Həbibə/AZADİNFORM. “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı bədbəxt hadisə baş verib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda indən belə şəhərdaxili marşrut xətlərində dayanacaqdan kənarda sərnişin mindirib-düşürdən avtobus sürücüləri ciddi cəzalandırılacaq. Azadinform xəbər verir ki, bu, hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlanan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

AZADİNFORM. Rusiyanın İrkutsk şəhərində Azərbaycan və Ermənistan mənşəli şəxslər arasında dava düşüb. «Azadinform» «Komsomoslkaya pravda» qəzetinə istinadən xəbər verir ki, insident kiçik bir kafedə yaşanıb. Qəzet yazır ki, azərbaycanlılar ermənilərin yanında oturan rus kişiyə iradlarını bildiriblər. Mübahisə isə qız üstündə düşüb.

AZADİNFORM. Qırğızıstanda bülletenlərin 95 faizini hesablayıb başa çatdıran Mərkəzi Seçki Komissiyası baş nazir Almaz Atambayevin qalib gəldiyini elan edib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi din xadimlərinin də sahəsi bir fəaliyyət növüdür. Bunun üçün onların da fəaliyyəti də lisenziyalaşdırılmalıdır”.

AZADİNFORM. Bu gün Bakıda Türkdilli ölkələrin və toplumların Media Birliyinin Koordinasiya Şurası yaradılıb. “Azadinform” xəbər verir ki, bu qərar Türkdilli ölkələrin və toplumların II Media Forumunda qəbul olunub və ölkələr və toplumlar üzrə yerli komitələr də formalaşdırılıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda 52 ixtisaslaşmış dini kitab mağazası açılacaq. “Azadinform” xəbər verir ki , bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti qaydalarına” dəyişikliklər müzakirə edilib. “Azadinform” xəbər verir ki, dəyişikliklərə görə, bundan sonra sürücülük vəsiqələrini imtahan verdikdən 30 dəqiqə sonra almaq mümkün olacaq.

AZADİNFORM. Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun sonunda Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradılıb. “Azadinform” xəbər verir ki, Platformanın tərkibi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və Türkmənistan kimi türkdilli ölkələrlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türk toplumlarının mətbuatla əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media mənsublarından ibarətdir.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan haqları komitəsi ilə bu gün birgə keçirdiyi iclasda Azərbaycanda müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatları və digər materialları istehsal, idxal edən, satan və yayanların cinayət məsuliyyətinə cəlb olunması təklif edilib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclis Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında  “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub.

Həbibə/AZADİNFORM. Ölkədə ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunda (ATİ) fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb.


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə iclası keçirilib. “Azadinform xəbər verir ki, birgə iclasda maraqlı dövlət nömrə nişanlı avtomobil nömrələri üçün tariflərin müəyyən olunması məsələsinə baxılıb. Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsində öz əksini tapır.

Həbibə/AZADİNFORM. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dair Avropa İttifaqı bəyanat verib. Qurumun Bakı ofisindən “Azadinform”a verilən məlumata görə, Aİ Azərbaycanı 2012-2013-cü illəri əhatə edən müddətdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib:

A.İmanova/AZADİNFORM. "Təəssüflər olsun ki, media orqanlarında qeyri-peşəkarlıq davam etməkdədir. Belə jurnalistlər Azərbaycan mediasına dolaraq mətbuatı nüfuzdan salır". "Azadinform" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov qeyri-peşəkar jurnalistlərin fəaliyyətini sərt tənqid edərək
söyləyib. 

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.  “Azadinform” xəbər verir ki, layihə barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov verib.

Aytən İmanova/AZADİNFORM. "Azərbaycan teleməkanında xarici serialların sayı məhdudlaşdırılacaq". “Azadinform" xəbər verir ki, bu barədə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında söyləyib.


Aytən İmanova/AZADİNFORM. Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan etdikdən sonra gündəliyin müzakirəsinə keçilib.
Əvvəlcə daxili işlər nazirinin müavini Vilayət Eyvazov deputatlar qarşısında insan alverilə bağlı hesabat məruzəsi edib. O, hesabatında qeyd edib ki, ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib.

AZADİNFORM Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. “Azadinform” xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib.

 
700 səhifə 752-dən (dan) << < 696 697 698 699 700 701 702 703 704 > >>
 Xəbər lenti
25.09.2017
 Arxiv
Sen.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo