, Zəlihə Tahirova və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov 4 saylı cəzaçəkmə müəssisəsində növbəti  başçəkmə-monitorinq keçiriblər.

Həbibə/AZADİNFORM. Özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər. “Azərsu” ASC-dən “Azadinform”a verilən məlumata görə, vaxtilə bu qurumda işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadırlar. Onlar buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər.

AZADİNFORM. “Azərbaycanda bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşməsi onların uğurlar qazanmasında əsas səbəblərdən biridir”.

Azercell bu tarif paketi istifadəçilərinə bonus dəqiqələr verir

Həbibə/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2011-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabat yayıb. “Azadinform”un məlumatına görə, hesabat dövründə Texniki Komitələr, Azərbaycan Standartları İnstitutu, dövlət və özəl təşkilatlar tərəfindən işlənmiş 37 milli standart qəbul edilib.

Aytən İmanova/AZADİNFORM. “Davamlı İnkişaf üçün Fotosintez Tədqiqatları” Beynəlxalq konfransı işə başlayıb. “Azadinform” xəbər verir ki, konfransın sədri Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti professor Ceyms Barber (Böyük Britaniya), fəxri sədri isə AMEA-nın həqiqi üzvü Cəlal Əliyevdir.

Bu şüar şirkət brendinin yeni mövqeyini əks etdirir
“Azərcell-lə yaşa, daha yaxşı yaşa!” - qısa müddət ərzində Azercell-in vizit kartına çevrilən bu çağırışı indi hər yerdən eşitmək, oxumaq və görmək olar. Bu yaddaqalan, oxunaqlı şüar şirkətin indiki mövqeyini əks etdirir.

Həbibə/AZADİNFORM. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevlə görüşüb.

AZADİNFORM. Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Britaniya-Azərbaycan Dostluq Qrupu üzvlərinin Azərbaycana növbəti səfərini təşkil edib.

Aytən İmanova/AZADİNFORM. Birləşmiş Ərəb Əmirliyindəki “Azərbaycan” Cəmiyyətinin sədri Dubayın nazirlik və şeyx aparatının nümayəndələri ilə görüşlər keçirib.

  
Həbibə/AZADİNFORM. Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb. Fondun mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb.

Bu gün enerji təhlükəsizliyi, qlobal iqlim dəyişmələri və ətraf mühitin çirklənməsi bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Onların həlli üçün müxtəlif istiqamətlər təklif edilir ki, bunlardan bu gün üçün önəmli bərpa olunan və alternativ enerji mənbələrindən istifadədir.

Azərbaycanın təbii sərvətləri sırasına yerüstü suları da daxildir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və s. təşkil edir. Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Ümumiyyətlə, ölkə ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

 

AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi Sosial Müdafiənin İnkişafı layihəsi çərçivəsində “İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartlarının hazırlanması” layihəsinin icrası işləri davam etdirilir.


Həbibə/AZADİNFORM. 2011-ci ilin 6 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 11 916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1 658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Həbibə/AZADİNFORM. Cari ilin 1 iyuluna olan məlumata əsasən, ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edib. “Azadinform”un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilin ilk yarısının yekunları ilə bağlı hesabatında bildirilir.

Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialnın 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur. Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi – 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10 min ha qədər təşkil edir.

 

Mübariz Aslanov/AZADİNFORM. Son günlər hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar respublikanın dağ çaylarında sululuğun xeyli azalması müşahidə olunub. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 518 965 ədəd artaraq 9 629 000 ədəd təşkil edib. Bu da hər 100 nəfərə təxminən 105,0 mobil abunəçinin düşməsi deməkdir. Bu barədə məlumatı “Azadinform”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

 
1156 səhifə 1196-dən (dan) << < 1152 1153 1154 1155 1156 1157 1158 1159 1160 > >>
 Xəbər lenti
15.08.2018
 Arxiv
Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo