Həbibə/AZADİNFORM. Son 8 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. “Azadinform” xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.
|
AZADİNFORM. Ölkədə həyata keçirilmiş yer quruluşu və torpaq kadastrı işləri ilə yanaşı, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də 2011-ci ildə bir sıra mühüm işlər görülüb. “Azadinform” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Qərib Məmmədov deyib.
|
Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda nisbətən isti və mülayim hava şəraiti müşahidə olunacaq.
|
Mübariz Aslanov/AZADİNFORM. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Mədəd” təşkilatı birgə sabah Bakıda “Sabahın alimləri” respublika müsabiqəsinə start verəcək. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzində erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar Respublika Hərbi Prokurorluğunda istintaq aparılan cinayət işləri ilə əlaqədar mətbuat konfransı keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Xüsusi İstintaq şöbəsinin rəisi Mehman Poladov bildirib ki, 1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırımı törədilib, Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, etnik təmizləmə əməliyyatları həyata keçirilib.
|
AZADİNFORM. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyasına dəstək olaraq, Pakistanın Müasir Dillər Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilib.
|
Həbibə/AZADİNFORM. Ötən il 620-yə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib. “Azadinform” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin 2011-ci il üzrə hesabat müşavirəsində bildirilib.
|
Adəm Abbaslı/AZADİNFORM. Bakıda və Abşeron yarımadasında sabah əsasən yağmursuz hava şəraiti gözlənilir.
|
AZADİNFORM. Fevralın 25-də Fransanın Strasburq şəhərinin Kleber meydanında Strasburq “Azərbaycan Evi” və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində mitinq keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, mitinqin keçirilməsi üçün Strasburq şəhər Prefekturasının və polis idarəsinin razılığı alınıb.
|
Mübariz Aslanov/AZADİNFORM. ATƏT Parlament Assambleyasının 11-ci qış sessiyasında iştirak etmək üçün Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin qurumdakı nümayəndə heyəti fevralın 21-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.
|
Həbibə/AZADİNFORM. Bu gün Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.
|
Adəm Abbaslı/AZADİNFORM. Sabahdan etibarən Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq.
|
AZADİNFORM. “Xocalıya ədalət” kampaniyasının Niderlandda fəaliyyət göstərən nümayəndələri, “Azərbaycanın Holland Dostları” Cəmiyyətinin təmsilçiləri Azərbaycan diasporunun digər fəalları ilə birgə Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak, bu komissiyanın katibi T.Van Toor, Niderland Əmək və Xristian Demokrat partiyalarından parlamentin deputatları Yeroen de Lange və Coşkun Görüzlə görüşüblər.
|
Adəm Abbaslı/AZADİNFORM. Bü gün Beynəlxalq Mətbuat Mərkəzində fevral ayının 27-də Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunacaq konsertə etiraz əlaməti olaraq mətbuat konfransı keçirilib. “Azadinform” xəbər verir ki, konfransı Beynəlxalq Diaspor Mərkəzi (BDM), Xocalı Soyqrımını Tanıtım İctimai Birliyi, Qarabağ Azadlıq Təşkilatı (QAT) və Xocalıdan olan şəhid ailələri keçirib.
|
AZADİNFORM. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün ABŞ-a gedib.
|
Həbibə/AZADİNFORM. Bakıda havaların yenidən kəskinləşməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.
|
AZADİNFORM. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon Moskvada keçirdikləri görüş zamanı Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər.
|
Natiq Bağırov/AZADİNFORM. Hava şəraiti ilə bağlı Azərbaycanın rayonlarına gedən magistral yollarında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranmayıb.
|
Adəm Abbaslı/AZADİNFORM. Bü gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Bayrağı” Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən “Xüsusi təyinatlı” kitabının təqdimat mərasimi keçirilib. “Azadinform” xəbər verir ki, İbad Hüseynovun döyüş yoldaşı Sahib Şirinovun yazdığı kitabın ön söz müəllifi millət vəkili Qənirə Paşayevadır.
|
Adəm Abbaslı/AZADİNFORM. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “Azadinform”a verdiyi məlumata görə, fevralın 14-də Səngəçal-Qobustan mənzilinin 484-475-ci kilometrində 10 km yolun əsaslı təmirinə başlanılıb. Fevral ayı ərzində günaşırı olmaqla 10 km yolun təmiri başa çatdırılacaq. Artıq bu mənzildə 3 km yol təmir olunub: “Bu gün daha 1,5 km yolun təmirinə başlanılıb. Köhnə yolun söküntüsünə səhər saat 07:00-da start verilib və artıq 800 metr köhnə yol sökülüb. Saat 16:00 radələrindən 1,5 km yolun əsaslı təmiri başa çatacaq”.
|
|
|