Aytən İmanova/AZADİNFORM. “Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvini hər iki ölkə ciddi şəkildə düşünməlidir. Bura İranın müdaxiləsi olmamalıdır”. Bu barədə politoloq Vəfa Quluzadə “Azadinform”a müsahibəsində deyib. Onun sözlərinə görə, viza rejiminin ləğvi hər iki dövlətin haqqıdır.

AZADİNFORM. Acarıstan Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Belə ki, bu gün Batumidə nəhəng Acarıstan xaçapurisi düzəldilib. Onun uzunluğu 8 metrə çatır. Xaçapuri aksiyası regionda keyfiyyət aksiyası günləri çərçivəsində keçirilir.

AZADİNFORM. Avropa Parlamentində İtaliyanın «Şimal liqası» Partiyasından olan deputat Mario Borqeçio norveçli terrorçu Anders Breyvikin bir sıra ideyalarını «əla» adlandırıb.

AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi üçün ciddi səy göstərir. Bu barədə ermənilərə məxsus “Jamanak” qəzeti məlumat yayıb.

AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-dən “Azadinform”a verilən məlumata görə, Qazılar Şurasının cümə axşamı keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayır və iyul ayının 31-i niyyət gecəsidir.

Həbibə/AZADİNFORM. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılmasi Departamentində aparılan araşdırma zamanı külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış “Alliance 1” və “Xarə”  Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru İbrahimov Şamil Behbud oğlu cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AZADİNFORM. “Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm.” “Azadinform” xəbər verir ki, bu sözləri, prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərinə münasibət bildirərkən deyib.

AZADİNFORM. Britaniya rəsmən Liviya lideri Müəmmər Qəddafi rejiminin diplomatlarını ölkədən çıxararaq müxalifətdə olan Milli Keçid Şurasını həmin ölkənin hökuməti qismində tanıyıb. «Azadinform» BBC-yə istinadən xəbər verir ki, xarici işlər naziri Uilyam Heyq deyib ki, Londonun bu addımı Şuranın Liviya xalqı arasında legitimlik qazanmasından irəli gəlir:

AZADİNFORM. Azərbaycan İctimai-Siyasi Universiteti 2011/2012-ci tədris ili üçün həmin təhsil müəssisəsində II ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqının aşağı salınması və 1900 manat müəyyən edilməsi barədə qərar qəbul edib.

AZADİNFORM. «Əl-Qaidə» terror qruplaşması zəifləsə də, ABŞ və Avropa ərazisində terror aktları həyata keçirməyi planlaşdırır. «Azadinform» «İTAR-TASS»a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti tərəfindən Milli Antiterror Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş Metyu Olsen səsləndirib.

Həbibə/AZADİNFORM. Xarici ölkələrdə Azərbaycan ticarət evləri yaradılacaq. “Azadinform” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Hindistan biznes forumunda ASK sədri Məmməd Musayev bildirib.

AZADİNFORM. İran prezidenti Mahmud Əhmədinejadın Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova Novruz bayramı münasibətilə hədiyyə etdiyi  İran istehsalı olan təyyarə Aşqabad aeroportuna enib.

Həbibə/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq Qrupu tərəfindən keçirilən monitorinqlər zamanı regionlarda yerləşən bəzi mehmanxana və mehmanxana tipli müəssisələrin lisenziyasız işlədiyi məlum olub.

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına sərt cavab verib. “Azadinform” xəbər verir ki, Türkiyə XİN-in rəsmi saytında Ermənistan prezidentinin hərəkəti məsuliyyətsizlik kimi dəyərləndirilib.

AZADİNFORM. Pentaqon təsdiq edib ki, Əfqanıstanda Amerikanın nəqliyyat müqavilələrinə ayrılan pulun bir hissəsi «Taliban»a gedib. Müdafiə Nazirliyinin mətbuat katibi Dave Lapan deyib ki, yükdaşıma üçün bağlanan 2 milyard 100 milyon dollarlıq müqavilələrdəki pulun bir hissəsi «Taliban»a gedib çıxıb.

AZADİNFORM. Norveçli Anders Breyvik terror aktından sonra yaşamaq və polisin əlinə düşmək niyyətində olmayıb. Bunu jurnalistlərə onun vəkili Qeyr Lippestad bildirib.

Həbibə/AZADİNFORM. 2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 5610,8 mln. manat, xərcləri 4882,1 mln. manat olub, 728,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

AZADINFORM «PKK yaraqlıları və onun PJAK İran qanadı Dağlıq Qarabağ ərazisində təlim keçirlər». «Azadinform» «ARAN - 1in.am» saytına istinadən xəbər verir ki, bu sözləri Ərdəbilin dini lideri Höcətülislam Əməli bəyan edib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Mühafizəkar Partiyadan olan Azərbaycanın Dostları qrupunun sədr müavini Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Aytən İmanova/AZADİNFORM. Sarkisyan indi də Türkiyə torpaqlarını Qərbi Ermənistan adlandıraraq oranın birləşdirilməsini gələcək nəsillərə həvalə edib. Bu barədə “Azadinform” erməni mətbuata istinadən xəbər yayır. Ermənistan prezidentinin sözlərinə görə, Ağrı Dağı bölgəsinin geri alınmasını yeni nəsillərin boynundadır. 

 
787 səhifə 807-dən (dan) << < 783 784 785 786 787 788 789 790 791 > >>
 Xəbər lenti
19.06.2018
18.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo