AZADİNFORM. Azərbaycan Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurası Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda Dəyirmi masa keçirəcək.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun kimya və fizika üzrə professoru, Nobel mükafatı laureatı, ABŞ Prezidenti yanında Elmi Şuranım baş məsləhətçisi Əhməd Həsən Zevayla (Ahmed Hasan Zewail) universitetin fəxri doktoru adının verilməsi ilə bağlı tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə çıxış edən BDU rektoru, akademik Abel Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının çoxsaylı Fəxri doktorları var və onlara bu ad ictimai-siyasi və digər istiqamətlərdəki fəaliyyətlərinə görə verilib.

AZADİNFORM Avropa Birliyi xarici işlər nazirləri insan haqlarının pozulması səbəbilə İrana sanksiyaları genişləndirib. «Azadinform» «İTAR TASS»-a istinadən xəbər verir ki, əlavə sanksiyalara Tehran rejiminin təzyiq siyasətində məsuliyyəti olan 29 rəsmi şəxsə səyahət qadağasının qoyulması və onların Avropa Birliyindəki əmlakının dondurulması daxildir.

AZADİNFORM. Bu gün Milli Məclisdə GUAM Parlament Assambleyasındakı milli nümayəndə heyətləri ilə Baltik Assambleyası nümayəndə heyəti arasında görüş keçirilib. Parlamentdən “Azadinform”a verilən məlumata görə, GUAM PA-dakı nümayəndə heyətimizin rəhbəri Elton Məmmədov onları Bakıda görməkdən məmnun olduğunu bildirib.

AZADİNFORM. Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 72-ci ildönümünə həsr edilən tədbir keçirilib. İnstitutdan “Azadinform”a verilən məlumata görə, tədbirdə alimlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi, respublikanın qadın ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mübariz Aslanov/AZADİNFORM. “Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanla əməkdaşlıq edən ölkələr, xüsusilə Rumıniya üçün ciddi əhəmiyyət daşıyır”. Bu barədə “Azadinform”a müsahibəsində Bakıda forumun iştirakçısı olan Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu ayın sonuna kimi ATƏT Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, artıq səfərlə bağlı razılıq əldə olunub. “Biz eyni zamanda, həmsədrlərlə razılaşmışıq ki, Dağlıq Qarabağla bağlı danışıqları davam etdirək. Çünki bu, vacibdir” - deyə E.Məmmədyarov vurğulayıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” adlı Beynəlxalq Humanitar Forum işə başlayıb. “Azadinform “xəbər verir ki, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

AZADİNFORM. “Avropada hazırda yeni inkişaf istiqamətləri ilə qarşılaşırıq. Avropa ölkələri nüvə enerjisindən istifadəni azaltmağa çalışır”. Bu fikirləri GUAM Parlament Assambleyasının Bakıda keçirilən konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycan üçün daha uğurlu nailiyyətlərdən biri də odur ki, o, gələcək üçün daha böyük potensialı olan beynəlxalq birliklərin tamhüquqlu üzvü olub”.

Mübariz Aslanov/AZADINFORM. “AŞ PA-nın Dağlıq Qarabağ alt komitəsi olaraq indi biz daha əvvəl ortaya atılmış qətnamə layihəsini müzakirə edirik”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, qurumda dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasında əsas məqsəd mövcud olan problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaqdır.

Aytən İmanova/AZADİNFORM. İran özünün "Azər" neft yatağının istismara verilməsi ilə əlaqədar Rusiyanın "Qazprom neft" şirkətiylə əməkdaşlıqdan imtina edib.

AZADİNFORM. Xəzər dənizi beş Xəzəryanı dövlətə məxsusdur və dənizdə qeyri-regional dövlətin olması yolverilməzdir. Bu sözləri İran İslam Respublikasının XİN rəhbəri Əli Əkbər Salehi bildirib.

AZADİNFORM. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) “Azadinform”a bildiriblər ki, qətnamə hazırda Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib.

AZADİNFORM. Bu gün Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb. “Azadinform” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

10.10.2011
Atəşkəs pozulub

AZADİNFORM. Ermənilər oktyabrın 9-da saat 13.00-dan 13.30-dək, 15.30-dan 16.00-dək və 19.20-dən 19.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 13.20-dən 13.25-dək və oktyabrın 10-da saat 00.55-dən 01.00-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

AZADİNFORM. Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri oktyabrın 7-də başa çatıb. Nikola Sarkozini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Lənkəran şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi “Bahar Energy Operating Company Limited” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən çoxlu sayda neftçinin işdən azad olunması haqqında məlumat yayıb. “Yeni Musavat” qəzetinin 7 oktyabr sayında dərc edilmiş məlumatda şirkət tərfindən 500 nəfər neftçinin işdən azad edildiyi bildirilir. “Bahar Energy Operating Company Limited” şirkətinin inzibati məsələlər üzrə vitse-prezidenti Elşad Həsənov «Azadinform»a verdiyi açıqlamasında məsələyə aydınlıq gətirib:

AZADİNFORM. Nobel sülh mükafatının laureatları üç qadın olub. Onlar Liber prezidenti  Ellen Jonson-Sirleaf, onun həmvətəni Leyma Qbove və yəmənli hüquq müdafiəçisi və demokratiya fəalı Tavakul Karmandır.

 
806 səhifə 845-dən (dan) << < 802 803 804 805 806 807 808 809 810 > >>
 Xəbər lenti
16.01.2019
 Arxiv
Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo