Şəfa Tapdıq/AZADİNFORM. “Milli Məclisdə Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda bir çox ölkələrin parlament sədrləri, deputatları və nümayəndələri iştirak edirdi. İclasda ölkə başçısı İlham Əliyev geniş nitqlə çıxış etdi”.

Adəm Abbaslı/AZADİNFORM. BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.

AZADİNFORM. Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

“Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb”. 

Samir Soltanov/AZADİNFORM. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb. 

Samir Soltanov/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti bahalaşıb. 

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım ilə görüşüb.

Vyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib.

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir”. XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə,  ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq: “Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”. 

Adəm Abbaslı/AZADİNFORM. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jean-Claude Junckeri ələ salıb. 

"Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər". 

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib.

Adəm Abbaslı/AZADİNFORM. Ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının “Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyar xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır.

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. 

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Adəm Abbaslı/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çinə işgüzar səfər edib.

AZADİNFORM. Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olub.

 
1 səhifə 184-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
24.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo