Elvin Xəzər/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Qida məhsullarının standartlaşdırılması" üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş AZS 499-2011 və AZS 502-2011, Komitənin Metrologiya şöbəsi tərəfindən işlənib təqdim edilmiş AZS 585-2011 Dövlət standartlarını təsdiq edib. Komitədən AZADİNFORM-a verilən məlumata görə, standartların tətbiq vaxtı 20 aprel 2011-ci ildən müəyyən edilib.
AZS 499-2011 "Laboratoriya analizi üçün su. Texniki tələblər və sınaq üsulları" standartı qeyri-üzvi maddələrin təyini üçün laboratoriyada

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Azərkimya”da istehsal olunan polietilen torbaların tərkibinə onların tez parçalanması və təbiətdə çürüməsi üçün xüsusi qatqının vurulması ilə bağlı Nazirlər Kabinetinə təklif göndərib. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Mart ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən AZADINFORM-a verilən məlumata gör, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, arpanın 0,1 faiz, kələmin 3,4 faiz, balqabağın 21,2 faiz, cəfərinin 0,3 faiz, baş soğanın 0,8 faiz, göy soğanın 1,7 faiz, kartofun 1,2 faiz, quru otun 1,4 faiz, yonca toxumunun istehsalçı qiymətləri 14,1 faiz artıb:

Elvin Xəzər/AZADİNFORM. Aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Nəqliyyat və sərhəd keçidi” üzrə Layihə İşçi Qrupunun 16-cı iclası keçiriləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

Həbibə Abdulla/AZADİNFORM. Bu ilin I rübdə Azərbaycanda əhalinin sayı 25,6 min nəfər və yaxud 0,3 faiz artaraq 9136,7 min nəfərə çatıb. Ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 31,4 faizini gənclər təşkil edir. Cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 22-də Sahibkarlar Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Azərbaycanda Regional Mərkəz qeyri-hökumət təşkilatlarının birgə konfransı keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “Son vaxtlar ölkə ərazisində çirkli yağışların yağması iqlimdə qlobal sabitliyin pozulması səbəbindəndir”. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov çıxış edərək rəhbərlik etdiyi sahə ilə bağlı bilgilər verib.

Həbibə Abdulla/ AZADİNFORM. “Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 24800 sığortaolunana fərdi şəxsi hesab açılıb”. Bu barədə aprelin 12-də keçirilən 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş toplantıda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Mərkəzi Bankın  kommunikasiya departamenti “İlin ən yaxşı PR xidməti”  müsabiqəsinin qalibi elan edilib. Bu barədə “Azadinform”a MB-nin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə “Press-reliz Yayım Xidməti” tərəfindən keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AZADİNFORM-a verilən məlumata görə, ay ərzində emal sənayesi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Elvin Xəzər/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyində Korrupsiya ilə bağlı yaradılan “Qaynar xətt” xidmətinə fevralın 22-dən bu günə kimi 1900 müraciət daxil olub. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev  deyib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 5-dən etibarən Bakı-Karlovı Varı-Bakı marşrutu üzrə yeni müntəzəm reys fəaliyyət göstərəcək.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yuri Qaqarinin kosmosa uçuşundan 50 il ötür. Sovet kosmonavtı orbitə uçmuş ilk insan olub. Belə ki, 12 aprel 1961-ci il tarixində Baykonur kosmodromundan Vostok (Şərq) kosmik gəmisi start götürür və 108 dəqiqə ərzində Yer Kürəsi ətrafında dövr edir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) daxilində yaradılan müxtəlifyönlü işçi qruplarının fəaliyyəti davam edir.
Tarif Şurasının qərarı ilə bu ildən əhali üçün su pulu tarifləri 1 kubmetr su üçün 30 qəpik, 1 kubmetr çirkab suları üçün 6 qəpik təşkil edir.
ATƏT, Azərbaycan Hüquqşünasları Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində Bakıda mülkiyyət hüquqları ilə bağlı Dəyirmi masa keçirilib.
Bu gündən etibarən İçərişəhərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZADİNFORM-a verilən məlumata görə, son dövrlərdə İçəri Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) Abşeron yarımadasında televiziya yayım xidmətinin keyfiyyətini yoxlayıb.
 
1048 səhifə 1049-dən (dan) << < 1044 1045 1046 1047 1048 1049 > >>
 Xəbər lenti
16.01.2018
 Arxiv
Yan.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo