Mübariz Aslanov/AZADİNFORM. Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda vətəndaşın şəxsi mülkiyyətində olan əmlak və gəlirlərdən məhrum edənlər ciddi cərimələnəcəklər. “Azadinform” xəbər verir ki, bu, hazırda Milli Məclisdə İnzibati Xətalar  Məcəlləsinə hazırlanan əlavələrdə nəzərdə tutulub.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Bakıya gələn Trento bölgəsinin nümayəndələri bu gün Ağdama səfər edib və orada məskunlaşan məcburi köçkünlərlə görüşüblər.  

AZADİNFORM. Benilüks Azərbaycanlıları Konqresi Niderlandın Venlo şəhərində yerləşən "Floriade 2012" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunu ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, bu sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edib.

AZADİNFORM. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Məzun Yarmarkası keçirilib. Azərbaycan Respublikasının Milli Qurtuluş gününə həsr olunan bu tədbirdə 100-ə yaxın şirkət, holdinq və bank təmsil olunub.

Həbibə/AZADİNFORM. Qobustan şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə görülən işlərin açılış mərasimi keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, açılış mərasimində qurumun sədri Qorxmaz Hüseynov bildirib ki, 2014-cü ilin sonuna qədər Qobustan şəhərinin və 7 kəndin içməli su təchizatı yenidən qurulacaq: “2011-ci ildə icrasına başlanmış layihənin artıq 1-ci mərhələsi yekunlaşaraq bu gündən ilk suyun Qobustan şəhəri sakinlərinə verilməsinə başlanılıb.

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 1-15 iyun tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nazirliyin və onun tabeliyində olan strukturların sosial xidmət sahəsində çalışan əməkdaşları üçün təlim kursuna başlanılıb.

Mübariz Aslanov/AZADİNFORM. Danimarkanın Aalborg şəhərində Avropa Gənclər Klubları Konfederasiyasının ümumi yığıncağı və İdarə Heyətinin iclası keçirilib. İclasda Azərbaycandan Konfederasiyaya üzv olmaq üçün Gənclər üçün Təhsil Mərkəzinin müraciətinə baxılıb. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə təşkilatçılığı ilə “Layiqli əmək üzrə Ölkə Profili” mövzusunda beynəlxalq konfrans keçirilib. ƏƏSMN-dən “Azadinform”a verilən məlumata görə, tədbirdə beynəlxalq təşkilatların, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələri iştirak edib.

 

Adəm Abbaslı/AZADİNFORM. Sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılıb. 


Həbibə/AZADİNFORM. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.

Həbibə/AZADİNFORM. Sankt-Peterburqda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkə universitetlərinin turizm sahəsində beynəlxalq elm və təhsil konsorsiumu təsisatçılarının ilk işçi seminarında Azərbaycan Turizm İnstitutu (ATİ) Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva da təmsil olunub. ATİ-dən “Azadinform”a verilən məlumata görə, N.Abdullayeva seminarda çıxış edərək təmsil etdiyi institutun ölkə ali təhsil ocaqları sırasında tutduğu mövqe və xarici partnyorlarla əlaqələri, ikili diplom təcrübəsi, yüksək ixtisaslı turizm kadrlarının hazırlanması məsələlərinə toxunub.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər payızda baş tuta bilər. Bu barədə “Azadinform”a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

 

 

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də respublikanın bir sıra rayonlarında, o cümlədən Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının rabitə və informasiya texnologiyaları bölümünün hazırlanması ilə əlaqədar Dəyirmi masa keçirilib. 

Atif Eyvazov/AZADİNFORM. “Həssas əhali qruplarına aktiv formada dəstək verilməsi, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirilməsinə, nəticədə dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxarılmasına şərait yaradılması əsas hədəflərdəndir.

Həbibə/AZADİNFORM. Son zamanlar “Aztelekom” elə sürətlə inkişaf edir ki, onun özəlləşməsi ilə çoxlu sayda həm xarici, həm yerli şirkət maraqlanır”.

Həbibə/AZADİNFORM. “Catel” şəbəkəsinin fəaliyyətinin davam etdirilməsi  istiqamətində iş aparılır. “Azadinform” xəbər verir ki, bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

 
1088 səhifə 1218-dən (dan) << < 1084 1085 1086 1087 1088 1089 1090 1091 1092 > >>
 Xəbər lenti
19.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo