AZADİNFORM. Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri oktyabrın 7-də başa çatıb. Nikola Sarkozini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Lənkəran şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi “Bahar Energy Operating Company Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən çoxlu sayda neftçinin işdən azad olunması haqqında məlumat yayıb. “Yeni Musavat” qəzetinin 7 oktyabr sayında dərc edilmiş məlumatda şirkət tərfindən 500 nəfər neftçinin işdən azad edildiyi bildirilir. “Bahar Energy Operating Company Limited” şirkətinin inzibati məsələlər üzrə vitse-prezidenti Elşad Həsənov «Azadinform»a verdiyi açıqlamasında məsələyə aydınlıq gətirib:

AZADİNFORM. Nobel sülh mükafatının laureatları üç qadın olub. Onlar Liber prezidenti  Ellen Jonson-Sirleaf, onun həmvətəni Leyma Qbove və yəmənli hüquq müdafiəçisi və demokratiya fəalı Tavakul Karmandır.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Azadinform” xəbər verir ki, dövlət başçısı Türkiyə baş nazirinə anası Tənzilə Ərdoğanın vəfatı ilə bağlı kədərini ifadə edib: “Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

AZADİNFORM. Oktyabrın 7-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunma mərasimi keçirilib. “Azadinform”un məlumatına görə, prezident İlham Əliyev və prezident Nikola Sarkozi mərasimdə iştirak ediblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbənin Almaniyadan olan deputatlarla görüşü keçirilib.

AZADİNFORM. Təhsil naziri 2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb.

AZADİNFORM. Bu gün “Caspian Plaza” Biznes Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq İnternet Portalının yaradılması” layihəsinin ilkin təqdimat mərasimini keçirib.


Mübariz Aslanov/AZADİNFORM. “Almaniya parlamenti Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsi mümkün qədər sülh yolu ilə həll olunmalıdır”. “Azadinform” xəbər verir ki, bunları Bakıda səfərdə olan Almaniya Parlamentinin hakim partiyadan olan üzvü Ştefen Lemme bildirib.

AZADİNFORM. «Fransa prezidenti Nikola Sarkozi yaxşı olardı ki, tarixlə yox, Avropa Birliyi məsələləri ilə məşğul olsun». «Azadinform» TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin AB ilə danışıqlar üzrə naziri Egemen Bağış Fransa prezidentinin qondarma soyqırımının Türkiyə tərəfindən tanınması ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Mübariz Aslanov/AZADİNFORM. “Ermənilərin “erməni soyqırımı”nın tanınması ilə bağlı Avropa ölkələri parlamentlərinə cəhdi absurddur və bu, heç vaxt Almaniya parlamentində müzakirəyə belə çıxarıla bilməz”.


Atif Eyvazov/AZADİNFORM. Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi zamanı qədim yaşayış yerinin izlərinə rast gəlinib. Həmin ərazidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun rəhbərliyi ilə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılıb.

Adəm Abbaslı/AZADİNFORM. Sabah havanın tutqun və yağışlı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Azadinform”a verilən məlumata görə, oktyabrın 8-də səhər saatlarında Bakıda və Abşeron yarımadasında havanın qısa müddətə tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılıb. Günorta saatlarından etibarən isə mülayim cənub küləyinin əsəcəyi paytaxtda havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Atif Eyvazov/AZADİNFORM. 2008-2015-ci illəri əhatə edən Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də ciddi işlər görür. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov Yeni Azərbaycan Partiyasının qərargahında dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib. 

AZADİNFORM. Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

AZADİNFORM. Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətlərinə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Atif Eyvazov/AZADİNFORM. Bu günə qədər məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə onlara 1582,8 ha ərazi ayrılıb. “Azadinform” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

AZADİNFORM. Yerevanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, onun ölkəsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşıdır.

AZADİNFORM. Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluqdan “Azadinform”a verilən məlumata görə, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.

 
807 səhifə 846-dən (dan) << < 803 804 805 806 807 808 809 810 811 > >>
 Xəbər lenti
17.01.2019
 Arxiv
Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo