AZADİNFORM. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, ATƏT-in Bakı ofisi və qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması” mövzusunda beynəlxalq konfrans başlayıb.

Həbibə/AZADİNFORM. QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda 4 qanun layihəsi üzərinə işləyir ki, bunlardan biri də “Sosial sifariş haqqında” qanundur. “Azadinform” xəbər verir ki, bunu Şuranın sədri Azay Quliyev deyib.

Həbibə/AZADİNFORM. “Hər il elan etdiyimiz müsabiqələrin yekunlarını müzakirə edirik, verilən təklifləri araşdırırıq. QHT-lər ildən-ilə şuranın layihələrin icrasına dair tövsiyələri daha çox icra edirlər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin İqtisadi Siyasət, Təhlükəsizlik və Müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilir. “Azadinform” xəbər verir ki, iclasda millət vəkilləri və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gələn ilin dövlət büdcəsi müzakirə olunub.

AZADİNFORM. Bu gün yerli vaxtla saat 10:03:17-də Lənkəran şəhərindən 5 km şimali-qərbdə zəlzələ qeydə alınıb.

AZADİNFORM. Vəkillərin peşə hazırlığında problemlər var. Bu problemlər özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) vəkilliyə qəbulla bağlı keçirdiyi test imtahanında özünü göstərir.

Aytən/AZADİNFORM. “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”. “Azadinform” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Uşaqların 2-ci Forumunda deyib.

AZADİNFORM. Dünən axşam yerli vaxtla saat 23:33:52-də Bakı şəhərindən 49 km cənubi-şərqdə, Xəzər dənizində 4,0 bal gücündə zəlzələ qeydə alınıb.

AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 17-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənub-qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

AZADİNFORM. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsi müstəsna əhəmiyyət kəsb edir. “Azadinform”un məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Bakıda keçirilən mətbuat konfransında deyib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında marşrut avtobusları sürücüləri üçün cərimələr artırılıb.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, görüşdə ölkələr arasındakı turizm əməkdaşlığının perspektivləri müzakirə olunub.

Adəm Abbaslı/AZADİNFORM. Noyabrın 22-dən 28-dək Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı sərgi keçiriləcək.


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında qanunsuz dini təyinatlı ədəbiyyatları satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması barədə qanunvericiliyə dəyişikliklər müzakirəyə çıxarılıb. “Azadinform” xəbər verir ki, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər “Dini etiqad azadlığı haqqında” qanunda olunan dəyişikliklərə uyğun olaraq təklif olunub.

Həbibə/AZADİNFORM. Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və “Al Harithy Company for Exhibitions Limited” (ACE Creative) şirkəti Səudiyyə Ərəbistanının Kənd Təsərrüfatı Nazirliyinin himayəçiliyi ilə gələn ilin mayında 17-ci Qida-Mehmanxana və “ProPac Arabia” sərgilərini keçirəcək.

Adəm Abbaslı/AZADİNFORM. “Biz bölgədə olan bütün problemlərin mümkün dərəcədə tez həll olunmasına çağırırıq. Mövcud vəziyyət heç bir tərəfin xeyrinə deyil, əksinə, bölgənin, ümumiyyətlə, inkişafına maneədir”.

Adəm Abbaslı/AZADİNFORM. “Azərbaycan birmənalı şəkildə “Eurovison–2012” mahnı yarışmasına ev sahibliyi etməyə hazırdır”.

AZADİNFORM. Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il oktyabr ayında 454 müraciət daxil olub. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, daxil olmuş müraciətlərin 271-i (62-i əsaslı, 209-u isə əsassız) şikayət, 103-ü – sorğu xarakterli, 29-u aidiyyəti üzrə deyil, 51-i isə cari problemlərlə bağlı olub.

Həbibə/AZADİNFORM. Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda iştirak edən ARDNŞ-in idarə və müəssisələri sırasına “Azərikimya” İstehsalat Birliyinin kollektivi də qoşulub.

AZADİNFORM. 1news.az-ın redaksiyasına Azərbaycanın elmi ziyalılarının nümayəndələrinin açıq məktubu daxil olub. Məktub Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kafedra müdiri Rafiq Əliyevin vəzifəsindən çıxarılması barədə son vaxtlar şişirdilən xəbərlərlə bağlı müəlliflərin mövqeyini əks etdirir. “Azadinform” məktubun mətnini olduğu kimi təqdim edir.

 
804 səhifə 864-dən (dan) << < 800 801 802 803 804 805 806 807 808 > >>
 Xəbər lenti
26.04.2019
25.04.2019
 Arxiv
Apr.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo