AZADİNFORM. Barak Obama Ağ evdə pivə hazırlayan ilk ABŞ prezidenti kimi tarixə düşə bilər. O, pivə hazırlanması üçün kiçik pivə aparatını şəxsi vəsaiti hesabına alıb və quraşdırıb.

AZADİNFORM. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fransalı həmkarı Alen Jüppe ilə BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində görüş keçiriblər.

AZADİNFORM. Liviyanın keçmiş diktatoru Müəmmar Qəddafinin səsi yenə Suriya televiziyasından eşidilib. «Azadinform»un «Lenta.ru»ya istinadən yaydığı xəbərə görə, «Arrai» televiziyasında yayımlanan səs yazısında Qəddafi Liviyadakı siyasi sistemin xalqın gücünə əsaslandığını və bu sistemin ortadan qaldırılmasının mümkün olmadığını iddia edib.


AZADİNFORM. Dağlıq Qarabağın müstəqilliyinin tanınması hazırkı vəziyyətdə aktual deyil. «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Ermənistandakı səfiri Hans Yohen Şmidt keçirdiyi mətbuat konfransında bildirib.

  
AZADİNFORM. Türkiyənin paytaxtı Ankarada baş nazirin iqamətgahı yaxınlığında partlayış baş verib. Azı 2 nəfər ölüb, çoxlu yaralı var. «Azadinform» «CNN-Türk» telekanalına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi partlayıcı vasitənin mikroavtobusa qoyulduğunu bəyan edib.

Aytən/AZADİNFORM. Azərbaycan kənd təsərrüfatı emalı sahəsində Qərbi Avropaya dəstək ola bilər.

AZADİNFORM. Azərbaycanın prokurorluq sistemində kadr dəyişiklikləri olub.

AZADİNFORM. Bu ilin 6 ayı ərzində ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 9 faiz artım olub. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

AZADİNFORM. Bu gün Azərbaycan neftçiləri Neftçilər Gününü qeyd edirlər. Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin Sərəncamı ilə həmin Neftçilər Günü elan edilib və artıq 10 ildir ki, bu tarix Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Atif Eyvazov/AZADİNFORM. Cari ilin birinci yarısında istehsal olunan müdafiə təyinatlı məmulatların istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə, mülki məhsulların həcmi 14,0 faiz, cəmi məmulatların çeşid sayı 34 faiz artıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı müdafiə sənayesi naziri Yavər Camalov deyib.

 
AZADİNFORM. Ərəb Dövlətləri Liqasının 13-15 sentyabr 2011-ci il tarixlərində keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycanın BMT TŞ-nin 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə  namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib.

Mübariz Aslanov/AZADİNFORM. Daxili işlər nazirinin 16 sentyabr 2011-ci il tarixli əmrləri ilə yol  hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.


Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda bələdiyyələrin beynəlxalq əməkdaşlığı, onların yerli büdcəsinin icrası, bələdiyyə qulluqçusunun vəzifə təminatı və bələdiyyənin komissiyalarının fəaliyyəti yenidən tənzimlənəcək.

Həbibə/AZADİNFORM. “Azərbaycanda bu gün 40-a yaxın provayder fəaliyyət göstərir”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Həbibə/AZADİNFORM. Avstriyanın federal prezidenti Haynz Fişer Azərbaycana rəsmi səfərə gələcək. “Azadinform”un məlumatına görə, bu barədə Avstriyanın Azərbaycandakı səfiri Silviya Meyer-Kaybiç məlumat verib.

AZADİNFORM. Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beyner deyib ki, prezident Barak Obamanın iş yaratma planı Amerikada iş yerlərinin artmasına yaramır. Vaşinqtonda İqtisadiyyat Klubunda etdiyi çıxışda Beyner iş yerləri açmağın ifrat nizamlamalar, hazırkı vergi kodu və hökumət xərcləri tərəfindən əngəlləndiyini deyib.

AZADİNFORM. ATƏT PA-nın xüsusi nümayəndəsi Joao Suareş 13 yaşlı Aygün Şahmalıyevin ölümü ilə bağlı vitse-spiker Bahar Muradovanın rəsmi məktubuna cavab verib. “Azadinform” xəbər verir ki, Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı Aygün Şahmalıyevanın erməni təxribatı nəticəsində ölümü ilə bağlı təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşə rəsmi məktubla müraciət etmişdi.

Aytən İmanova/AZADİNFORM. “Dağlıq Qarabağ konfliktində son nəticə kimi status-kvonun saxlanması regionda yeni münaqişənin yaranmasına gətirib çıxara bilər”.

AZADİNFORM. Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra prezident İlham Əliyev və prezident Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər. “Azadinform” xəbər verir ki, dövlət başçısı bir daha monteneqrolu həmkarını ölkəmizdə salamlayıb və deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir.


Atif Eyvazov/AZADİNFORM. “Son 5 il ərzində dövlət büdcəsinin xərcləri 2,6 dəfə, təhsilə ayrılan xərclər isə 2 dəfə artıb.  Belə ki, 2007-ci ildə dövlət büdcəsinin faktiki xərcləri 6059,5 milyon manat təşkil etdiyi halda, 2010-cu ildə bu xərclər 11765,9 milyon manat olub.

 
775 səhifə 807-dən (dan) << < 771 772 773 774 775 776 777 778 779 > >>
 Xəbər lenti
22.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo