Həbibə/AZADİNFORM. Masallı rayonunda “Özünədəstək” - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib.

Həbibə/AZADİNFORM. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.

Atif Eyvazov/AZADİNFORM. “Sanatoriya, kurortlar və digər ictimai binalardan əvvəl məktəblər, universitetlərin yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin  köçürülməsinin tərəfdarıyam.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Bakıda səfərdə olan Qida və Tütün Sənayesi, Kənd Təsərrüfatı, İctimai İaşə İşçilərinin Beynəlxalq İttifaqının (İUF) nümayəndə heyəti ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə S.Mehbalıyev AHİK-in fəaliyyəti, beynəlxalq əməkdaşlığı və digər məsələlər barədə  geniş məlumat verib.

AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Həbibə/AZADİNFORM. Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib.

Həbibə/AZADİNFORM. “Nokia” şirkəti 2012-ci ilin birinci rübü ərzində 2 milyon “Lumia” smartfonu satıb. Bu barədə şirkətin özünün hesabatında bildirilir. 

Həbibə/AZADİNFORM. “Azərpoçt” MMC daha bir sığorta şirkəti ilə müqavilə bağlamağa hazırlaşır. Bu barədə müəssisədən “Azadinform”a verilən məlumatda bildirilir. Sığorta şirkətinin adı açıqlanmasa da, onun müəssisənin iş prinsipi ilə yaxından tanış olduğu qeyd edilir.

 
Həbibə/AZADİNFORM. Bakı sakinlərinə yüksək keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi  üçün nəzərdə tutulan tədbirlər planının icrası davam edir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Səhiyyə Nazirliyinin rəsmiləri Avstriya-Azərbaycan Hökümətlərarası Qarışıq Komissiyası çərçivəsində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazirinin müavini Andreas Reyxartın rəhbərliyi altında nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq müsabiqəli tender yekunlaşıb.

Mübariz Aslanov/AZADİNFORM. Gənclər və İdman Nazirliyi tərəfindən “İnsan alveri və zorakılığa “Yox” deyək!” devizi altında Saatlı və Hacıqabul rayonlarında keçirilən aksiyalarda hər rayon üzrə 400 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nəqliyyat, innovasiya və texnologiya üzrə federal nazirinin müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Mübariz Aslanov/AZADİNFORM. Ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27 sm, Kiçik Qafqazın Kürəkçay çayında 6 sm, Gəncəçay çayında 3 sm, Böyük Qafqazın Qusarçay çayında 8 sm, Qudyalçay çayında 7 sm, Vəlvələçay çayında 24 sm, Naxçıvan MR-ın Naxçıvançay çayında isə 49 sm artıb. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonu Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Kommunal xidmət sahəsindəki problemlərin aradan qaldırılmasına kömək məqsədilə ictimai dəstəyin təşkili, qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyələrin hazırlanması” layihəsinin icrasına başlayıb.

Adəm Abbaslı/AZADİNFORM. Bakıda sabah temperatur aşağı enəcək, qısamüddətli az yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Azadinform”a verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir qısamüddətli az yağış yağacağı praqnozlaşdırılıb. Güclü şimal-qərb küləyinin fonunda paytaxt ərazisində havanın temperaturu ötən günlərə nisbətən aşağı enəcək, gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Həbibə/AZADİNFORM. Azərbaycanda ilk dəfə olaraq yaradılmaqda olan Respublika üzrə Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Həbibə/AZADİNFORM. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqənin hər iki mərhələsində uğur əldə edərək Fonda işə qəbul olunan 36 nəfərlə görüş keçirilib.

Adəm Abbaslı/AZADİNFORM. Sabah Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bədii yaradıcılıq festivalı keçiriləcək.

 
1002 səhifə 1112-dən (dan) << < 998 999 1000 1001 1002 1003 1004 1005 1006 > >>
 Xəbər lenti
20.04.2018
 Arxiv
Apr.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo