Həbibə/AZADİNFORM. “Saatlı Elektrik Şəbəkəsi”ndə 203 kilometr uzunluğunda SİP-kabel çəkilib, 6500 ədəd smart-kart tipli sayğac quraşdırılıb.

 


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin deputatı Sabir  Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə yola düşür. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard bəyan edib ki, dünyanın ən iri neft istehsalçısı olan Rusiya neft ixracından asılılığı azaltmalıdır və iqtisadiyyatında diversifikasiya aparmalıdır.

AZADİNFORM. Regional münaqişələr diplomatik və siyasi səylər vasitəsilə ilə sülh yolu ilə həllini tapmalıdır. «Azadinform» erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Norveç xarici işlər naziri Yonas Haxr Şteyere Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

AZADİNFORM. “Tvinninq” layihəsi üzrə əlaqələndirici-müşavir Yonas Çekuolis Azərbaycan qəzetlərindən birində haqqında erməni lobbisinə xidmət etməklə bağlı dərc edilən ittihama cavab verib. O, Litva Seymində deputat kimi 1915-ci ilə hadisələrinin “erməni genosidi” kimi tanınması qərarına imza atmaqda ittiham olunub.

AZADİNFORM. Lozanna şəhərində “2020-ci il Olimpiya oyunlarına namizəd şəhərlər” başlığı altında keçirilən iclasda Azərbaycan dünyanın 3 mötəbər şirkəti- pmplegacy, “Burson-Marsteller” və “Adore Creative”  ilə əlaqələr qurmaqla 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istiqamətində böyük addımlar atıb.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan İrana qaz ixrac etməyə hazırdır. “Azadinform” xəbər verir ki, bu barədə  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan və Türkiyənin birgə çəkməsi nəzərdə tutulan qaz-boru xətti “Nabukko”ya qarışmır və bu xəttin ona heç bir təsiri yoxdur.

Aytən İmanova/AZADİNFORM. Bu gün Kaspi Təhsil Mərkəzi xaricdə təhsil almaq istəyən gənclər üçün Beynəlxalq Təhsil Sərgisi keçirib. “Azadinform” xəbər verir ki, sərginin əsas məqsədi tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, məlumatverici təqdimatların həyata keçirilməsidir.
Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva təhsil mərkəzinin dünyanın 80-dən artıq universiteti ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Aytən İmanova/AZADİNFORM. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək 1200-ə yaxın Azərbaycan gənci xaricdə təhsil almağa göndərilib.

Aytən İmanova/AZADİNFORM. “Orta məktəblərin akkreditasiyası növbədə duran məsələ deyil”. “Azadinform” xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov məlumat verib.

AZADİNFORM. Noyabrın 3-4-də Bakıda Azərbaycan ilə Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib. XİN-dən “Azadinform”a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə nazirliyin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Gürcüstanın nümayəndə heyətinə isə XİN-in Konsulluq Departamentinin direktoru Giorgi Tabatadze başçılıq ediblər.

AZADİNFORM. “Noyabrın 1-də Rusiyanın “Vesti FM” radiostansiyasında “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan dövləti və Azərbaycan  xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının hiddətinə səbəb olub.

 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq Festivalı” start götürüb.

Həbibə/AZADİNFORM. Bakı şəhəri Səbail rayonunun içməli su təchizatının yaxşılaşdırılması üçün yeni magistral su kəmərinin çəkilişinə başlanıb.

AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyan Prezident Administrasiyasının rəhbərinin birinci müavini Mikael Minasyanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib. Bu barədə «Azadinform» Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, Minasyan işdən öz ərizəsi ilə çıxıb. O, dövlət başçısının kürəkənidir.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”.

Aytən İmanova/AZADİNFORM. Kanadanın “The Guardian” qəzeti Azərbaycan-Amerika Şurasının (AAŞ) İdarə Heyətinin sədri Cavid Hüseynovun jurnalist Henri Strebnikin həmin qəzetdə dərc olunmuş “Etnik və ərazi mübahisəsində kilidlər” məqaləsinə cavab məktubunu dərc edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə,  “The Guardian” qəzetinin 18 oktyabr tarixli sayında Strebnik bir sıra tarixi faktları sadalayıb və onları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclası keçirilir. “Azadinform” xəbər verir ki, iclasda 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılır.


Aytən İmanova/AZADİNFORM. Qarabağ Azadlıq Təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə “Hərbi vətənpərvərlik tərbiyəsində qadınların rolu” mövzusunda forum keçirilib.

 
756 səhifə 812-dən (dan) << < 752 753 754 755 756 757 758 759 760 > >>
 Xəbər lenti
16.07.2018
 Arxiv
Iyul.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo