Aytən İmanova/AZADİNFORM. İyunun 26-da Bakıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə keçirilən hərbi parad öz miqyası və əhəmiyyətinə görə yerli və xarici mətbuatda əlamətdar hadisə kimi qiymətləndirilib. Bəs Bakı sakinləri hərbi paradı necə qiymətləndirirlər, onların bizim orduya, onun döyüş qabiliyyətinə münasibəti necədir?

AZADİNFORM. Venesuela prezidenti Uqo Çaves xərçəng hüceyrələrinin məhv edilməsi əməliyyatı keçirdiyini etiraf edib. Çaves 15 dəqiqəlik çıxışı zamanı deyib ki, tibbi müayinə zamanı onda xərçəng olduğu müəyyən edilib və xəstəlik aradan qaldırılıb. «Azadinform»un «Lenta.ru»ya istinadən yaydığı məlumata görə, xalqa müraciətində əməliyyatın Kubada edildiyini deyən Çaves sağalma prosesinin uzun və asta olacağını deyib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına növbəti müdavimlərin buraxılışı ilə bağlı tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, nazirliyin məsul əməkdaşları, akademiyanın rəisi Nazim Əliyev, bu təhsil ocağının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZADİNFORM. Prezident seçkilərindən sonra nə işlə məşğul olacağı barədə suala Rusiyanın baş naziri Vladimir Putin çox maraqlı formada cavab verib. «Mən yuyunmağa gedəcəyəm» deyən baş nazirin qənaətincə, bunun səbəbi seçki kampaniyasının çirkin olmasındadır.

AZADİNFORM. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək.

AZADİNFORM. “Azərbaycan müstəqil olduqdan sonra İranla əlaqələri xeyli inkişaf edib. İki ölkə arasındakı münasibətlər dərin tarixə malikdir. Buna görə də inanıram ki, səfərim zamanı müzakirə olunacaq siyasi-iqtisadi məsələlər səmərəli olacaq”. “Azadinform”un məlumatına görə, bunu Azərbaycana səfərə gələn İran parlamentinin sədri Əli Laricani deyib. O, həmçinin Bakıda Fələstin-İsrail məsələsini də müzakirə edəcəyini vurğulayıb: “Nəzərdə tutulan bu və başqa müzakirələr Azərbaycan-İran münasibətlərində həlledici rol oynayacaq”.

AZADİNFORM. Fransa prezidenti Nikola Sarkozi xuliqan hücumuna məruz qalıb. İnsident dövlət başçısının Braks şəhərinə səfəri zamanı yaşanıb. «Azadinform» «BFM TV» telekanalına istinadən xəbər verir ki, kanalın saytında bununla bağlı müvafiq video yerləşdirilib. Dövlət başçısı onu salamlayan sakinlərin yanından keçib gedərkən bir nəfər əlini ona tərəf uzadır.

AZADİNFORM. ATƏT-ə yeni baş katib təyin olunub. “Azadinform” xəbər verir ki, baş katib postuna Lamberto Zannyer təyin olunub. ATƏT Nazirlər Şurasının bu qərarını ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis açıqlayıb.

AZADİNFORM. İyulun 3-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin “Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya” adlı (“The Middle East Puzzle: Security and Democracy”) yay sessiyası başlayacaq. “Azadinform” NİSA-nın saytına istinadən xəbər verir ki, sessiya iyulun 9-dək davam edəcək.

Elcan/AZADİNFORM. Səudiyyə Ərəbistanında kral ailəsinin ictimai fəal simalarından keçmiş müstəntiq Şahzadə Türki Əl Faysal İranın nüvə istehsalı siyasətini genişləndirəcəyi və dünya birliyinin bunu əngəlləyə bilməyəcəyi halda Mərkəzi Şərqdə bir ziddiyyət olacağını bildirib. İranın nüvə istehsalına müharibə yolu ilə olsa da, son qoyulmayacağı təqdirdə Səudiyyə Ərəbistanının da nüvə istehsalına başlayacağı xəbərdarlığını edən Faysalın açıqlaması “The Guardian”-ın səhifələrində yer alıb.

Aytən İmanova/AZADİNFORM. “Provayderlər alıcıları internet sürətində aldadır. Ölkədə internetin keyfiyyəti pis olaraq qalmaqdadır”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan interneti beynəlxalq kütləvi tədbirlərə hazırdır?” adlı tədbirdə söyləyib.

Həbibə/AZADİNFORM. Son illər miqrasiya sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi və əmək miqrasiyası proseslərinə dövlət nəzarətinin gücləndirilməsi qeyri-qanuni əmək miqrasiyası hallarının ciddi surətdə azalması ilə nəticələnib.

Atif Eyvazov/AZADİNFORM. Müəllif Hüquqları Agentliyi yeni təklif üzərində çalışır. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli söyləyib.

AZADİNFORM. İstanbulun Ağır Cinayətlərə Dair Məhkəməsi altı general, eləcə də bir admiral və Türkiyə Silahlı Qüvvələrinin altı polkovnikinin həbsinə dair order verib. Onlar dövlət çevrilişi cəhdində günahlandırılıblar. «Azadinform» Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlar məhkəmənin qərarı ilə əvvəllər dindirilmiş general-leytenant Turqut Atman, general-mayor Bəyazid Karataş, Nədim Günger Kurubaş və Bülent Koqababuç, briqada generalları - Mustafa Erxan və Mehmet Eldem, admiral Əhməd Sinan Ərtoğrul və polkovnik Mehmet Orgendir.

AZADİNFORM. Texnologiya dünyasında gününün 24 saatını internetlə keçirənlər az deyil. Xüsusilə də gün ərzində işləyən insanlar üçün ən yaxşı istirahət yatmazdan əvvəl bir-iki saatlıq internet gəzintisidir. Lakin istirahət adlandırdığımız bu saatlar rahat yuxunun düşmənidir.

Həbibə/AZADİNFORM. Aparılan sorğular göstərir ki, Azərbaycanda ən çox etimad prezidentə və Prezident Administrasiyasınadır. Bunu “Azadinform”a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

AZADINFORM Şimali Koreya 9 aylıq müddətə universitetləri bağlamaq və tələbələri əkin sahələrinə, fabriklərə göndərmək qərarına gəlib. Rəsmi Seul bunu  Kim İr Çenin yüz illik yubileyinə hazırlıq məqsədi ilə edir.

C.Əsgərov/AZADİNFORM. Noyabr ayının sonuna kimi Bakıda nəqliyyatın intellektual idarəedilməsi sistemi işə düşəcək. Nəqliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov hesab edir ki, intellektual idarəetmə sisteminin işə düşməsi Bakının nəqliyyat sisteminin yaxşılaşdırılmasında dönüş nöqtəsi olacaq.

AZADİNFORM. Suriya ordusunun 16 əsgəri Türkiyəyə sığındı. “Azadinform” “FoxNews”-a istinadən xəbər verir ki, Suriyadan qaçaraq, Türkiyəyə sığınan əsgərlər adından danışdığını bildirən bir müxalif ölkəsindəki ordu rəhbərləri və komandirlərə “xalqın tərəfinə keçin” təklifi göndərib.

Adəm Abbaslı/AZADİNFORM. “Hər bir xalqın tarixində muzeylər böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də ölkəmizdə olan muzeylərə və onlarda saxlanılan eksponatlara qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur”.

 
812 səhifə 824-dən (dan) << < 808 809 810 811 812 813 814 815 816 > >>
 Xəbər lenti
23.09.2018
22.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo