Elvin Xəzər/AZADİNFORM. Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir. “Azadinform” XİN-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb.

Aytən İmanova/AZADİNFORM. Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi istifadəyə veriləcək. Bu, Türkiyə hökümətinin qardaş Azərbaycana etdiyi hədiyyədir. “Azadinform” xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) prezidenti Bilal Dündar bu gün Diasporla iş üzrə Dövlət Komitəsində keçirdiyi mətbuat konfransında bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin növbəti plenar iclası mayın 17-si keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. İclasda cari məsələlərlə yanaşı, “Sosial xidmət” haqqında qanun, Əmək Məcəlləsinə dəyişikliklər, Cinayət Məcəlləsinə dəyişikliklər və sair haqqında qanun layihələri müzakirə olunacaq.

Həbibə/AZADİNFORM. “Bakcell” əvvəlki kimi balansını artıran abunəçilərə bonuslar verir. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Riçard Şirer deyib.

Mübariz Aslanov/AZADİNFORM. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. “Azadinform” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova söyləyib.

AZADINFORM. Dünyanın ən məşhur sosial şəbəkəsi -“Facebook”un qurucusu, eləcə də ən gənc milyarder Mark Sukerberqlə bağlı maraqlı bir xəbər yayılıb. «Azadinform» «runyweb.com»a istinadən məlumat verir ki, 13,5 mlrd. dolların sahibi nəhayət ki, kirayədə qaldığı evdən çıxıb. Onun yeni aldığı ev Kaliforniyada yerləşir.


Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanda müxalifət deyəndə parlamentdə təmsil olunan, azlıq təşkil edən partiyalar və onların nümayəndələri nəzərdə tutulur”. Bu barədə “Azadinform”a müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda əmək haqqı və müavinətlərin artımının inflyasiyaya səbəb olacağını indidən proqnozlaşdırmaq düzgün deyil”. Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri (DSK) Arif Vəliyev bildirib. İnflyasiyanın olub-olmayacağı maaş və pensiyaların nə qədər artırılacağından asılıdır.

AZADINFORM. «Əl-Qaidə»nin öldürülmüş lideri Üsəma bin Ladeni liviyalı mücahid Əbu Yəhya əl-Libi əvəzləyəcək. «Azadinform» «Əl Ərəbiyyə» qəzetinə istinadən xəbər verir ki, 40 yaşlı «liviyalı» ləqəbli terrorçu Ayman əz-Zəvahirini də üstələyib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının İqtisad məhkəməsinin ləğv olunması barədə Konstitusiya qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində “Amnistiya haqqında” qanunun qəbul edilməsi gözləniləndir. Bu barədə “Azadinform”a müsahibəsində Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib.

AZADINFORM. Məşhur maliyyəçi Corc Soros növbəti dəfə özünün necə gözəl maliyyəçi olduğunu göstərmiş olub. O, qızılın qiyməti pik nöqtəyə çatan kimi öz ehtiyatında olan qızıl və gümüş ehtiyatlarının hamısını satıb.

Uşaqlar küçələrdə zorakılığın bütün növlərinə məruz qalırlar

 

 

Atif Eyvazov/AZADİNFORM. BMT və Avropa Şurasının toplantılarında qeyd olunduğu kimi, Azərbaycanın 20 faiz torpaqlarını  işğal edən Ermənistan heç bir beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur. Müasir dövrdə cəzasızlığını görən Ermənistanın işğalçılıq niyyətləri, eyni zamanda  internet məkanında da daim davam etdirilir. “Azadinform” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış” mövzusunda keçirilən konfransda Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov söyləyib.

AZADINFORM. ABŞ xüsusi təyinatlıları «Əl-Qaidə» terror təşkilatının lideri Üsəma bin Ladeni tutmaq üçün binaya daxil olduqda onun silahı olmayıb.

Mübariz Aslanov/AZADİNFORM. Yaxın günlərdən etibarən Azərbaycanda azadlığı məhdudlaşdırılmış məhkumların cəzalarının qalan hissəsi islah işləri və ya ciddi cərimə cəzaları ilə əvəzlənəcək. Buna səbəb kimi həmin məhkumların azadlıqda əksər hallarda sərbəst fəaliyyət göstərməsi göstərilir. “Azadinform” xəbər verir ki, Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılandan sonra bu cəzaya məhkum olunmuş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin islah işləri və ya cərimə cəzaları ilə əvəzlənməsi qaydası açıqlanıb.

AZADINFORM. Dünyaca məşhur «WikiLeaks» saytının qurucusu Culian Assanc  «RT» telekanalına müsahibəsində bildirib ki, ən məşhur sosial şəbəkə «Facebook» çox təhlükəlidir və çox mənfur casus mexanizmidir.

Həbibə/AZADİNFORM. “Büdcədənkənar fonda toplanan vəsaitin 25 faizinin gömrük əməkdaşlarının əmək haqlarına əlavə edilməsi nəticəsində onlara çatan vəsait təxminən orta aylıq əmək haqqından bir qədər çox olacaq”.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda ilk dəfə olaraq “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun qəbul olunur.

 
750 səhifə 752-dən (dan) << < 746 747 748 749 750 751 752 > >>
 Xəbər lenti
26.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo